Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-965/2021 04.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı 30 oktyabr 2012-ci il tarixli qətnaməsilə yığılıb qalmış 8000 manat aliment borcunun cavabdeh X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, X11 ilə 2001-ci ilin iyul ayında el adəti üzrə ailə qurub. Nikahlarını 18 dekabr 2007-ci il tarixdə rəsmiləşdiriblər. Birgə nikahdan 29 mart 2003-cü il tarixdə X9, 14 fevral 2005-ci il traixdə isə X12 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəllər yaxşı olsa da, lakin sonradan pisləşmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış 18 dekabr 2007-ci il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 mart 2003-cü il təvəllüdlü X9 və 14 fevral 2005-ci il təvəllüdlü X12 onun himayəsində saxlanılmış, 29 mart 2003-cü il təvəllüdlü X9 və 14 fevral 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək cavabdeh X5 hər uşağ üçün hər ay 50 manat olmaqla, vəmi 100 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qət edilmiş aliment məbləğini Rəməş Aslanov ödəməmişdir. Rəməş Aslanov 2012-ci ildən 2015-ci il tarixə kimi cəmi 1150 manat məbləğində pul, daha sonra isə 65 manat məbləğində və sonuncu dəfə 2020-ci ilin sentyabr ayında 490 manat və 97 manat məbləğində olmaqla aliment pulu ödəmişdir. Aliment borcunu ödəmədiyi üçün Quba rayon Məhkəməsinin 1(027)-80/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hokumü ilə X11 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra Quba rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmündən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-114/2021 saylı 03 fevral 2021 -ci il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin 1(027)-80/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hokum dəyişdirilmədən saxlanılmışdır. X13 aliment borcu 8000 manat məbləğində təşkil edir. Onun 29 mart 2003-cü il təvəllüdlü qızı X9 artıq yetkinlik yaşına çatmışdır. Lakin qət edilmiş aliment məbləğini Rəməş Aslanov hələ də ödəməmişdir. Bu illər ərzində Rəməş Aslanov uşaqlara baxmağa heç bir köməklik etməmişdir. Uşaqlara təkbaşına əziyyətlə baxaraq böyüdüb bu yaşa çatdırıb. X10 valideyniləri də öz nəvələrinə heç bir köməklik göstərməmiş, onların nə yeyib içdiyindən, nə ilə dolandğından xəbəri belə olmamışdır. Hazırda cavabdeh əmək pensiyaçısıdır. Nənə kimi nəvələrinə baxmaq onun da vəzifəsidir. Yığılıb qalmış aliment borcunun uşaqların nənəsi Cavabdeh alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı 30 oktyabr 2012-ci il tarixli qətnaməsilə yığılıb qalmış 8000 manat aliment borcunun cavbdeh X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdi ki, İddiaçı onun gəlini olub. Oğlu Rəməş Aslanovdan ayrılıb, ayrıldığdan sonra Quba rayon Məhkəməsinin qərarı ilə iki uşağın saxlanması üçün oğluna aliment təyin olunub. Oğlu alimentin müəyyən hisəsini ödəyib. Qalan hissəni maddi imkanı olmadığına görə ödəyə bilməyib və 8000 min manat aliment borcu yaranıb. Borcu ödəyə bilmədiyinə görə oğlu Quba rayon Məhkəməsinin hökmü ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilib. Oğlunun borcuna görə o məsuliyyət daşımır, 64 yaşı var, yoldaşı da insult keçirib ağır xəstədir. Oğlu bir həftədir həbsdən çıxıb. İşləyib özü borcunu ödəyər. Oğlunun yerində aliment ödəməyə onun imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçın dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış 18 dekabr 2007-ci il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 mart 2003-cü il təvəllüdlü X9 və 14 fevral 2005-ci il təvəllüdlü X12 İddiaçı himayəsində saxlanılmış, 29 mart 2003-cü il təvəllüdlü X9 və 14 fevral 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək cavabdeh X5 hər uşağ üçün hər ay 50 manat olmaqla, vəmi 100 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 157307 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasındakı nikah qeydi pozulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-80/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hokmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 295948 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 14 fevral 2005-ci ildə Quba rayonu İ Nügədi kəndində doğulmuşdur. X3, anası İddiaçıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı ilə cavabdehin oğlu X11 arasındakı nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş 29 mart 2003-cü il təvəllüdlü X9 və 14 fevral 2005-ci il təvəllüdlü X12 İddiaçı himayəsində saxlanılmışdır. 29 mart 2003-cü il təvəllüdlü X9 və 14 fevral 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək cavabdeh X11 hər uşağ üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin İddiaçı verilməli olduğu halda, alimentin çox hissəsini ödəməmiş və nəticədə onun 8000 manat aliment borcu yaranmışdır. Bu səbəbdən X11 Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-965/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-965/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver