Məhkəmə qərarları › İş №2(027)-957/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-957/2023

16.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-957/2023 16.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmənin binasənda, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1486 (min dörd yüz səksən altı) manat 58 (əlli səkkiz) qəpik məbləğində pulun və 34 (otuz dörd) manat 90 (doxsan) qəpik dövlət rüsumunun, ümumilikdə isə 1521 (bir min beş yüz iyirmi bir) manat 90 (doxsan) qəpik pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********00520 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB X4 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğaca müdaxiləyə şübhəli olduğundan sayğac çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və 23 sentyabr 2022-ci il tarixli Metrologiya Departamentinin rəyinə əsasən sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. (Sayğacların müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması xx.xx.2022-ci il tarixli,29/1710-03194-1 №-li Aktına əsasən G-4 markalı,4594762 №-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. Təbii qaz itkisi yaranmışdır.) Qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən 29 sentyabr 2022-ci il tarixli, № ******* saylı “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmiş və ona 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki aylardan 449.78 (dörd yüz qırx doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində debitor borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 1486.58 (bir min dörd yüz səksən altı manat əlli səkkiz qəpik) manat manat olmuşdur.Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh «Azəriqaz” İB-ə qarşı qarşılıqlı iddia ərizəsilə müraciət edərək, İddiaçı İB-nin əməkdaşları tərəfindən onun abonent hesabına əsassız hesablanmış 1036,80 manat məbləğində (ziyan) borcun, 449,78 manat debitor borcun, ümumilikdə 1486,58 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon, Qəçrəş kəndində yerləşən ona (abunə kodu: **********00520) məxsus evin qaz sayğacı xx.xx.2022-ci il tarixdə İddiaçı İB-in X4 İstismarı İdarəsinin Quba xidmət sahəsinin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Köhnə sayğac istismardan götürülərkən yerində heç bir nasazlıq, problem qeydə alınmamış və beləliklə yeni sayğac (sayğac no: **********3) quraşdırılmışdır. Təxminən 6 ay keçdikdən sonra qaz istifadəsi ilə bağlı borcunu ödəmək istəyərkən aydın oldu ki, 1000 (bir min) manat borcu var. O dərhal İddiaçı İB-in X4 İstismarı İdarəsinin Quba xidmət sahəsinə müraciət etmişdir. Çünki hər zaman həm qaz istismarı zamanı qanunsuzluqlara yol verməmək, həm də borcları vaxtı vaxtında ödəmək baxımından intizamlı abonent olmuş və borcun yaranması üçün heç bir əsas yoxdur. Lakin təəssüf ki, bütün göstərilənlərə baxmayaraq İddiaçı İB-in X4 İstismarı İdarəsinin Quba xidmət sahəsi tərəfindən ona bununla bağlı heç bir məlumat verilməmişdir. Borcun səbəbi dəyişdikdən 6 ay sonra ortaya çıxıb. Daha maraqlısı odur ki, borca dair bildirişdə həmin borc görünmür. Yalnız ödəniş terminalında ödəniş edildiyi halda müvafiq borc məbləğini görmək olur. Həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyinin çağrı mərkəzinə problemlə bağlı müraciət etmişdir. Daha sonra Nazirliyin Enerji Məsələlərini X2 filialı tərəfindən xx.xx.2023-cü il tarixdə ona ünvanlanan məktubda Filial problemin İddiaçı İB-in X4 İstismarı İdarəsinin Quba xidmət sahəsi tərəfindən qaynaqlandığını bildirmişlər. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilən normalardan da göründüyü kimi cavabdeh qaz sayğacının istifadəyə yararlı şəkildə saxlanması üçün məsuliyyət daşıyır və bunun üçün bütün lazımi tədbirləri görməlidir. Əgər onun tərəfindən sayğacın normal işləməsinə maneə törədən hər hansı hərəkət edilibsə bu cavabdeh tərəfindən sübut edilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubundan isə belə görünür ki, sayğacın plastmas qapağının yan tərəfindəki əziyin məhz, onun tərəfindən törədilməsi barədə əsaslı sübut yoxdur. Qaz paylayıcısı istehlakçıya verilən qazın dəyərini sayğacın göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İBnin nümayəndəsi X1 ilkin iddianın təmin olunmasını və yaranmış borcun cavabdehdən tutulmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, ona hesablanmış borcun əsassız olduğunu və iddianın rədd edilməsini, qarşılıqlı iddia təmin edilərək, həmin borcun onun abonent hesabından silinməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən əsaslı olmaqla hər iki iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 21819-10-17 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 sentyabr 2022-ci il tarixli , ******* saylı aktdan görünür ki, abonentin mənzilinə baxış keçirirkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin və istismara yararsız olduğu qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, 30 sentyabr 2022-ci il tarixli , ******* saylı akta əsasən Cavabdeh tərəfindən 8640 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan Cavabdeh adına olan **********00520 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh İddiaçınə 12.2022-ci il tarixə 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik dəymiş ziyan, əvvəlki aylardan 449 (dörd yüz qırx doqquz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində debitor borcu vadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən məlum olur ki, Azəriqaz İB iddia ərizəsi ilə əlaqədar 34 (otuz dörd) manat 90 (doxsan) qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavbdehin mənzilinə quraşdırılmış sayğac iddiaçı tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində İddiaçı İB tərəfindən Cavabdeh 1036.80 manat məbləğində dəymiş ziyan, habelə təbii qazdan istifadəyə görə 449.78 manat borc hesablanmış və istehlakçı isə iddiaçının hesablamış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qaz sayğacının zədələnməsinin məhz cavbdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin ilkin iddia üzrə iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac cavabdehin yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. İddiaçı İB tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən cavabdehin iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz cavabdeh tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi Cavabdeh tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən cavabdeh tərəfindən qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi 1036.80 manat dəymiş ziyan hissəsində təmin olunmamalı və qarşılıqlı iddia həmin məbləğdə borcun silinməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Həmçinin ilkin iddia tələbi təbii qazdan istifadəyə görə 449.78 manat debitor borc tutulması hissəsində əsaslı olmaqla təmin edilməli, qarşılıqlı iddia isə həmin məbləğdə borcun silinməsi hissəsində təmin edilməməlidir. Belə ki, tərəflər arasında qeyd edilən ünvan üzrə qazın alqı-satqısı müqaviləsi bağlanmışdır və qeyd edilən borc həmin müqavilə üzrə istehlak edilmiş qaza görə yaranmışdır. Beləliklə şərh edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan istifadəyə görə 449 (dörd yüz qırx doqquz) manat 78 (yetmiş səkkiz) qəpik borc tutularaq İddiaçı İB xeyrinə ödənilməli, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik **********00520 saylı abonent hesabından silinməlidir. Hər iki iddia iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 (otuz dörd) manat 90 (doxsan) qəpik məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib 10.47 manat hissəsi Cavabdeh tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 449 (dörd yüz qırx doqquz) manat 78 (yetmiş səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumunun 10 (on) manat 47 (qırx yeddi) qəpik hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İtirilmiş qazın bərpası üçün hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik **********00520 kodlu abonent hesabından silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar