Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-922/2023 16.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-eü il tarixli zaminlik müqaviləsi üzrə AccessBank” QSC-nin xeyrinə onun aylıq əmək haqqından tutulmuş 2055 (iki min əlli beş) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı 40 (qırx) manat 55 (əlli beş) qəpik ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh "xxxx" QSC-dən xx.xx.2014-cü il tarixində 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. O isə həmin kredit məbləğinə görə Cavabdeh zamin duraraq "xxxx" QSC ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Kredit alan Cavabdeh kredit ödənişindən yayındığına görə "xxxx" QSC tərəfindən məhkəməyə müraciət olunmuş və Quba rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)- 2847/2016 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Tələbkar "xxxx" QSC qətnamə ilə razı olmadığından qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-2777/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuşdur. Bundan sonra qətnamənin icrası məqsədilə icra və probasiya şöbəsinə icra vərəqəsi verilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli məktubla zamin İddiaçı əmək haqqına "xxxx" QSC-nin hesabına ödənilməsi məqsədilə 50 % məbləğində həps qoyulmuşdur. Quba -Xaçmaz Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-32/2-25/2023 saylı məktubunda ondan "xxxx" QSC-nin hesabına 2018-ci ilin iyul ayından 2021-ci ilin mart ayına kimi 2495.31 manat pul tutulduğu qeyd olunmuşdur. Kredit alan Cavabdeh bu puldan 440 manatını ona nəğd qaydada ödəmişdir. Hal-hazırda onun Cavabdeh 2055 (iki min əlli beş) manat məbləğində pul tələbi vardır. Cavabdeh ona olan borcunu ödəməli olduğunu bildirsə də ona olan borcunu ödəməkdən müxtəlif bəhanələr gətirərək yayınmışdır. Bu səbəbdən də hesab edir ki, Cavabdeh barəsində məhkəməyə müraciət edib, işin ədalətli həllinə nail olmalıdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh ilkin məhkəmə iclasında iddianı etiraf edərək borcunun olduğunu və 500 manat əmək haqqısının 160 manatını alimentə ödədiyini, ona görə də borcunu qaytara bilmədiyini bildirmişdir. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materialında olan “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” xx.xx.2014-cü il tarixli Z32S000002131SA №li müqavilədən görünür ki, İddiaçı zaminlik müqaviləsi Bank və Cavabdeh arasında 09 aprel 2013-cü il tarixdə Quba şəhərində bağlanmış 32L000000422 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») üzrə Borclunun öhdəliklərinin icrasını təmin edir. İş materialında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)- 2777/2017 saylı icra vərəqəsindən göründüyü kimi, Quba Rayon Məhkəməsinin 2(027)-2847/2016 saylı, 17 avqust 2016-cı qətnaməsi ləğv olunmuş, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh Söhrai İddiaçı, X5 və X6 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş. Cavabdehlər Cavabdeh, İddiaçı, X3 və X4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 8505,83 dolları məbləğində kredit borcu, 1557,53 dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə olnmaqla, cəmi 10083 (on min səksən üç dollar) 36 (otuz altı) sent ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 23 (iyirmi üç) manat ödənilmiş dövlət rüsumu tutulması qət edilib. İş materialında olan Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2 saylı Maliyyə Hesablaşma mərkəzinə göndərilən xx.xx.2018-ci il tarixli, 33576/18-02 saylı məktubundan görünür ki, borclu İddiaçı əməkhaqqısından hər ay 50 %-i tutularaq AccessBank QSC nin hesabına köçürülməsini təmin edilməsi və əlavə olaraq borcludan tutulan ümumi məbləğin 7%-i həcmində icra ödənişini X10 filialındakı YXO AZ37AİİB**********6500246165 VÖEN ********** Adı Quba rayon icra şöbəsi-XHK 14005 nömrəli hesaba köçürülməsi xahiş olunmuşdur. İş materialında olan Quba-Xaçmaz Regional Təhsil idarəsinin 17 yanvar 2023-cü il tarixli, 3- 29-32/2-25/2023 saylı məktubundan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2777/2017 nömrəli icra sənədi üzrə borclu İddiaçı əmək haqqısından 2018-ci ilin iyul ayında 266 (iki yüz altmış altı) manat 99 (doxsan doqquz) qəpik) 2020-ci ilin sentyabr ayında 247 (iki yüz qırx yeddi) manat 30 (otuz) qəpik, oktyabr, noyabr və dekabr aylarında 220 (iki yüz iyirmi) manat 11 (on bir) qəpik, 2021-ci ilin yanvar, fevral və mart aylarında isə 440 (dörd yüz qırx) manat 23 (iyirmi üç) qəpik tutularaq "xxxx" QSCnin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1 maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə bank arasında kredit müaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehə kredit verilmişdir. Həmin öhdəliyin icrasının təminatı qismində bankla İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur.Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin bank qarşısında yaranmış borc öhdəliyinin 2055 manat hissəsi onun tərəfindən icra edilmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərinə əsasən zamin qismində çıxış edən iddiaçı kreditor qismində banka qarşısında yerinə yetirdiyi öhdəliklər həcmində cavabdehə qarşı həmin məbləğdə öhdəliyin onun xeyrinə ödənilməsini reqres qaydasında tələb etmək hüququna malik olmuşdur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 2055 (iki min əlli beş) manat və 40 (qırx) manat 55 (əlli beş) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ödənilmiş 40 manat 55 qəpik məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2055 (iki min əlli beş) manat və 40 (qırx) manat 55 (əlli beş) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-922/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-922/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver