Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-980/2024 07.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-676/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəfindən ödənilmiş 60 (altımış) manat məbləğində rüsumunun və müdafiəçiyə ödənilmiş 160 (yüz altımış) manat məbləğində müdafiə xərcinin yarısının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 676/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 08.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona İddiaçı verilməsi qət olunmuşdur. Belə ki, hal-hazır ki, dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 150 (yüz əlli) manat sabit pul məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Çünki uşaq böyüdükcə tələbatı artır. Azyaşlı Firuzə məktəblidir. Məktəbli uşağın maddi xərci çoxdu. Dövlət tərəfindən 2024-cü il üçün bir uşağa aylıq 235 (iki yüz otuz beş) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Bundan əlavə azyaşlı Firuzə görmə zəifliyi ilə bağlı da uzun müddətli müalicə alır. Məlumat üçün bildirir ki, Cavabdeh maddi vəziyyəti yaxşıdır. Qazancı sabit olmasa da imkanları yaxşıdır. Maddi vəziyyəti aylıq 235 (iki yüz otuz beş) manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət edilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altımış) manat mediasiyaya dair xərc tərəfimdən ödənilmişdir. Cavabdeh keçirilən mediasiya prosesinə dəvət olunsa da prosesə gəlməmişdir. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027) 676 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 235 manat məbləğində (iki yüz otuz beş) manat məbləğində sabit pul məbləğinin və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 (altımış) manat dövlət rüsumunun və müdafiəçiyə ödənilmiş 160 (bir yüz altımış) manat məbləğində müdafiə xərcinin yarısının iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsi tələb olunur. O, uşağnın atası kimi onu saxlamağa borcludur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o subay idi. xx.xx.2019-cu il tarixdə xx.xx.1988-cu il tarixdə anadan olmuş X2 ilə rəsmi nikaha girmişdir. Nikah haqqında Şəhadətnamə AZ İİ 337421 Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X11, 07.062021-ci il təvəllüdlü X8 anadan olmuşdur. Hazırda o işləmir və həyat yoldaşı X1 qazancı 345 manat təşkil edir. Digər gəlir yeri yoxdur. Onun ailə həyatı o qədər dəyişib ki, o əvvəlki miqdarda təyin olunmuş aliment ödəməklə, yeni ailəsinə hər ay maddi yardım göstərə bilir. Bu məbləğ isə onların yaşamaqları üçün NK-i tərəfindən müəyyən olunan minium yaşayış məbləğdən də aşağıdır. İddiaçı isə ondan fərqli olaraq X19 Kollecində və sonradan Quba rayonu, Qırmızı qəsəbə tam orta məktəbində müəllimə işləyir, ailəsini dolandırmaqda heç bir maddi çətinlikləri yoxdur. Hazırda xx.xx.2020-ci il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X8 xəstəliklərdən müalicə olunur. Tələb olunan dərmanrı isə valideynləri qarşılayır. Aliment artıqıldığı halda maddi vəziyyəti daha da ağırlaşacaq uşqlarının vaxtında sağlam böyüməsinə ciddi fəsadlara yol açacaqdır. İddiaçı özünün ləyaqətsiz hərəkətləri ilə söylədiyi kimi əmək haqqından əlavə qanunsuz 3-5 qat qazanc əldə edirki bu da uşağının nəinki maddi nemətlər içində yaşamasını hətta bu əməllərə rəvac verən valideynlərinin maddi nemətlər içində yaşamasını təmin edir. İddiaçının maddi imkanları ondan üstündür, ona görə də iddia tələbini qəbul etmir. Alimentin artırılmasına dair iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili X12 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh etibarnamə ilə nümayəndəsi X6 məhkəməyə ərizə göndərərək, ərizəsində məhkəmə iclasında iştiraklarının mümkünsüzlüyünü üzürlü hesab edərək iştirakı olmadan mülki işə baxmaqla, etirazda göstərdiyi halları nəzərə alıb iddia tələbinin təmin edilməməsi barədə qanuni və qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ 387460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-676/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-1534/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, Cavabdeh hər ay 150 manat sabit sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət olunmuşdur. xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00176 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödədi. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə 160 manat pul ödənilməsi göstərilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 2(027)- 676/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin aylıq qazancına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğini cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-676/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 60 manat mediasiya xərci, hüquqi yardım ilə əlaqədar ödənilmiş 160 manat tərəflər arasında bərabər bölünməlidir. Odur ki, mediasiya xərci 30 manat və hüquqi yardım ilə əlaqədar 80 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-676/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; mediasiya xərci 30 manat və hüquqi yardım ilə əlaqədar 80 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-980/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-980/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver