Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-971/2021 27.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliyin icra edilməməsinə görə pul tələbinə dair ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(027)- 98/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 16000 (on altı min) manat məbləğində pulun, 13000 (on üç min) manat məbləğinin 2011-ci ildən ödənilməməsinə görə qətnamə icra olunan günə kimi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş illik 5 (beş) faiz məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun iddia ərizəsinin tərtib edilməsinə görə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(027)-98/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 16000 (on altı min) manat məbləğində pulun, 13000 (on üç min) manat məbləğinin 2011-ci ildən ödənilməməsinə görə iddia ərizəsi məhkəməyə daxil olan günə kimi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik 5 (beş) faiz olmaqla 6500 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsinə görə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılmasını qanunauyğun sayır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 məxsus olmuşdur. 2009-cu ildə Cavabdeh1 mənzilin dəyərindən ilkin olaraq 8000 (səkkiz min) manat məbləğində beh verilməsini təsdiq edən 30.09.2009-cu il tarixdə Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda müqavilə bağlanmışdır. Lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə ona qarşı Quba Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(027)- 98/2011 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 30.09.2009-cu il tarixli beh müqaviləsini icra etməməsinə görə İddiaçı aldığı 8000 manat behin 2 misli, yəni 16000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 04.07.2011-ci il tarixli 2(105)-624/2011 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəmsinin 07.03.2011-ci il tarixli, 2(027)-98/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh yenə də həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2011-ci il tarixli, 2(102)-3600 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 2(105)-624 saylı, 04 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qətnaməsi icra edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qeyd edilən qətnamə 2011-ci ildə qəbul edilməsinə baxmayaraq, məhkəmə qətnaməsi üzrə cavabdeh borcdan cəmi 3000 (üç) manat ödəmiş, qalan borcu məhkəmə qətnaməsinin qəbul edilməsindən 10 il keçməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin məhkəmə qətnaməsini qəsdən ödəməməsi öz təsdiqini onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə çıxmış hökmlə təsdiqini tapmışdır. Hazırda cavabdeh qəsdən məhkəmə qətnamələri ilə ona verilməli olan pulu özündə saxlamaqla onun borcunu ödəməkdən imtina edir. Cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılmış borc 13000 (on üç min) manatdır. Cavabdeh ona borcunu verməməklə həmin pulu özündə saxlamaqla onu gəlirdən məhrum etmiş, onun borcundan əsassız olaraq varlanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdaifə edərək və iddia ərizəsindəkilərə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(027)-98/2011 nömrəli qətnaməsimə əsasən ondan 30 sentyabr 2009-cu il tarixli beh müqaviləsini icra etməməyinə görə iddiaçı İddiaçı aldığı 8000 manat behin iki misli, yəni 16000 manat pulun ondan alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Maddi imkanı olmadığından beh müqaviləsi bağlanandan 7-8 ay sonra o iddiaçıya satmalı olduğu evi başqasına satmalı olmuşdur. Pandemiya ilə əlaqədar işləyə bilmir və belindən müalicə olunur. Maddi vəziyyəti çox ağırdır. Ona görə bu vaxta kimi iddiaçının pulunu ödəyə bilməmişdir. Lakin pulu ödəməkdən imtina etməyib və iş yeri tapdıqdan sonra pulu hissə-hissə ödəyəcək. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Mülki işin materiallarında olan Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli 2(027)-98/2011 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 30.09.2009-cu il tarixli beh müqaviləsini icra etməməsinə görə İddiaçı aldığı 8000 manat behin 2 misli, yəni 16000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, cavabdehin apellyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2011-ci il tarixli, 2(105)- 624/2011 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(027)- 98/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, cavabdehin kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2011-ci il tarixli, 2(102)-3600/11 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nin 2(105)-624 saylı, 04 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 02.04.2021-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında 06 aprel 2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə 06.04.2021-ci il tarixli mədaxil qəbzi ilə 50 manat pul ödənilməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli 2(027)-98/2011 saylı qətnaməsinə əsasən Cavabdeh1 16000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, həmin qətnamə icraya yönəlmiş, iş üzrə Cavabdeh1 tərəfindən qətnamə üzrə cəmi 3000 manat məbləğində ödəniş olunmuş, qətnamə üzrə 13000 manat məbləğində borc ödənilməmişdir. Həmçinin, iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardım ilə əlaqədar vəkilə 50 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh1 Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(027)-98/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 16000 (on altı min) manat məbləğində pulun, 13000 (on üç min) manat məbləğinin 2011-ci ildən ödənilməməsinə görə iddia ərizəsi məhkəməyə daxil olan günə kimi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik 5 (beş) faiz olmaqla 6500 manat məbləğində pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsinə görə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh1 Quba Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(027)-98/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 16000 (on altı min) manat məbləğində pulun, 13000 (on üç min) manat məbləğinin 2011-ci ildən ödənilməməsinə görə iddia ərizəsi məhkəməyə daxil olan günə kimi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik 5 (beş) faiz olmaqla 6500 manat məbləğində pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsinə görə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-971/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-971/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver