Məhkəmə qərarları › İş №2(027)-981/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-981/2020

05.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-981/2020 05.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, X14 X7 nümayəndəsi X2 iştirakı ilə, X14 X7 cavabdeh X6 qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X14 X12 cavabdeh X6 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 tərəfindən Meşə Fonduna vurulmuş 385,30 manat ziyanın X17 Bank kod:200651 VÖEN: **********, Müxbir hesab: AZE37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X. Quba RM TM H/H AZ85AİİB********************, VÖEN********** xüsusi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X14 X12 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə X5 8 saylı dolayısından qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan 77 ədəd müxtəlif cinsli və müxtəlif diametrli köküstə yaş ağacları özbaşına kəsərək Meşə fonduna 385,30 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə X10 “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məhsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” xx xxxxxx 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Məhkəmə iclasında Quba Regional X7 nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X7 xx xxxxxx 2020-ci il tarixli 550064 nömrəli aktından görünür ki, Quba meşəbəyliyinin 8 saylı dolayısının xidməti ərazisində meşələrin qorunub mühafizə olunma vəziyyətini yoxlayan zaman X10 özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək üçün ağacları kəsdiyi barədə Quba Regional X12nə məlumat daxil olmuşdu. Cavabdeh özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək barədə məlumat araşdırılarkən məlum olmuşdu ki, X3 xx.xx.2019- cu il tarixdə adları məlum olmayan iki şəxslə birlikdə dövlət nörə nişanı olmayan ZİL-131 markalı avtomobillə Quba Meşəbəyliyinin 8 saylı dolayısının 79- cu kvartalına daxil olmuş və oradan qanunsuz olaraq, fıstıq cinsindən 12 sm diametrdə 21 ədəd, 16 sm diametrdə 7 ədəd, 20 sm diametrdə 7 ədəd,vələs cinsindən 12 sm diametrdə 22 ədəd, 16 sm diametrdə 16 ədəd, 20 sm diametrdə 4 ədəd olmaqla cəmi 77 ədəd odunluğ ağacları kəsmişdir. Hadisə baş verdiyi gün Ə. Babayev tabeçilik göstərməmiş, meşə ərazisini oduncaqla birlikdə tərk etmişdi. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Quba meşəbəyliyinin 8 saylı dolayısında xx.xx.2020-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 385,30 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarında olan Quba Regional X7 xx.xx.2020-ci il tarixli, 163 saylı məktubundan görünür ki, X4 X8 8 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan 77 ədəd müxtəli cinsli yaş köküstə ağacın kəsdiyinə görə Meşə Fonduna vurduğu 385,30 manat məbləğində ziyanı könüllü şəkildə ödəməsi təklif olunmuşdur. Məhkəmə iş üzrə mövcud sübutlara və fotoşəkillərə əsasən müəyyən etmişdir ki, X10 xx.xx.2020-ci il tarixdə Quba meşəbəyliyinin 8 saylı dolayısının ərazisindən oduncaq ehtiyyatı üçün qanunsuz 77 ədəd müxtəli cinsli yaş köküstə ağacı kəsmiş, mülki hüquq pozuntusu törətmiş, nəticədə Meşə Fonduna 385,30 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, cavabdeh X10 tərəfindən Meşə Fonduna vurulmuş 385,30 manat ziyan Quba Regional X7, X20 kod:200651 VÖEN: **********, Müxbir hesab: AZE37NABZ********************, S.W. İ. F. T BİK AİİBAZ2X. Quba RM TM H/H AZ85AİİB********************, VÖEN********** xüsusi hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı X18 və Bərpası Müəssisəsi iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq, Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 385,30 manat məbləğində pul alınaraq, Quba Regional X7 X20 kod:200651 VÖEN: **********, Müxbir hesab: AZE37NABZ********************, S.W. İ. F. T BİK AİİBAZ2X. Quba RM TM H/H AZ85AİİB********************, VÖEN********** xüsusi hesabına ödənilsin. X1 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar