Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-977/2022 26.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X3 cavabdeh X7 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X3 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 800 manat məbləğində pulun onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və X3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, həmkəndliləri cavabdeh Elbrus Əlişanov 2019-cu ilin iyul ayında yanına toy mərasimi ilə əlaqədar pula ehtiyacı olduğunu bildirib onlardan 1200 manat borc pul almış və toy mərasimini başa vuran kimi borc aldığı pulu qaytaracağını bildirmışdir. Cavabdeh toy mərasimini başa vurduqdan sonra onlar cavabdehdən borc aldığı pulu qaytarmağı təklif etdikdə o, bildirmiş ki, toyda ziyan edib pulu qaytarmağa imkanı yoxdur, uzun sürən danışıqlardan sonra cavabdeh Elbrus Əlişanov borc aldığı 1200 manat pulun 400 manatını qaytarmış, qalmış 800 manat pulu isə qaytarmaqdan boyun qaçırmışdır. Sonuncu dəfə 03.11.2021-ci il tarixdə pullarını ondan tələb etdikdə cavabdeh Elbrus Əlişanov onları nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Onlarda onun hərəkətləri barədə Quba Rayon Polis Şöbəsinə şikayət etmiş, Quba Rayon Polis Şöbəsi 28.11.2021-ci il tarixli məktubu ilə tələbləri mülki xarakterli olduğundan məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X3 iddia tələblərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh X8 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əl yazma qəbzindən görünür ki, 18.07.2021-ci il tarixdə cavabdeh 400 manat məbləğində iddiaçılara pul vermiş və 800 manat məbləğində pul borclu qalmışdır. Borclu qaldığı 800 manat məbləğində pulu ilin sonuna qədər ödəyəcəyi barədə sənəd imzalamışdır. İşin mübahisəsiz halı onda ibarətdir ki, iddiaçılar məhkəməyə müraciət edərək, cavabdeh X4 800 manat məbləğində pulun alınaraq onlara verilməsini xahiş etmiş, iş materiallarında olan əlyazma qəbzi ilə iddia tələbinin əsaslı olması sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh X5 iddiaçılar İddiaçı1 və X2 800 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 800 manat məbləğində pul alınaraq, iddiaçılar İddiaçı1 və X2 verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-977/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-977/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver