Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-997/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)- 37/2010 saylı, 03.02.2010-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, 01,02.2014-cü ildən başlayaraq 24.05.2007-ci ildə anadan olan Elvinin, 05.07.2008-ci ildə anadan olan Nəzrinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ayda 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 22.06.2006-cı il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahlarından 25.04.2007-ci ildə Elvin, 05.07.2008-ci ildə Nəzrin adlı uşaqları anadan olmuşdur. Nikahları Quba rayon Məhkəməsinin 2(027)- 37/10 saylı, 03.02.2010-cu il tarixli qətnaməsi ilə pozulmuş. 27.04.2007-ci ildə anadan olan Elvinin, 05.07.2008-ci ildə anadan olan Nəzrinin yetkinlik yaşna çatana kimi saxlanılması üçün 09.11.2009-cu ildən başlayaraq hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində alimentin X1 alınıb ona verilməsi qərara alınmışdır. Qətnamə qəbul edilərkən Elvinin 2 yaşı, Nəzrinin 1 yaşı olmuşdur. Onların hər birini 50 manata dolandırmaq mümkün olmuşdur. Artıq uşaqlar böyümüş onların dolanışıq xərcləri də artmışdır. Uşaqlar böyüdüyünə, xərcləri artdığına, inflyasiya baş verdiyinə görə alimentin miqdarı dəyişdirilərək, hər uşaq üçün 200 manat müəyyən edilə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, ikinci dəfə ailə həyatı qurduğunu, bu evliliyindən iki övladı olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını və ona görə də iddia tələbinin qismən qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 25 aprel 2007-ci il təvəllüdlü X7 və 05 iyul 2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materillarında olan Quba rayon Məhkəməsinin 2(027)-37/2010 saylı, 03.02.2010cu saylı qətnaməsi ilə, Cavabdeh ilə Verdiyeva (İsmayılova) Arzu Məhəmməd qızı arasında 22 iyun 2006-cı il tarixdə Quba rayon VVADQ şöbəsində bağlanmış və 143№ ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nkahından 25 aprel 2007-ci il tarixdə anadan olmuş X7 və 05 iyul 2008-ci il tarixdə anadan olmuş X5 anaları Verdiyeva (İsmayılova) Arzu Məhəmməd qızının himayəsində saxlanılmış, 25 aprel 2007-ci il tarixdə anadan olmuş X4 və 05 iyul 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 09 noyabr 2009- cu il tarixdən Cavabdeh hər ay, hər uşaq üçün 50 (əlli) manat müəyyən edilməklə, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qərara alınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh Radmilla Qasımova ilə olan nikahlarından 28.05.2013-cü il təvəllüdlü X10 və 08.08.2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-37/2010 saylı, 03.02.2010-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 25 aprel 2007-ci il təvəllüdlü X7 və 05 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 25 aprel 2007-ci il təvəllüdlü X7 və 05 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-37/2010 saylı, 03.02.2010-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-997/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-997/2022
19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver