Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-989/2023 20.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı Azərbaycan Respublikası Quba rayonunun Tüləkəran Bələdiyyəsinin və cavabdeh X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Quba rayonunun Tüləkəran Bələdiyyəsinin cavabdeh X3 qarşı “bələdiyyəyə vurulmuş ziyanın geri ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Quba rayonunun Tüləkəran Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Tüləkəran bələdiyyəsinə vurulmuş 16547.60 manat pul vəsaitinin bələdiyyənin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Quba rayonunun Tüləkəran Bələdiyyəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin 1(027)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Cavabdeh 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadİğın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 mart 2022-ci il tarixli 9/537 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərin və audit rəyinin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındıqda Quba rayonu,Tüləkəran bələdiyyəsində yaranmış çatışmazlıq 17182,60 manat olmuşdur. İş materiallarında olan sübutların qiymətləndirillməsi haqqına 10 may 2022-ci il tarixli qərardan görünür ki, Quba rayonu, Tüləkəran bələdiyyəsi tərəfindən 17 mart 2016-cı il tarixli 03 saylı protokolla ayrılmış 345 manat və 25 dekabr 2018-ci il tarixli 12 saylı protokolla ayrılmış 290 manat məbləğində pul vəsaitləri real olaraq təyinatı üzrə xərclənməsi müəyyən edildiyindən yaranmış çatışmazlıq 17182,60 manat deyil, 16547,60 manat manat məbləğində qiymətləndirilmişdir. Lakin hökm verilərkən 16547.60 manat vəsit barəsində hər hanısa bir qərar verilməmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərk bildirmişdir ki, İ qrup əlildir. İşləmir, gəlir yeri yoxdur. Qeyd olunan məbləği kənd üçün xərcləmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Quba rayonunun Tüləkəran Bələdiyyəsi məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Cavabdeh 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadİğın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh barəsində cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən olunur ki, Cavabdeh iddiaçıya (zərərçəkmiş şəxs) Azərbaycan Respublikası Quba rayonunun Tüləkəran Bələdiyyəsinə məxsus pul vəsaiti mənimsəməklə, ona ümumilikdə 16547,60 manat məbləğində ziyan vurmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Quba rayonunun Tüləkəran Bələdiyyəsinə 16547,60 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba rayon Məhkəməsinin 1(027)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı maddəsinə əsasən, Bu Qanunun 18.66-1.3-cü maddəsində göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmur. Ona görə də, Cavabdeh 139,64 manat məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 16547,60 manat məbləğində pul alınaraq, iddiaçı Azərbaycan Respublikası Quba rayonunun Tüləkəran Bələdiyyəsinə verilsin. Cavabdeh 139,64 manat məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-989/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-989/2023
20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver