Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-933/2024 15.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(027)-2020/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş 170 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı ödədiyi 60 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 iyul 2009-cu il tarixdə el adəti üzrə evlənib ailə qurmuşdur. Ailə qurarkən Mətinin şəxsiyyət vəsiqəsi olmadığından nikahı rəsmiləşdirə bilməyiblər. Cavabdehlə ər-arvad kimi bir ailədə yaşadığı müddətdə 05 iyul 2016-cı il təvəllüdlü Fatimə adında qızları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən 2016-cı ilin fevral ayından etibarən ayrı yaşayır və qızı Fatimə onun himayəsindədir. O qızıyla birlikdə valideynlərinin yanında yaşayır. Bundan sonra cavabdehə qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib. Quba Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(027)-1465/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X5 atası olması faktı təsdiq edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı, verilməsi qət edilmişdir. Daha sonra alimentin miqdarının artırılması məqsədilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 170 manat sabit pul məbləğində aliment kəsilmişdir. Hazırda təyin edilmiş 170 manat alimentlə uşağa baxmaq olmur. Həmin 170 manat uşağın yemək xərclərini belə ödəmir. Cavabdeh əmək qabilliyətlidir, uşağına baxmaq üçün maddi və fiziki imkanları vardır. Uşaq böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı da artır. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 2020/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki minimum yaşayış tərzindən çox aşağıdır. Göstərilənləri nəzərə alaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-2020/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə etdiyi mediasiya arayışından aşkar olunur ki, o mediasiya prosesinə riayət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul edərək, göstərmişdir ki, təmsil etdiyi Cavabdeh onun oğludur. Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçıya uşağın saxlanması üçün təyin olunmuş alimenti o öz pensiyasından müntəzəm olaraq ödəyir. Cavabdehin hər ay 170 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Belə ki, cavabdehin rəsmi iş yeri yoxdur. Maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 131273 №-li doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2016-cı il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 2020/2021 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-1465/2018 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan Quba şəhəri, Hikmət Hüseynov adına 4 №li humanitar fənləri təmayüllü məktəb liseyinin xx.xx.2024-cü il tarixli 597 №li arayışından görünür ki, X2 şəhəri, Hikmət Hüseynov adına 4 №li humanitar fənləri təmayüllü məktəb-liseyin İİ sinifində oxuyur. xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-01720 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödədi. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-2020/2021 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Fərzəliyeva (Fidayeva) Fatimə Mətin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq, İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü Fərzəliyeva (Fidayeva) Fatimə Mətin qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-2020/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia uşağın saxlanması üçün 200 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 235 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə m ünasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü Fərzəliyeva (Fidayeva) Fatimə Mətin qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-2020/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-933/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-933/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver