Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-946/2025 14.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, iddiaçı 5 saylı X2 Mərkəzinin Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdim: İddiaçı 5 saylı X2 Mərkəzi kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 270 manat ziyanın X1 Agentliyindəki Benifsiarın adı: 5 saylı X2 Mərkəzi, Benifisiarın hesabı: AZ95CTRE********************, VÖEN ********** Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu: 1 hesaba ödənilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə Mərkəzin Alpan meşəbəyliyinin 1 saylı dolayısında özbaşına 3 baş iribuynuzlu mal-qara otarması nəticəsində Meşə Fonduna 270 manat ziyan vurmuşdur. Meşə fondu sahələrində özbaşına mal-qara otarmasına görə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Mərkəzin Alpan meşəbəyliyinin 1 saylı dolayısının ərazisində özbaşına 3 baş iribuynuzlu mal-qara otarması aktlaşdırılmış və tədbir görülməsi üçün 5 saylı X2 Mərkəzinə göndərilmişdir. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş həcm-qiymət cədvəli ilə təsdiq olunur. Həmin həcm-qiymət cədvəlindən görünür ki, Cavabdeh Alpan meşəbəyliyinin 1 saylı dolaysının ərazisində özbaşına 3 baş iribuynuzlu mal-qara otarmasına görə 270 manat ziyan hesablanmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı 5 saylı X2 Mərkəzi dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu da tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin olunsun. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 270 manat məbləğində pul tutularaq, X1 Agentliyindəki Benifsiarın adı: 5 saylı X2 Mərkəzi, Benifisiarın hesabı:AZ95CTRE********************, VÖEN ********** Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu: 1 hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-946/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-946/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver