Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-969/2021 04.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(027)-1746/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılaraq hər ay uşağın saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 25.05.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 28.01.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Quba rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(027)-1746/2018 saylı qətnaməsi ilə cavabdehin gəlirlərinin ¼ hissəsi miqdarında aliment təyin edilmişdir. Halhazırda heç yerdə işləmir. Həmin aliment miqdarı uşağın ehtiyaclarını qarşılamağa kifayət etmir. Ona görə də, aliment miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, Quba rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(027)-1746/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını ödəməyə çətinlik çəkdiyini, ikinci dəfə ailə həyatı qurduğunu və aliment məbləği artırılacağı təqdirdə maddi durumunun pisləşəcəyini qeyd edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı tələbini qəbul etməmişdir. Belə ki, ailə qanunvericiliyinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur. Aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edən iddiaçı isə bu vəzifənin yalnız onun üzərinə düşdüyünü bildirir. O, iddia ərizəsin alimentin miqdarının nə üçün artırılmalı olduğunu əsaslandıra bilməmişdir. Aliment miqdarının müəyyən olunduğu son məhkəmə qərarından sonra onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmamış, əksinə hal-hazırda işsiz qalmışdır. Amma iddiaçı keçən müddət ərzində işə düzəlmişdir. Buna görə də, aliment miqdarının artırılması barədə verilən iddia ərizəsində iddiaçı onların ailə və maddi vəziyyətlərində hansısa dəyişikliyin olmasını göstərməmişdir. Bundan başqa, ödədiyi alimentin bir qismini atasının pensiyası ilə köməkləşib ödəmişlər. Atası vəfat etdiyindən və anasının pensiya yaşı çatmadığından halhazırda evin bütün xəsrlərini o qarşılayır. Anasının da, onun da səhhətində ciddi problemlər vardır ki, buda onların daima olaraq müalicə olunmaqlarına səbəb olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 28.01.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(027)-1746/2018 saylı qətnaməsi ilə, 28 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 29 may 2018-ci il tarixdən başlayaraq hər ay 30 (otuz) manat sabit pul məbləğində, həmçinin Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 40 (qırx) manat məbləğində pul tutularaq İddiaçı Bəybala qızına verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəstəxanasının müayinə protokolundan görünür ki, Cavabdeh fəqərəarası degenerativ dəyişiklikləri, Şmrol düyünləri və protruziyaları, fəqərəarası disklərin yırtıqları xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən, uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşağ böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(027)-1746/2018 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 28.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə uşaq üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 28.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(027)- 1746/2018 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh uşaq üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-969/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-969/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver