Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-110/2025 07.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Xoşbəxt oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 5000 manat maddi ziyanın alnıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh ilə əvvəl tanışlığı olmayıb. Cavabdeh 2022-ci ilin avqust ayında tanışı X2 vasitəsilə tanımışdır. 2022-ci ilin avqust ayında qızı X1 Tağıyevin MİDA-ya məxsus yeni tikili binalardan güzəştli mənzilin alınmasına köməklik göstərdiyini bildirmişdi. O da Cavabdeh istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb Bakı şəhəri Yasamal rayonu ərazisində onunla görüşmüşdülər. Cavabdeh ona Bakı şəhəri Yasamal rayonunda inşa edilən yeni binalardan ev almaq üçün növbədənkənar irəli çəkilməkdə köməklik edə biləcəyini deyərək ondan 5000 manat pul istəmişdir. O, cavabdehə 500 manat pulu nəğd olaraq, 4500 manat pulu isə onun kart hesabına göndərmişdir. Ümumilikdə Cavabdeh 5000 manat pul vermişdir. Cavabdeh Bakı şəhəri Yasamal rayonu ərazisində yeni inşa edilmiş binalardan mənzil almaq üçün növbədə irəli çəkilməyini ona vəd edərək, ümumilikdə ona məxsus 5000 manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəmişdir. Ona görə də cavabdehin hərəkətlərində Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şəmkir RPŞ-nin İB-də Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdi. Bundan sonra onun barəsində olan cinayət işinin istintaqı yekunlaşaraq, məhkəməyə verilmişdi. Şəmkir Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli billinmişdi və həmin əməlin törətdiyi gündən Azərbaycan Respublikası CM-nin 75.1.1ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən cavabdeh cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xilam verilmişdi. Məhkəmə qərarı ilə cavabdeh tərəfindən həqiqətən ona 5000 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh ona vurduğu ziyandan hazırki vaxta kimi heç bir ödəniş elməmişdir.Ona görə də məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Müharibə veteranıdır. Çox çətin vəziyyətdə qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istindaq təcridxanasında saxlanıldığına görə məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-278/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh İddiaçı 5000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və həmin əməlin törədildiyi gündən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Cavabdeh cinayət məsuliyyətindən azad edilməklə, onun brəsində cinayət təqibinə və hazırki cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat maddi ziyanın əvəzi alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Qubadlı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-110/2025
Qubadlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(028)-110/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver