Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-116/2021 31.03.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Bank BTB ASC-nin Cavabdeh1 və 3-cü şəxs Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank BTB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank BTB ASC-nın Sumqayıt filialı ilə Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00261- 17/19 A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 10942,15 manat məbləğində əsas borc, 184,77 manat məbləğində faiz borcu, 248,64 manat dəbbə pulu, ümumilikdə 11375,56 manat, 30 manat dövlət rüsumu,0,40 manat bank xidməti haqqının Cavabdeh1dan Bank BTB ASC-nın xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40,28 kv.m. olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumun ödənilməsi, əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış teleqramda iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Öz ərizəsində iddiaçı göstərmişdir ki, Bank BTB ASC-nın Sumqayıt filialı ilə Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00261-17/19 A saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müdddətinə illik 23 faiz ödənilməsi şərti ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Bank BTB ASC-nın Sumqayıt filialı ilə XDEN-00261-17/19 A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanda yerləşən mənzili ipotekaya qoyulmuşdur. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka kreditə görə xx xxxxxx 2021-ci il tarixinə 10942,15 manat məbləğində əsas borc, 184,77 manat məbləğində faiz borcu, 248,64 manat dəbbə pulu, ümumilikdə 11375,56 manat məbləğində borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli XDEN-00261-17/19 A saylı kredit müqaviləsinin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündənən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 % məbləğində gündəlik cərimə hesablanır. Azərbayçan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.Onlar göstərilən müddətdə mənzildən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, tələb olunan məbləğ şişirdilmişdir.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. 3-cü şəxs Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Bank BTB ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 ilə bağlanmış xx.xx.2019cu il tarixli XDEN-00261-17/19 A saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müdddətinə illik 23 faiz ödənilməsi şərti ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Bank BTB ASC-nın Sumqayıt filialı Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli XDEN- 00261-17/19 A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən mənzili ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndirici tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil tam müıkiyyət hüququ üzrə Cavabdeh1nyn adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Azərbayçan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Bank BTB ASC-nə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarından görünür ki, ”xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmənin nəticəsinə dair yekun rəyinə əsasən ünvan 1-in real bazar dəyəri 50000 manat, likvid dəyəri 42000 manatdır. İş materiallarından görünür ki, Bank BTB ASC cavabdehə bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödəniş aparılmazsa, Bank BTB ASC borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan və Cavabdeh2 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə göstərilmişdir ki, ipoteka qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və o satıldıqda öhdəsinə götürür ki, mənzili heç bir məhkəmə qətnaməsi tələb etmədən qeydşərtsiz tərk edəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kolleqiyaların 01 saylı, xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ılkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Həmin maddəyə əsasən ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu maddədə nəzərdə tutulmuş müddətdə, yəni ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Belə olan halda göstərilən şəxslər məhz ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqdan sonra məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a)mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; ç) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır.Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank BTB ASC-nın Sumqayıt filialı ilə Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00261-17/19 A saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2021-ci il tarixinə olan 10942,15 manat məbləğində əsas borc, 184,77 manat məbləğində faiz borcu, 248,64 manat dəbbə pulu, ümumilikdə 11375,56 manat, 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı Cavabdeh1dan Bank BTB ASC-nın xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus olan və banka ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40,28 kv.m. olan mənzilə yönəldilsin, mənzil açıq hərracda satılsın, əldə edilən vəsait hesabına borcu və dövlət rüsumu ödənilsin, əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğ Cavabdeh1 tutulsun. İpoteka predmeti olan ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 42000 (qırx iki min) manat müəyyən edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-116/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-116/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver