Məhkəmə qərarları › İş №2(027)-982/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-982/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-982/2021 07.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı-nin Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 689,30 (altı yüz səksən doqquz manat otuz qəpik) əsas borc, 53,31 (əlli üç manat otuz bir qəpik) manat faiz borcu, həmçinin ərizəyə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 773,01 (yeddi yüz yetmiş üç manat bir qəpik) manat borcun İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 (on iki) ay müddətinə qaytarmaq şərtilə 1170,00 (bir min yüz yetmiş manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixli, 391-QZM-0705-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 05.03.2021-ci il tarixə əsas borcu 689,30 (altı yüz səksən doqquz manat otuz qəpik) əsas borc, 53,31 (əlli üç manat otuz bir qəpik) manat faiz borcu, cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik) olmaqla ümumi borcu 742,61 manat (yeddi yüz qırx iki manat altmış bir qəpik) təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 03 iyul 2020-ci il tarixli, 9229/20 saylı və 04 sentyabr 2020-ci il tarixli, 10561/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində İddiaçı-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh 12 (on iki) ay müddətinə qaytarmaq şərtilə 1170,00 (bir min yüz yetmiş manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixli, 391-QZM-0705-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə onun Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 05.03.2021-ci il tarixə əsas borcu 689,30 (altı yüz səksən doqquz manat otuz qəpik) əsas borc, 53,31 (əlli üç manat otuz bir qəpik) manat faiz borcu, cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik) olmaqla ümumi borcu 742,61 manat (yeddi yüz qırx iki manat altmış bir qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh 12 (on iki) ay müddətinə qaytarmaq şərtilə 1170,00 (bir min yüz yetmiş manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixli, 391-QZM-0705-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Ərizəyə əlavə olunmuş iddiaçı tərəfin təqdim etdiyi 05.03.2021-ci il tarixli maliyyə arayışına əsasən Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli, 391-QZM-0705-19 saylı Kredit Müqaviləsinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 05 mart 2020-ci tarixinə əsas borcu 689689,30 (altı yüz səksən doqquz manat otuz qəpik) əsas borc, 53,31 (əlli üç manat otuz bir qəpik) manat faiz borcu, cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik) olmaqla ümumi borcu 742,61 manat (yeddi yüz qırx iki manat altmış bir qəpik) manat təşkil edir. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı 02 dekabr 2019-cu il tarixli, 391-QZM-0705-19 saylı kredit müqaviləsinə əsasən yaranmış borcunun hamısının İddiaçı-yə ödəməsi barədə məlumatlandırılmışdır. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh məktubu aldığı tarixdən 5 gün müddətində borcunu tam olaraq ödəməli olduğu, ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun İddiaçı qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 773.01 (yeddi yüz yetmiş üç manat bir qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Qərara aldım: İddia təmin edilsin. Cavabdeh 689,30 (altı yüz səksən doqquz manat otuz qəpik) əsas borc, 53,31 (əlli üç manat otuz bir qəpik) manat faiz borcu, həmçinin ərizəyə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 773,01 (yeddi yüz yetmiş üç manat bir qəpik) manat pul alınaraq İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar