Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-12/2022 22.02.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000 (otuz beş min) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmiləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilmiş “Böyükşor qəsəbəsində yeni inşa olunan stadionun ətrafında yeni yolların, tunellərin və piyada keçidlərinin tikintisi layihəsi çərçəvəsində” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi mülkləri olan və ünvan 1 ünvanda yerləşən yaşayış evi sökülərək hazırki iş üzrə cavabdeh olan qardaşı Cavabdeh 179429 (yüz yetmiş doqquz min dörd yüz iyirmi doqquz) manat kompensasiya ödənilmişdir. ünvan 1 ünvanda yerləşən yaşayış evində onlar uzun müddət yaşamışlar.Onlarin ailəsinə ayrılmış 179429 (yüz yetmiş doqquz min dörd yüz iyirmi doqquz) manat kompensasiyasını Cavabdeh öz şəxsi maraqları və mənafeyi üçün istifadə etmiş, ona düşən payını mənimsəmişdir.Evin söküntüsü üçün digər ailə üzvlərinin razılığı alındığı halda, ona heç bir məlumat verilməmiş və onu hüququndan məhrum etmişlər. Onlar beş nəfər ailə üzvü olmuşlar və həmin kompensasiya beş nəfərin arasında qanunvericiliyə əsasən bərabər bölünməli və hərəsinə 35000 (otuz beş min) manat məbləğində pul verilməli idi. Lakin cavabdeh qudası olduğu ikinci qardaşı ilə aldığı kompensasiyasını öz aralarında bölüşdürmüşlər.Hətta kiçik qardaşını aldadaraq ona razılıq verməsi üçün imza etdirmiş, lakin ona düşən payı mənimsəmişlər.Kompensasıyadan ona düşən payını, yəni 35000 (otuz beş min) manat məbləğində pul verməsini cavabdehdən tələb etsə də, cavabdeh buna heç bir məhəl qoymamış və öz bildiyini etmişdir.Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərdi ki,1993-cü ildə məcburi köçkün düşdükdən sonra o, yeddi nəfər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda balaca sığıcınaqlar tikərək orada yaşamağa başlamışlar.Həmin ərazidə onlarla bərabər 500-ə yaxın ailə məskunlaşmışdır.2013-cü ilə qədər orada yaşayıb təsərrüfat aparmışlar.Dövlət qardaşlarını Bakı şəhəri, Günəşli qəsəbəsində evlə təmin etmişdir və onlar da həmin vaxtdan oradan köçüb getmişlər. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmiləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Plani”nın müvafiq bəndinə əsasən həyata keçirilmiş “Böyükşor qəsəbəsində yeni inşa olunan stadionun ətrafında yeni yolların, tunellərin və piyada keçidlərinin tikintisi layihəsi çərçəvəsində” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ünvan 3 ünvanda yerləşən məcburi köçkünlər tərəfindən tikilən yaşayış evləri sökülərək əvəzində kompensasiya ödənilmişdir.Ona da Agentliyi tərəfindən 179429 (yüz yetmiş doqquz min dörd yüz iyirmi doqquz) manat kompensasiya ödənilmişdir. İddiaçının həmin yaşayış sahəsinə heç bir adiyyatı olmamışdır.İddiaçı tələbə olduğu zamanlarda həmin ərazidə kirayədə yaşamışdır.Bundan əlavə olaraq ata iddiaçıya Xırdalan şəhərində ev almışdır.O vaxtdan iddiaçı ayrı yaşamışdır. Mübahisəli yaşayış evi ümumi mülkiyyətində olmamış və həmin ünvanda o öz ailəsi ilə yaşamışdır.Dövlət tərəfindən verilən kompensasiya ona ailə üzvlərini nəzərə alaraq ödənilmişdir. Dövlət tərəfindən verilən kompensasiya 2013-cü ildə ödənilmiş, üzərindən xeyli müddət ötmüşdür.İddiaçının belə bir iddiası əsaslı və qanuni olmuş olsaydı, o, qanunvericiliyə uyğun olaraq həmin vaxtı lazımi orqanlarına müraciət edə bilərdi.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu rayonun inzibati ərazisində “Böyükşor” adlanan sahədə yeni inşa olunan stadion ətrafında yolların, tunellərin, piyada keçidlərinin tikintisi altına düşən və vətəndaşların uzun müddət istifadəsində olan tikillərin sənədləşdirilməsi barədə 23.07.2013-cü il tarixli 369 nömrəli sərəncamına əsasən ”Azəryolservis” ASC tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə göndərilən 4/16-4135 nömrəli 22 iyul 2013-cü il tarixlı məktuba əlavə edilmiş siyahıda göstərilən vətəndaşlar həqiqətən siyahıda qeyd olunan ünvanlarda uzun müddət yaşamış, onların əksəriyyəti həmin dövr ərzində kommunal xərclərini mütəmadi olaraq ödəmişlər.Həmin vətəndaşların xeyli hissəsi yaşadıqları ünvanların pasport qeydiyyatında da olmuşlar. Göstərilənləri nəzərə alaraq qərara alındı ki, ”Azəryolservis” ASC tərəfindən təqdim olunmuş 4/16-4135 nömrəli 22 iyul 2013-cü il tarixlı məktuba əlavə olunan siyahıda göstərilən ünvanlarda olan mənzillər və köməkçi tikililər həmin siyahıda göstərilən şəxslərin adlarına müəyyən edilmiş qaydada sənədləşdirilsin və siyahı ümumilikdə təsdiq edilsin. Təsdiq edilmiş siyahıya uyğun olaraq söküntüya məruz qalan mənzillərin və köməkçi tikililərin sahiblərinə kompensasiyanın ödənilməsi məqsədi ilə təsdiq edilmiş siyahı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi üçün ”Azəryolservis” ASCyə göndərilsin. İş materiallarında olan və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 03.02.2021-ci il tarixli, 3/16-706 saylı məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmiləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilmiş “Böyükşor qəsəbəsində yeni inşa olunan stadionun ətrafında yeni yolların, tunellərin və piyada keçidlərinin tikintisi” layihəsi çərçəvəsində Cavabdeh aid ünvan 4 ünvanda yerləşən yaşayış evi sökülərək 179429 (yüz yetmiş doqquz min dörd yüz iyirmi doqquz) manat kompensasiya ödənilmişdir.Əlavə olaraq bildirilir ki, iddia etdiyiniz pozulmuş hüquqlarının müdafiəsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüquqları var. İş materiallarında olan və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış 16.05.2021-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.2 və 306.34.1-ci maddələrinin tələblərinə görə prokurorun mülki mühakimə icraatında iştirakı yalnız təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırdığı, xüsusi icraat qaydasında ərizə verdiyi hallarda mümkündür. İş materiallarında olan və Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının İ müavini tərəfindən iddiaçıya ünvanlanmış 23.09.2021-ci il tarixli məktubda qeyd olunur ki, 1ci Avropa oyunları zamanı Sabunçu rayonu, Böyük Şor küçəsində vətəndaşlara kompensasiya verilməklə mənzillərin sökülməsi Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən aparılmamışdır. İş materiallarında olan və Daşınmaz Əmlakın Dövlət Reyestei Xidmətini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 11.01.2022-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 7 ünvanının İddiaçı adına qeydiyyata alınmasına,həmin ünvan ilə bağlı onun adına texniki pasportun, torpaq sənədləri və cizginin tərtib edilməsinə dair hər hansı məlumat (sənəd) aşkar edilməmişdir. İş materiallarında olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Sumqayıt Regional vəkil bürosuna ünvanlanmış 14.01.2022-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 7 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sumqayıt Regional vəkil bürosuna ünvanlanmış 22.01.2022-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmiləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Plani”na uyğun olaraq Sabunçu rayonu ərazisində inşa edilmiş yeni stadionun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi ilə əlaqədar vətəndaş Cavabdeh istifadəsində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsi, Böyük Şor küçəsində mövcud olmuş yaşayış evi dövlət ehtiyacları üçün alınmışdır. Belə ki, müvafiq komissiya tərəfindən tərtib edilmiş və Sabunçu rayon İcra Hakimiyyəti başçısının 23.07.2013-cü il tarixli 369 nömrəli sərəncamı ilə təsdiq edilmiş siyahıya, eyni zamanda Əmlak Məsələləri Dövlət komitəsi Daşınmaz Əmlakın kadastrı və X1 tərəfindən hazırlanmış kadastr planı və onlardan çıxarış sənədlərinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsi, Böyük Şor küçəsi ünvanında yerləşmiş əmlakın X2 istifadədə olması öz təsdiqini tapmışdır. Həmin əmlakın dəyəri müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş və qanunvericiliyə uyğun olaraq hesablanmış 179929,40 (yüz yetmiş doqquz min doqquz yüz iyirmi doqquz manat 40 qəpik) manat kompensasiya "xxxx" ASC-nin Sabunçu filialından X3 ödənilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1.-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Məhkəmədə müəyyən olundu ki, ünvan 4 ünvanda yerləşən yaşayış evi ümumi mülkiyyət hüququ əsasında tərəflərə mənsub olmamış və X2 istifadəsində olmuşdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-12/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-12/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver