Məhkəmə qərarları › İş №2(027)-986/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-986/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-986/2021 08.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541_KMP saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3956 (üç min doqquz yüz əlli altı) manat 80 qəpik, faiz borcuna görə 05 (beş) manat 17 qəpik, cəmi 3961 (üç min doqquz yüz altmış bir) manat 97 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı” ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı-nin iddia ərizəsində göstərilmişdir ki, İddiaçı-nin Quba filialı ilə cavabdeh, Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 4122.30 (dörd min yüz iyirmi iki) manat 30 qəpik məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 22 oktyabr 2019-cu il tarixdə İddiaçı-nin Quba filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 oğlu və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər 22 oktyabr 2019-cu il tarixli, QUFS-3835 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 22 oktyabr 2019-cu il tarixli, QUFS- 4541_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan, Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541 KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 22-dən gec olmayaraq, hər ay 70.47 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmiş, nəticədə maliyyə arayışına əsasən Cavabdeh1 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 3956 (üç min doqquz yüz əlli altı) manat 80 qəpik, faiz borcuna görə 05 (beş) manat 17 qəpik, cəmi 3961 (üç min doqquz yüz altmış bir) manat 97 qəpik təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 22 oktyabr 2019-cu il tarixli, QUFS- 4541 KMP saylı kredit müqaviləsi üzrə əsas borca 3956 (üç min doqquz yüz əlli altı) manat 80 qəpik, faiz borcuna görə 05 (beş) manat 17 qəpik, cəmi 3961 (üç min doqquz yüz altmış bir) manat 97 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdilər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlunun və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 22 oktyabr 2019cu il tarixli, QUFS-4541_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 4122.30 (dörd min yüz iyirmi iki) manat 30 qəpik məbləğində Cavabdeh1 kredit verilmişdir. İş materiallarında olan İddiaçı-nin 16.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 3956 (üç min doqquz yüz əlli altı) manat 80 qəpik, faiz borcuna görə 05 (beş) manat 17 qəpik, cəmi 3961 (üç min doqquz yüz altmış bir) manat 97 qəpik məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 arasında imzalanmış 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541_KMP saylı zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə zamin 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan 17.03.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0*******seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Quba rayonu, Küpçal kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Quba rayonu, Tüləkəran kəndində qeydiyyatdadır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541_KMP kredit müqaviləsi üzrə İddiaçınin Quba filialı illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 4122.30 (dörd min yüz iyirmi iki) manat 30 qəpik məbləğində cavabdehə kredit vermiş, lakin Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirməyərək, hazırki tarixə ona əsas borca görə 3956 (üç min doqquz yüz əlli altı) manat 80 qəpik, faiz borcuna görə 05 (beş) manat 17 qəpik, cəmi 3961 (üç min doqquz yüz altmış bir) manat 97 qəpik məbləğində borc hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 3956 (üç min doqquz yüz əlli altı) manat 80 qəpik, faiz borcuna görə 05 (beş) manat 17 qəpik, cəmi 3961 (üç min doqquz yüz altmış bir) manat 97 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3, müştərək qaydada, 22 oktyabr 2019-cu il tarixli, QUFS-4541_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 3956 (üç min doqquz yüz əlli altı) manat 80 qəpik, faiz borcuna görə 05 (beş) manat 17 qəpik, cəmi 3961 (üç min doqquz yüz altmış bir) manat 97 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar