Məhkəmə qərarları › İş №2(027)-974/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-974/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-974/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-568/2021 saylı qətnaməsi ilə iki uşaq üçün müəyyən olunmuş 300 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər uşağa 220 manat olmaqla, hər ay hər uşaq üçün 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 oktyabr 2011-ci il tarixdə nikahlarını Quba rayon İHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyində rəsmiləşdirmiş və nikahları nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından övladlar 13 sentyabr 2018-ci il təvəllüdlü Uğur və 05 fevral 2020-ci il təvəllüdlü Zəhra doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyəti uyğun gəlməmiş, ona qarşı münasibəti dəyişmiş, onunla yola getməmiş, soyuq münasibət bəsləmişdir. Son zamanlar Cavabdeh onu söyüb təhqir etmiş, fiziki güc tətbiq etmiş, ləyaqətini alçaltmışdır. Cavabdehlə bir ailədə yaşamaqları mümkün olmadığından ayrılmışlar. İşlədiyindən və əmək haqqı aldığından cavabdeh onunla barışmış və onu aldadaraq adına bankdan 1500 manat kredit alıb evin təmirinə istifadə etmiş, kredit borcunu ödəməmiş, onun əvəzinə həmin borcları o, ödəməli olmuşdur. Cavabdeh, onun və övladlarının mənafeyi, dolanışığı ilə maraqlanmamış, onlara qarşı daima biganə davranmışdır. Dəfələrlə Cavabdeh davranışları səbəbindən ayrılmış, hər dəfə aliment borcu yığıldığından cavabdeh onu aldadaraq onunla barışmışdır. Rəşad birgə nikahda olduqları müddətdə qardaşının adına avtomobil, bacısının adına ev, torpaq sahəsi almış, həmin əmlakların onların olduğunu bildirərək əmlakların (avtomobil, av və torpaq) alınmasında, eləcə də evin təmirində Rəşad ondan pul götürmüşdür. Quba rayon məhkəməsinin 2(027)-568/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, hər ay iki uşaq üçün 300 manat alimentin Cavabdeh tutulub ona verilməsi qət olunmuşdur. Qətnamə çıxarıldıqdan bir müddət sonra cavabdehlə barışdıqlarından alimenti tələb etməmişdir. Həmin qətnamə hazırdada qüvvədədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında nikah 21 oktyabr 2011-ci il tarixdə Quba RİHB-nın Alekseyevka İƏD üzrə icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından 13 sentyabr 2018-ci il təvəllüdlü X4 və 05 fevral 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-568/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 02 fevral 2021-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyini, həmçinin uşaqların yaşlarını, onların bununla bağlı təlabatının artmasını nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-568/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-568/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar