Məhkəmə qərarları › İş №2(027)-937/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-937/2022

20.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-937/2022 20.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Quba Regional X4 nümayəndəsi X1 və Cavabdeh Teymur oğlunun iştirakı ilə, İddiaçı Quba Regional X4 Cavabdeh Teymur oğluna qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quba Regional X7 Cavabdeh Teymur oğluna qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Teymur oğlu tərəfindən Meşə Fonduna vurulmuş 203,16 manat ziyanın Mərkəzin Kapital bankdakı Benifisiarın adı : Quba Regional X7, Benifisiarın hesabı : AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Quba Regional X7 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, 14.01.2022-ci il tarixində Mərkəzin Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrlərdə 16 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 203,16 manat ziyan vurmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Meşə Fonduna vurduğu ziyanı könüllü olaraq ödəməmişdir. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh Teymur oğlu “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ” 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7- ci əlavəsini pozmuşdur. Məhkəmə iclasında iddiaçı Quba Regional X4 nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh Teymur oğlu iddia tələbini qəbul etməyərək, ağac kəsmədiyini, həmin odunları yerdən yığdığını bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X4 14.01.2022-ci il tarixli 000666 nömrəli aktından görünür ki, Vəlvələ Meşəbəyliyinin 09 saylı dolayının xidməti ərazisində meşələrin qorunub mühafizə olunma vəziyyətini yoxlayan zaman Cavabdeh Teymur oğlu özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq daşıması barədə Quba Regional X7nə məlumat daxil olmuşdur. Cavabdeh Teymur oğlu özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək barədə məlumat araşdırılarkən məlum olmuşdur ki, Cavabdeh Teymur oğlu 14.01.2022-ci il tarixdə Vəlvələ Meşəbəyliyinin 09 saylı dolayına daxil olmuş və müxtəlif cins və diametrlərdə 16 ədəd yaş köküstə ağacları odunluq ağacları kəsmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Vəl-vələ Meşəbəyliyinin 09 saylı dolayında 14.01.2022-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 203,16 manat məbləğində ziyan hesablanmışdır. Məhkəmə iş üzrə mövcud sübutlara və fotoşəkillərə əsasən müəyyən etmişdir ki, Cavabdeh Teymur oğlu 14.01.2022-ci il tarixdə Vəl-vələ Meşəbəyliyinin 09 saylı dolayının ərazisindən oduncaq ehtiyatı üçün müxtəlif cins və diametrlərdə 16 ədəd yaş köküstə ağacları özbaşına kəsmiş, mülki hüquq pozuntusu törətmiş, nəticədə Meşə Fonduna 203,16 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, Vəl-vələ Meşəbəyliyinin 09 saylı dolayında ağac kəsmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, Vəl-vələ Meşəbəyliyinin 09 saylı dolayında 14.01.2022-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 203,16 manat məbləğində Meşə Fonduna ziyan vurmuşdur. Ona görə də Cavabdeh Teymur oğlu tərəfindən Meşə Fonduna vurulmuş 203,16 manat ziyan Mərkəzin Kapital bankdakı Benifisiarın adı: Quba Regional X7, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı X8 və Bərpası Müəssisəsi iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Teymur oğlundan tutularaq, Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Teymur oğlundan 203,16 manat məbləğində pul alınaraq, X9 X3 bankdakı Benifisiarın adı: Quba Regional X7, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilsin. Cavabdeh Teymur oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar