Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-916/2020 18.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1145 ABŞ dolları əsas borc, 77.99 ABŞ dolları faiz borcu, 6,25 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 1229,24 ABŞ dolları məbləğində borcun, 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdırki ki, iddiaçı «İddiaçı” ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1492 nkQuba/15 saylı kredit müqaviləsinə əsasən borc alan Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 28% olmaqla, 1145 ABŞ dolları məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsinə görə “Borcverən” bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə və faizlə “Borcalan”a kredit verib. Borcalan öz növbəsində “kredit və ondan istifadə”yə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə banka qaytarmalıdır. Lakin borclu müqavilə şərtlərinə əməl etməyərək, müqavilənin şərtlərini pozmuş, nəticədə onun banka 1145 ABŞ dolları əsas borc, 77.99 ABŞ dolları faiz borcu, 6,25 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 1229,24 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən borc alan Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 28% olmaqla, 1145 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında xx.xx.2015-ci il tarixli, 1492 nkQuba/15 saylı kredit müqaviləsinə əsasən 1145 ABŞ dolları əsas borc, 77.99 ABŞ dolları faiz borcu, 6,25 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1229,24 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli 85054 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 20 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1492 nkQuba/15 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən ondan 1145 ABŞ dolları əsas borc, 77.99 ABŞ dolları faiz borcu, 6,25 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 1229,24 ABŞ dollarıİddiaçı ASC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, qalıq 10 manat dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 1492 nkQuba/15 saylı kredit müqaviləsi üzrə yaranmış 1145 ABŞ dolları əsas borc, 77.99 ABŞ dolları faiz borcu, 6,25 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 1229,24 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla)ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilməmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-916/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-916/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver