Məhkəmə qərarları › İş №2(028)-109/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-109/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-109/2022 28.02.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 322,98 manat əsas borc, 48,72 manat faiz borcu, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 371,10 manat borc və 30,40 manat ödənilmiş dövlət rüsümuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 09.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə, illik 26% ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır.Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini dövrü olaraq pozmuşdur.Nəticədə borclunun 04.02.2022-ci il tarixinə kredit müqaviləsi üzrə 322,98 manat əsas borc, 48,72 manat faiz borcu, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 371,10 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi Qubadlı rayon İcra Hakimiyyəti vasitəsi ilə cavabdehin ünvanına çatdırılmış və cavabdeh 28.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" KB ASC-nin tələb etdiyi borcu ödədiyini bildirmişdir. Ərizədə göstərilir ki, "xxxx" KB ASC-nin ona qarşı borc tələbinə dair iddiası vardır.O, həmin borcu tam ödəmişdir.Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan 4713sSUM/18 saylı 09.08.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh 120 ay müddətinə, illik 25% faizədək olmaqla 20000 (iyirmi min) manat krediti kredit prosedurlarına görə 5% məbləğədək (minimum 20 manat), kredit müraciəti üçün 4 mnat komisyon haqqı tutulmaqla verilə bilər.Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği banka qaytarmasını öz öhdəsinə götürür. Sms kredit xidmətinin çıxarışından görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 4713sSUM/18 saylı müraciətə əsasən 09.08.2018-ci il tarixdə hesabına 36 aylıq illik 26% olmaqla 5000 manat məbləğində kredit köçürülmüşdür. BANK/PİKMD/1011643 saylı, 04.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2122nkNAR/21 saylı 18.06.2021-ci il tarixli kredit müqaviləsinə görə "xxxx" KB ASC-yə 322,98 manat əsas borc, 48,72 manat faiz borcu, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 371,10 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ərizəyə əlavə edilmiş "xxxx" KB ASCnin BPM1503500P saylı 07.02.2022-ci il tarxili qəbzindən görünür ki, Cavabdeh 402, 66 manat ödəniş etmiş və 4713sSum/18 saylı 09.08.2018-ci il tarixli krediti tam qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş və o, iddiaçıya qarşı yaranmış borcunu vaxtında ödəmədiyinə görə bank 09.02.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.Lakin cavabdehin 28.02.2022-ci il tarixdə məhkəməyə göndərdiyi qəbzindən görünür ki, Cavabdeh 4713sSUM/18 saylı 09.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunu və iddia ərizəsində bankın tələb etdiyi dövlət rüsumunu (322,98 manat+48,72 manat+0 manat+0 manat+30,4 manat=402,1 manat) 07.02.2022-ci il tarixdə banka tam qaytarmışdır.Belə olan halda iddiaçının cavabdehə qarşı olan borc tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar