Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-953/2024 10.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il tarixdə doğulmuş X1 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, hər ay iki uşaq üçün 470 manat sabit pul məbləğində alimentin, ödədiyi 60 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin 2(027)- 348/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh və İddiaçı arasında 15 noyabr 2008-ci il tarixdə Quba rayonu, Vladimirovka icra nümayəndəliyində bağlanmış nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə ayda 120 manat olmaqla, Cavabdeh hər ay 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı qızma verilməsi qət olunmuşdur. Belə ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşağa 120 manat olmaqla hər ay iki uşaq üçün qət olunmuş 240 manat sabit pul məbləğində aliment uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Maddi cəhətdən imkanı ağırdır. Özü heç bir yerdə işləmir, kirayədə yaşayır. Hal-hazırda qanunla hər bir uşağın minimum yaşayış tərzi üçün 235 manat nəzərdə tutulmuşdur. Bildirmişdir ki, həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyaclarını ödəmir. Bundan başqa hər iki övladı məktəblidir, oğlu 5-ci, qızı isə 1-ci sinif şagirdidirlər. Bir neçə fənn üzrə oğlu repetitor-müəllimlə məşğul olur. Beləliklə də, övladlarının maddi ehtiyacları artmışdır. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etsə də, alimentin miqdarının artırılması barədə arasında razılıq əldə edilməmişdir. Qeyd etmişdir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Belə ki, Cavabdeh işləyir. Lakin iş yerini iddiaçıdan gizləyir, qazanc və gəliri yüksəkdir. Kənddə qeyri-yaşayış obyektlərini icarəyə verərək yüksək gəlir əldə edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Quba rayonu Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment uşaqların saxlanılmasına kifayət etmir. O, özü kirayədə yaşayır, heç bir yerdə işləmir, uşaqları maddi cəhətdən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, Quba rayonu Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti vaxtında ödəyir. Ondan əlavə uşaqların ehtiyaclarını imkanı daxilində təmin edir. Hazırda ailəlidir və hazırki nikahından da iki uşağı doğulmuşdur. Qətnamə qəbul edilərkən, qeyd olunanlarının nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 183360 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X3 adlı övladları doğulmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 711915 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X4 adlı övladları doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsindən görünür ki, 18 mart 2013-cü il tarixdə doğulmuş X3 və 30 yanvar 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə ayda 120 manat olmaqla, Cavabdeh hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00073 saylı Mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 18 mart 2013-cü il təvəllüdlü X3 və 30 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə ayda 120 manat olmaqla, Cavabdeh hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 18 mart 2013-cü il təvəllüdlü X3 və 30 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə hər ay 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia uşağın saxlanması üçün 200 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 235 manat olmaqla, iki uşağa görə 470 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 mart 2013-cü il təvəllüdlü X3 və 30 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-953/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-953/2024
10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver