Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-970/2022 15.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.10.2008-ci il təvəllüdlü X7 və 27.02.2011-ci il təvəllüdlü X1 üçün Quba Rayon Məhkəməsinin 10.10.2019-cü il tarixli İş 2(027)-2078/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən Cavabdeh hər uşağa hər ay 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17.10.2007-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan 23.10.2008-ci il tarixdə X7 və 27.02.2011-ci il tarixdə X8 doğulmuşdur. Ailə münasibətləri pozulduğundan, Quba Rayon Məhkəməsinə qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 23.10.2008-ci il təvəllüdlü X7 və 27.02.2011-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılması, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa cəmi 260 (iki yüz altmış) sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla uşaqların bir aylıq tələbatını, bir ay müddətində uşaqların yeməyini, paltarını və digər ehtiyyaclarını ödəmir. Uşaq böyüdükcə yeməyə, geyimə və digər ehtiyyaclara tələbatı da artır. O, heç bir yerdə işləmir, atasının evində yaşayır. Maddi imkanı yoxdur. Cavabdehin maddi imkanı yaxşı olsa da, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimenti vaxtında ödəmir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, heç yerdə işləmir, alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə aliment məbləğinin artırılmasına etiraz edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 10.10.2019-cü il tarixli İş 2(027)-2078/2019 saylı qətnaməsindən görünür ki, 23.10.2008-ci il təvəllüdlü X7 və 27.02.2011-ci il təvəllüdlü X5 anaları -X2 himayəsinə verilməsi, Cavabdeh 21.08.2019-cu il tarixdən başlayaraq 23.10.2008-ci il təvəllüdlü X7 və 27.02.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, iki uşağa görə cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Quba rayon təhsil şöbəsinin 08.04.2022-ci il tarixli 05 nömrəli arayışından görünür ki, X4 rayonu Vladimirovka kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 10.10.2019-cü il tarixli İş 2(027)-2078/2019 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 23.10.2008-ci il təvəllüdlü X7 və 27.02.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa hər ay 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 23.10.2008-ci il təvəllüdlü X7 və 27.02.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 10.10.2019-cü il tarixli İş 2(027)-2078/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 20 (iyirmi) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment artırılaraq, bir uşağa görə aylıq 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə aylıq 300 (üç yüz) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu bir uşağa görə 240 (iki yüz qırx) manat, iki uşağa görə 480 (dörd yüz seksən) manat (12 ay × 40 manat = 480 manat) təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən 30 (otuz) manat təşkil edir. Beləliklə, 30 (otuz) manat dövlət rüsumu cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23.10.2008-ci il təvəllüdlü X7 və 27.02.2011-ci il təvəllüdlü X1 üçün Quba Rayon Məhkəməsinin 10.10.2019-cü il tarixli İş 2(027)-2078/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-970/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-970/2022
15.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver