Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-936/2021 05.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə haqqı olan 800 (səkkiz yüz) manat məbləğində pulu və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 17.04.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, 2020-ci ilin yaz mövsümündə özü və ailəsinə məxsus Qusar rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2,33 ha torpaq sahəsinin 1 ha hissəsini illik icarə haqqı 800 (səkkiz yüz) manat olmaqla 1 il müddətinə Cavabdeh icarəyə vermişdir. İcarəçi Cavabdeh icarə haqqının ona 2020-ci ilin may ayında tam ödəyəcəyini bildirsə də hal-hazıradək icarə haqqını ödəməmişdir. Cavabdeh icarəyə götürdüyü torpaq sahəsində tərəvəz məhsulları əkib becərmiş və satışını həyata keçirmişdir. O, Cavabdeh dəfələrlə icarə haqqını tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Sonradan isə ümumiyyətlə onun telefon zənglərinə cavab verməmişdir. Cavabdeh bilərəkdən müqavilənin şərtlərini pozmuşdur. Belə ki, 17.04.2020-ci il tarixli icarə müqaviləsi hər ikisinin iştirakı ilə bağlanmış və cavabdeh şəxsən müqavilə ilə tanış olub imzalamışdır. Müqavilənin şərtlərinə görə tərəflər arasında yaranan hər hansı bir mübahisəyə məhkəmə qaydasında baxılacağı qeyd olunur. O, Cavabdeh tərəfindən ona veriləcək icarə haqqını ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Sadalananlara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməklə bu barədə məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, müqaviləyə əsasən yaranmış icarə haqqı borcunu imkanı olmadığına görə ödəyə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə tərəfləri dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Torpağa Mülkiyyət Hüququna dair JN-0093 KOD 30106038 saylı Dövlət Aktından görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 12.08.1999-cu il tarixli 10/4 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,72 ha torpaq sahəsi verilmişdir; 17.04.2020-ci il tarixli müqavilədən görünür ki, Qusar rayonu, Həsənqala kəndində yaşayan İddiaçı mülkiyyətində olan 2,33 ha torpaq sahəsinin 1 ha hissəsini kənd təsərrüfatı məhsullarının əkilib bəcərilməsi üçün 1 il müddətinə 800 (səkkiz yüz) manat müqabilində Quba rayonu, Dəlləkli kəndində yaşayan Cavabdeh icarəyə vermiş, Cavabdeh 800 (səkkiz yüz) manat icarə haqqını ödəyəcəyinə dair öhdəlik götürmüşdür; əlyazma aktdan görünür ki, Qusar rayonunun Həsənqala kənd sakinləri Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 1 ha hissəsində tərəvəz məhsullarının əkib becərilməsini təsdiq etmişlər; Qusar RİHB-nin Balaqusar İƏD üzrə nümayəndəliyin 29.03.2021-ci il tarixli 210 nömrəli arayışından görünür ki, İddiaçı Qusar rayonu, Həsənqala kəndində yaşayır. 30.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı torpaq sahəsi icarəyə götürmüş, lakin icarə haqqını ödəməmiş və iddiaçıya borclu qalmışdır. Cavabdeh isə qeyd olunanları inkar etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddianı etiraf etməsi təsdiq edilməli və Cavabdeh 17.04.2020-ci il tarixli müqaviləyə əsasən icarə haqqı olan 800 (səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh icarə haqqı olan 800 (səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-936/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-936/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver