Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-137/2020 02.09.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X2, İlkin iddia üzrə Cavabdeh3, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair və Cavabdeh2 İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSÇ arasında bağlanmış kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 031R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6123,09 ABŞ dolları məbləğində kredit borcu, 6474,58 ABŞ dollar faiz borcu, 4376,33 ABŞ dollar hesablanmış cərimə, ümumilikdə cəmi 16974 (on altı min doqquz yüz yetmiş dörd) ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədəqətnamə çıxarılmasınıməhkəmədənxahişetmişdir. Cavabdeh2qarşılıqlıiddiailəməhkəməyəmüraciətedərək,ilkiniddianınrəddedilməsi,şə raitinəhəmiyyətlidərəcədədəyişməsiəsasıiləillikkreditfaizinin 50 faizazadılması, kreditborcununABŞdollarının 0,78 azmanatkursuiləazmanatakonvertasiyaedilməsişərtiiləkreditrazılaşmasınındəyişdirilməsivə zifəsinincavabehinüzərinəqoyulması barədəqətnamə çıxarılmasınıməhkəmədənxahişetmişdir. Məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi ilkiniddianı müdafiə, qarşılıqlıiddianırədd edərək göstərdi ki, İddiaçı QSC Cavabdeh2bağlanmış28.11.2014-cü il tarixli 031L**********66saylı uzunmüddətlikreditmüqaviləsinəəsasən, 120 ay müddətinə 30000 (otuzmin) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləği və müddəti ayrıca olaraq kredit razılışması ilə müəyyən olunur. 28.11.2014-cü il tarixli 031R**********saylı kredit razılaşması əsasında Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər imzaladıqları 24.02.2016-ci il tarixli 031R**********SA saylı, 05.04.2016-cı il tarixli 031R**********SB saylı, 23.08.2016-cı il tarixli 031R**********SC saylı, 30.11.2016-cı il tarixli 031R**********SD saylı, 07.09.2017-ci il tarixli 031R**********SE saylı, 30.03.2018ci il tarixli 031R**********SF saylı, 03.08.2018-ci il tarixli 031R**********SG saylı sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.01.2019-cu il tarixdən banka qaytarmamışdır. Həmin kreditdən cavabdeh 13876,91 ABŞ dolları ödəmiş və onun 6123,09 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır.Bir gün üçün faiz bu kredit razılışmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.01.2020-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 6474,58 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 13.01.2020-ci il tarixə 373 gün üçün hesablanmış cərimə 4376,33 ABŞ dolları təşkil edir. Uzunmüddətlikreditmüqaviləsin 3.1.2.-cibəndinin “a” yarımbəndinəəsasənkreditalanmüvafiqolaraqkreditivəfaiziödənişplanınauyğunolaraqqaytar abilmədikdə kreditormüqaviləyəvaxtındanəvvəlxitamvermək, qalankreditməbləğini, faizborcunuvəmüqaviləüzrəhesablanmışcərimənitələbetməkhüququnamalikdir. Cavabdeh2 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 ilkiniddianı rədd,qarşılıqlıiddianımüdafiə edərək göstərdi ki, İddiaçı QSC-nin iddia tələbi əsassız və qanunsuzdur.O, kredit məbləğinin əhəmiyətli hissəsini ödəmiş və mövcüd devalvasiya səbəbindən iki dəfə ərizə ilə İddiaçı QSC-yə müraciət edərək kredit borcunun Azərbaycan manatına konvertasiya olunmasını tələb etmişdir. Lakin bank əməkdaşları onu aldadaraq konvertasiya olunması əvəzinə ona yeni şərtlərlə, yəni müqavilənin müddətinin uzadılması və aylıq ödənişlərin azaldılması şərtləri ilə yeni müqavilələrə imza etdirmişlər.ABŞ dollarının Azərbaycan manatına nisbətən iki dəfə artıq bahalaşması borcunun bağladıqları müqavilə şərtləri əsasında ödənilməsini mümkünsüz etmişdir.Müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyətli dərəcədə dəyişməsi kredit müqaviləsi şərltərinin dəyişdirilməsini zəruri edir. Azərbaycan Respublikası MM-in 422.1-ci maddəsinə əsasən,tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Bu qanun normasının tələblərindən görünür ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsini tələb etmək onun hüququdur. İddiaçı QSC onun təkliflərini araşdıraraq və məcburi köçkün olduğunu nəzərə alıb ona güzəşt etmək əvəzinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı QSC süni olaraq qanuna zidd formada kredit üzrə faiz borcunu da artırmışdır. Azərbaycan Respublikası MM-in 741-ci maddəsinə əsasən,əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.Lakin ona təqdim edilən aylıq ödəniş cədvəlinə hər ay üçün faizlərin ödəniməsi şərtləndirilmişdir. Kredit borcunun əhəmiyyətli hissəsi faizə silinmiş əsas borc üçün ödənilmiş məbləğ azaldılaraq faiz məbləği suni yolla artırılmışdır. Göstərilənləri nəzərə alaraq ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişr və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 oğluarasında28.11.2014-cü il tarixli 031L**********66saylı uzunmüddətlikreditmüqaviləsibağlanılmışdır. Kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətinə 30000 (otuzmin) ABŞ dolları məbləğində kredit xətti acılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləği və müddəti ayrıca olaraq kredit razılışması ilə müəyyən olunur. 28.11.2014-cü il tarixli 031R********** saylı kredit razılaşması əsasında Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər imzaladıqları 24.02.2016-ci il tarixli 031R**********SA saylı, 05.04.2016-ci il tarixli 031R**********SB saylı,23.08.2016-ci il tarixli 031R**********SC saylı, 30.11.2016-ci il tarixli 031R**********SD saylı, 07.09.2017-ci il tarixli 031R**********SE saylı, 30.03.2018ci il tarixli 031R**********SF saylı, 03.08.2018-ci il tarixli 031R**********SG saylı sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Həmin kreditdən cavabdeh 13876,91 ABŞ dolları ödəmiş və onun 6123,09 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılışmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.01.2020-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 6474,58 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 13.01.2020-ci il tarixə 373 gün üçün hesablanmış cərimə 4376,33 ABŞ dolları təşkil edir. Uzunmüddətlikreditmüqaviləsin 3.1.2.-cibəndinin “a” yarımbəndinəəsasənkreditalanmüvafiqolaraqkreditivəfaiziödənişplanınauyğunolaraqqaytar abilmədikdə kreditormüqaviləyəvaxtındanəvvəlxitamvermək, qalankreditməbləğini, faizborcunuvəmüqaviləüzrəhesablanmışcərimənitələbetməkhüququnamalikdir. Cavabdeh2 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, İddiaçı QSC kredit alana və zaminlərə xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə gədər tutulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarına şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, məsələ məhkəmə qaydasında həll edildiyi halda tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləğləri - 4376,33 ABŞ dollar tənəsübsüz surətdə yüksəkdir və müvafiq olaraq 100 ABŞ dolları məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 02.07.2020-ci il tarixli 9/929 saylı rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış və şəxsi hesab vərəqəsi məlumatları, 28 noyabr 2014-cü il tarixli,031R********** nömrəli kredit müqaviləsi qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 maliyyə arayışında göstərilən 13.01.2020-ci il tarixə İddiaçı QSC-nə olan borcu ümumilikdə 8562,95 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 6123,09 ABŞ dolları, faiz borcu üzrə 2439,86 ABŞ dolları. İş materiallarında 28 noyabr 2014-cü il tarixli,031R********** nömrəli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 sentyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşması və ona əlavə edilmiş sazişləri ləğv edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 031R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə əsas borc üzrə 6123,09 ABŞ dolları, faiz borcu üzrə 2439,86 ABŞ dolları, 100 ABŞ dollar hesablanmış cərimə, ümumilikdə cəmi 8662,95 (səkkiz min altı yüz altmış iki,95) ABŞdolları məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalanhissədəilkiniddiarəddedilsin. Ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Qarşılıqlıiddia rədd edilsin. İlkiniddianırəddedilməsi, şəraitinəhəmiyyətlidərəcədədəyişməsiəsasıiləillikkreditfaizinin 50 faizazadılması, kreditborcununABŞdollarının 0,78 azmanatkursuiləazmanatakonvertasiyaedilməsişərtiiləkreditrazılaşmasınındəyişdirilməsivəzi fəsininİddiaçı QSC -ninüzərinəqoylmasıbarədəqarşılıqlıiddiatələbitəminedilməsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat Cavabdeh2 tutulub X1 AZ41NABZ******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-137/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-137/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver