Məhkəmə qərarları › İş №2(028)-146/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-146/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-146/2024 17.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 44200 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt Telekommunikasiya Qovşağının kros üzrə texniki işçisi işləyir. Nümayəndə1 onun oğludur. Oğlu Elçin, X8 ilə 2018-ci ildən bərabər işləyirlər. Ramil Xanalıyev və onun ailəsi ilə gediş-gəlişləri olub və oğlu ilə çox yaxın dost olublar. 2022-ci il noyabr ayında oğlu ailə büdcəsi ilə ailələrinə yeni gəlir yeri təmin etmək üçün yeni mağaza icarəyə götürmək istədiyi barədə anasına (iddiçıya) və atasına bildirdi. Onlar buna etiraz etmədilər. Oğlu mağazanın onun adına rəsmiləşdirəcəyini bildirdi. Daha sonra oğlu ailə büdcəsindən istifadə edərək ünvan 1 ünvanında yerləşən mağazanın 1-ci mərtəbəsini subicarə müqaviləsi əsasında onun adına icarəyə götürdü. İddiaçı "xxxx" ilə subicarə müqaviləsi bağladı və banklarda hesab açdı. Daha sonra bütün işləri yaşı ilə əlaqədar oğlu Elçinə etibar etdi. Mağaza fəaliyyətə başlamamışdan öncə oğlu ona etibarnamə verməyini istədi. Etibarnamə verərkən Elçin "xxxx"da rəsmi işçisi olan Cavabdeh və X6 da qeyd etməyini bildirdi. İddiaçı oğlunun dediyi kimi etdi. Çünki Ramil oğlunun yaxın dostu idi, İsa isə Ramilin qaynı və Elçinin işçisi idi. Bu səbəblərdən hər hansı problem olacağını düşünməmişdi. Mağazaya gətirilən mallar, satışlar və digər bütün prosesləri oğlu idarə edirdi. Oğlu Nümayəndə1 Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən mağazaya Türkiyə Respublikasından rəsmi sənədlərlə mallar gətirərək satışını həyata keçirmişdir. Mağazada 1 ədəd Kapital Banka, 1 ədəd X12 məxsus Post Terminal aparatı olub. Nağdsız ödəmələrdən gələn vəsaitlər həmin banklar vasitəsilə qəbul edilirdi. 2023-cü ilin yanvar ayında Nümayəndə1 Kapital Bank hesabına bağlı plastik kart sifariş vermişdir. Yanvar ayında Kapital bank hesabına bağlı biznes kart oğluna ofisdə təhvil verilmişdir. Daha sonra Nümayəndə1 yanvar ayında həmin kartdan nağdlaşdırma edərək mağazanın və sair xərclərin ödənilməsi üçün istifadə etdi. Həmin kartda olan vəsaitlər ona məxsus mağazada və ona məxsus malların nağdsız satışından gələn vəsaitlərdir. Yəni bu karta və hesaba oturan vəsaitlərin Ramil Xanalıyevə və Cavabdeh heç bir aiddiyyatı yox idi. 2023-cü ilin aprel ayının əvvəllərində Elçin evdə Ramillə aralarında münasibətlərdə soyuqluq olduğunu bildirdi. Daha sonra oğlu ona məxsus biznes 1 kartdan toplamda 44200 manat vəsaitin İsa tərəfindən çıxarılaraq Ramilə verildiyini bildirdi. Yəni pulun çıxarılması və Ramilə verilməsini o çıxarıldığı anda deyil, məhz aprel ayında bildi. Həmin pulların qaytarılıb-qaytarılmadığını soruşduqda oğlu pulların qaytarılmadığını bildirdi. Daha sonra oğlu polisə Cavabdeh barəsində şikayət etdi. İstintaqda Cavabdeh ona məxsus **********517545 nömrəli kartdan 44200 manat vəsaiti çıxartmasını və daha sonradan Ramilə verməsini etiraf etmişdir. Bank çıxarışında da fevral, mart və aprel aylarında 44200 manat vəsaitin çıxarılması öz əksini tapdı. Sumqayıt şəhər polis idarəsində araşdırmanın nəticəsi olaraq işdə cinayət tərkibinin olmaması və mülki məsələ olması ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra o, Sumqayıt Şəhər Məhkəməsinə 44200 manat məbləğin Ramil Xanalıyevdən tutularaq ona ödənməsi ilə bağlı iddia qaldırmışdı. xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5148/2023 nömrəli qətnaməsi ilə onun Elçinə və İsaya hesabdan nağdlaşdırılan vəsaitin Ramilə verilməsi ilə bağlı tapşırıq vermədiyi, Ramilin də ondan hər hansı vəsait istəmədiyi və almadığı üçün Ramilə qarşı iddia tələbi qaldıra bilmək hüququnun olmadığı qərara alındı. Yəni bu da o demekdir ki, onun etibarnamə verdiyi və onun adından hərəkət edib pulları çıxaran Cavabdeh pullarını tələb etmək hüququ var və bu səbəblə o, iddianı hüquqi savadı olmadığından düzgün olmayaraq Ramilə qarşı qaldırmış, əslində isə iddianı İsaya qarşı qaldırmalı idi. Çünki pulu onun kartından çıxardan şəxs İsadır və İsa 44200 manatı çıxartdığını həm istintaqda, həm də məhkəmə də etiraf etmişdir. Bu səbəbdən də Cavabdeh ona məxsus **********517545 nömrəli biznes kartdan fevral, mart və aprel aylarında nağdlaşdırdığı 44200 manat vəsaiti geri qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, iddiaçının istinad etdiyi “Kapital Bank” hesabına bağlı plastik kartda olan vəsaitlər "xxxx" MMC-yə məxsus malların nağdsız satışından gələn vəsaitlərdir. Yəni bu karta və hesaba oturan vəsaitlərin əslində faktiki olaraq iddiaçıya heç bir aiddiyyəti yoxdur. İddiaçı mağazanı yalnız subicarə müqaviləsi qarşılığında "xxxx" MMC-dən götürüb fəaliyyət göstərsə də, həmin mağazada olan bütün mallar və avadanlıqlar əslində faktiki olaraq "xxxx" MMC-yə məxsus olmuşdur. Bunu ən mötəbər və ən inandırıcı şəkildə təsdiq edən ən mötəbər dəlil və sübut ondan ibarətdir ki, iddiaçı oğlu Elçinə, Ramil Xanalıyevə və Cavabdeh özündə bütün əsas səlahiyyətləri təsdiq edən ümumi etibarnamə vermişdir. Ən sadə və elementar məntiqlə yanaşılsa belə, haqlı olaraq bir sual meydana çıxır ki, iddiaçının qeyd etdiyi kimi əgər həmin mallar və pul vəsaitləri yalnız iddiaçının özünə məxsus olmuşdursa nə üçün özü üçün tamamilə yad olan və heç bir qohumluq münasibəti olmayan başqa şəxslərə bütün səlahiyyətləri özündə əks etdirən ümumi etibarnamə vermişdir və həmin pulların qeyd edilən şəxslər tərəfindən, hətta özünün də iddia ərizəsində qeyd etdiyi kimi oğlu Elçin ilə cavabdeh arasında münasibətlər pozulduqdan sonra həmin etibarnaməni ləğv etməyərək 14850 manat pulu hesabdan çıxarmasına şərait yaratmışdır? Heç kəs özünə məxsus olan mallara və pul vəsaitinə dair sərəncam verməyi başqa şəxslərə icazə verən etibarnamə verməzdi. Belə ki, iddiaçının öz oğluna verdiyi etibarnamə kifayət edərdi ki, oğlu Elçin öz anasının adından və onun əvəzinə qeyd edilən səlahiyyətləri icra etsin və mağazanı idarə etsin. Lakin iddiaçının "xxxx" MMC-nin təsisçisi olaraq Ramil Xanalıyevə və həmin MMC-də mühasib köməkçisi olan Cavabdeh belə bir səlahiyyət verməsi onu təsdiq edir ki, qeyd edilən mallar və pul vəsaitləri yalnız həmin MMC-yə məxsus olmuşdur və hesabdan çıxarılan pullar məhz "xxxx" MMC-nin xərclərinə sərf olunmuşdur. İddiaçının oğlu Nümayəndə1 Sumqayıt Şəhər Polis İdarəsinə verdiyi izahatda çıxarılan pulların "xxxx" MMC-nin işlərinə sərf olunduğunu etiraf etmişdir. Eyni zamanda mühasib köməkçisi işləyən Cavabdeh də Sumqayıt Şəhər Polis İdarəsinə verdiyi öz izahatında qeyd edilən malların və pul vəsaitlərinin "xxxx" MMC-yə məxsus olduğunu və həmin MMC-nin xərclərinə sərf olunduğunu bildirmişdir. Bu barədə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarda geniş və ətraflı şəkildə bəhs edilmişdir. İddiaçı cavabdeh X7 qarşı “pul və xüsusi qərardad çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X3 44200 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin əməlində cinayət tərkibi olduğundan onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (X10 Xoşbəxt oğlunun sədrliyi ilə, İş № 2(060)- 5148/2023) icraatında olan həmin mülki iş üzrə Cavabdeh məhkəmə tərəfindən “Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs” qismində işə cəlb edilmiş və Cavabdeh məhkəmə tərəfindən “Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs” qismində izahat vermişdir. Əgər 44200 manat məbləğində pulun Cavabdeh tərəfindən çıxarılıb Ramil Xanalıyevə verildiyi zaman iddiaçının qənaətinə görə Cavabdeh hər hansı bir mülki hüquq pozuntusuna yol vermişdirsə, iddiaçı nə üçün həmin mülki iş üzrə cavabdeh X8 ilə birlikdə, həm də birgə cavabdeh olaraq Cavabdeh da qarşı eyni iddia tələbi irəli sürmədiyini və nə üçün məhz hal-hazırda iddia tələbi irəli sürdüyünün əsl səbəbini izah etməmişdir. Digər tərəfdən həmin mülki iş üzrə iddiaçının irəli sürdüyü “dəlillərlə” hal-hazırki mülki iş üzrə iddiaçının “dəlilləri” arasında ciddi və kəskin ziddiyyətlər vardır. Halbuki hər iki mülki iş üzrə eyni iddiaçı öz iddia ərizələrində eyni pul məbləğini tələb etdiyi üçün iddia tələbinin əsası olaraq eyni hallara istinad etməli və heç bir ziddiyyətə yol verməməli idi. Lakin həmin mülki iş üzrə iddiaçının iddiası qanunsuz və əsassız olduğuna görə rədd edildiyi və həmin iddia üzrə istinad etdiyi hallar öz təsdiqini tapmadığı üçün hal-hazırki mülki iş üzrə iddiaçı öz iddia ərzəsində böyük ölçüdə ixtisarlar etməyə məcbur olmuş və həm əvvəlki iddia ərizəsində, həm də hal-hazırki iddia ərizəsində istinad etdiyi hallara münasibətdə kəskin və ciddi şəkildə fərqlənən ziddiyyətli “dəlillər” irəli sürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin (X10 Xoşbəxt oğlunun sədrliyi ilə, İş №2(060)- 5148/2023) icraatında olan həmin mülki iş üzrə iddiaçının irəli sürdüyü iddia ilə bilavasitə baglı olan əsas və geniş məzmunlu “dəlili” ondan ibarət olmuşdur ki, “...Oğlum Nümayəndə1 Bakı Şəhəri, Qara Qarayev prospektində yerləşən mağazaya Türkiyə Respublikasından rəsmi sənədlərlə mallar gətirərək satışını həyata keçirmişdir. Mağazada 1 ədəd Kapital Banka, 1 ədəd X12 məxsus Post Terminal aparatı və dövlət kassası olub. Nağdsız ödəmələrdən gələn vəsaitlər həmin banklar vasitəsilə qəbul edilirdi. 2023-cü ilin yanvar ayında Nümayəndə1 Kapital Bank hesabına bağlı plastik kart sifariş verdi. X9 Cavadova ofisdə həmin hesaba bağlı business kart verildi. Daha sonra Nümayəndə1 həmin kartdan nağdlaşdırma edərək öz xərclərində və mağazanın xərclərində istifadə etdi. Həmin kartda olan vəsaitlər mənə məxsus mağazada və mənə məxsus malların nağdsız satışından gələn vəsaitlərdir. Yəni bu karta və hesaba oturan vəsaitlərin Ramil Xanalıyevə heç bir aiddiyyatı yoxdur. Mən mağazanı yalnız icarə müqaviləsi qarşılığında "xxxx" MMC-dən götürmüşəm. Mağazada olan mallar və avadanlıqlar hamısı rəsmi sənədlərlə mənə məxsusdur. Elçinin sözü ilə mən Elçinə, Ramilə və şirkətin işçisi İsa adlı şəxsin adına ümumi etibarnamə vermişəm. Mən Sumqayıtda dövlət işində işlədiyim üçün bütün işləri oğlum Nümayəndə1 yerinə yetirirdi. Kartı da oğlum Nümayəndə1 ofisdə şirkətin ümumi seyfinə qoymuşdur. Lazım olanda Elçinin göstərişi ilə İsa və sürücü həmin kartdan pul çıxarırdı. Kartda aylıq nağdlaşdırma 15.000 AZN olub. Yanvar ayında oğlum özü həmin kartdan pul çıxardıb. Daha sonra karta toplanan vəsaitləri saxlayaraq İbrahimə olan borcun qaytarmaq üçün toplamaya başlayır. Lakin Ramil ona onsuz da İbrahimin pulun Aprel- May ayında verəcəksən deyərək kartda toplanan vəsaitləri ondan borc olaraq alır və İbrahimin pulunu qaytaranda verəcəyini söyləyir. 2023-cü ilin fevral və mart aylarında oğlum Nümayəndə1 razılığı ilə 29.350 AZN pul vəsaiti İsa tərəfindən çıxardılarcıq Ramilə borc olaraq verilmişdir. 2023-cü ilin mart ayının 23-dən Elçinlə Ramil arasında münasibətlər soyumağa başlayır. 2023-cü ilin mart ayının 27-si Elçinin xəbəri və heç bir göstərişi olmadan hesabdan karta 14.850 manat köçürülür. Bundan sonra 2023-cü ilin aprel ayının 1-i Elçin İsaya zəng vuraraq mənim adıma olan kartdan pul çıxardığını soruşur. İsa isə pulu çıxardığını bildirir. Elçin ondan pulu ona gəlirib verməyini tələb etdikdə İsa Ramilin başqa bir şəxsə pulu verməyini söylədiyini bildirir. Oğlum Elçin dərhal Ramilə zəng vuraraq 14.850 AZN pulla bərabər loplamda 44.200 manat pulu tələb eldikdə Ramil faizə pul verməli olduğunu bildirib və daha sonra ona verəcəyini söyləyir. Bundan sonra isə dəfələrlə pulu tələb etsədə qaytarmaqdan boyun qaçırdıb. Qeyd elmək istəyirəm ki. 2023-cü ilin mart ayının 27-si Elçinin xəbəri və heç bir göstərişi olmadan hesabdan karla 14.850 AZN pul köçürülmüşdür. Kart etibarnamə ilə X7 etibar edildiyindən, o. etibar edilmiş əmlakı - pulu mənimsəyərək şəxsi ehtiyaclarına sərf etmişdir. Buna görə də X4 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4,-cü maddəsində nəzərdə tutulan xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və ya israf elmə cinayətinin tərkibi vardır. Hesab edirəm ki, X4 barəsində xüsusi qərardad çıxarılmalı və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4.-cü maddəsində nəzərdə tutulan xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və ya israf etmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir..." Göründüyü kimi, iddiaçı həmin İddia Ərizəsində yanvar ayında oğlunun özünün həmin kartdan pul çıxardığını, daha sonra karta toplanan vəsaitləri saxlayaraq İbrahimə olan borcun qaytarmaq üçün toplamağa başladığını, lakin Ramilin oğluna onsuz da İbrahimin pulunu aprel-may ayında verəcəksən deyərək kartda toplanan vəsaitləri oğlundan borc olaraq aldığını və İbrahimin pulunu qaytaranda verəcəyini söylədiyini, 2023-cü ilin fevral və mart aylarında oğlu Nümayəndə1 razılığı ilə 29.350 AZN pul vəsaitinin İsa tərəfindən çıxardılaraq Ramilə borc olaraq verildiyini, 2023-cü ilin mart ayının 23-dən Elçinlə Ramil arasında münasibətlərin soyumağa başladığını, 2023-cü ilin mart ayının 27-si oğlu Elçinin xəbəri və heç bir göstərişi olmadan hesabdan karta 14.850 AZN pul köçürüldüyünü, bundan sonra 2023-cü ilin aprel ayının 1-i Elçinin İsaya zəng vuraraq onun (iddiaçının) adına olan kartdan pul çıxardığını soruşduğunu və İsanın isə pulu çıxardığını bildirdiyini. Elçinin İsadan pulu ona gətirib verməyini tələb etdikdə İsa Ramilin başqa bir şəxsə pulu verməyini söylədiyini bildirdiyini, oğlu Elçinin dərhal Ramilə zəng vuraraq 14.850 AZN pulla bərabər toplamda 44.200 manat pulu tələb etdikdə Ramilin faizə pul verməli olduğunu bildirib və daha sonra ona verəcəyini söylədiyini, bundan sonra isə dəfələrlə pulu Ramildən tələb etsə də qaytarmaqdan boyun qaçırdığını. 2023-cü ilin mart ayının 27-si Elçinin xəbəri və heç bir göstərişi olmadan hesabdan karta 14.850 AZN pul köçürüldüyünü, kart etibarnamə ilə X7 etibar edildiyindən, Ramilin, etibar edilmiş əmlakı - pulu mənimsəyərək şəxsi ehtiyaclarına sərf etdiyini bildirmişdir. Cavabdeh öz izahatlarında nəinki 14.850 AZN məbləğində pulun, o cümlədən 29350 manat məbləğində pul vəsaitinin məhz hal-hazırki iş üzrə iddiaçının nümayəndəsi olan oğlu Nümayəndə1 əvvəlcədən məlumatı və razılığı (göstərişi) əsasında hesabdan karta köçürüldüyünü və eyni qaydada kartdan çıxarıldığını və Ramil Xanalıyevə verildiyini bildirib. İddia Ərizəsinin digər “dəlili" bundan ibarətdir ki, “...Daha sonra mən Sumqayıt şəhər məhkəməsinə 44200 manat məbləğin Ramil Xanahyevdən tutularaq mənə ödənməsi ilə bağlı iddia qaldırdım. xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5148/2023 nömrəli qətnaməsi ilə mənim Elçinə və İsaya hesabdan nağdlaşdırılan vəsaitin Ramilə verilməsi ilə bağlı tapşırıq vermədiyimi. Ramilin də məndən hər hansı vəsait istəmədiyi və almadığı üçün Ramilə qarşı iddia tələbi qaldıra bilmək hüququmun olmadığım qərara alındı. Yəni bu da o deməkdir ki, mən etibarnamə verdiyim və mənim adımdan hərəkət edib pulları çıxaran Cavabdeh pullarımı tələb etmək hüququm var və bu səbəblə mən iddianı hüquqi savadım olmadığından düzgün olmayaraq Ramilə qarşı qaldırmışam, əslində isə iddiamı İsaya qarşı qaldırmalı idim. Çünki pulu mənim kartımdan çıxardan şəxs İsadır və İsa 44200 manatı çıxartdığını həm istintaqda həm də məhkəmə do etiraf etmişdir. Bu səbəbdən də Cavabdeh mənə məxsus **********517545 nömrəli biznes kartdan fevral, mart və aprel aylarında nağdlaşdırdığı 44200 manat vəsaiti geri qaytarmalıdır...” Həmin “dəlil” qanunsuz və əsassızdır. Belə ki, hal-hazırki mülki iş üzrə iddia, tərkibindəki müəyyən tələbləri irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir və cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Başqa sözlə desək, iddiaçının iddiada göstərilən pulun ona verilməsini tələb etməyə subyektiv hüququ mövcud deyildir. Beləliklə hal-hazırki mülki iş üzrə irəli sürülən iddia əsassızdır. Cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir və iddiaçı qeyd edilən əsasların mövcud olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehin ona məxsus pulları mənimsəməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal iddiaçı tərəfindən irəli sürülən hər iki mülki iş üzrə işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Bəhs edilən mülki iş üzrə ən mötəbər və təkzibolunmaz hal bundan ibarətdir ki, Cavabdeh iddiada qeyd edilən məbləğdəki pulu özünə götürməmiş və ya mənimsəmiş, iddia tələbində qeyd edilən məbləğdəki pul iddiaçının bütün işlərini həvalə etdiyi və etibarnamə üzrə nümayəndəsi olan oğlu Nümayəndə1 əvvəlcədən məlumatı və razılığı ilə 2 dəfə Ramil Xanalıyevə vermişdir və məhkəmə tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır ki, qeyd edilən hərəkətləri edən zaman onun bu hərəkətləri etməyə səlahiyyət verən və iddiaçı tərəfindən ona notarial qaydada təsdiq edilmiş etibarnaməsi olmuşdur. İddiaçının hal-hazırki mülki iş üzrə irəli sürdüyü iddia ərizəsində istinad etdiyi və mübahisələndirdiyi hallar (qanunsuz yolla ələ keçirildiyi iddia edilən pulların həm ayrıayrılıqda. (14850 manat və 29350 manat), həm də ümumi çıxarılan məbləğinin (44200 manat) eyni olması, qanunsuz olduğu iddia edilən əməllərin sayı və törədiləmə üsulları, həmin əməllərin baş verdiyi tarixlər, qanunsuz əməllərə yol verdiyi iddia edilən şəxslərin eyni şəxslər-Ramil Xanalıyev və Cavabdeh olması və sair) ilə Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)- 5148/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsində məhkəmə tərəfindən müəyyən edilmiş hallar ilə tam olaraq eynidir və həmin hallara artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə düzgün hüquqi qiymət verildiyinə görə hal-hazırki mülki iş üzrə preyedusial xarakter daşıyır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5148/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı cavabdeh X3 44200 AZN pul borcunun tutularaq İddiaçı qızma geri ödənilməsi barədə qətnamə qəbul edilməsi və cavabdeh X4 əməlində cinayət tərkibi olduğundan cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçının hüquqi təhsili və kifayət qədər hüquqi biliyi olmadığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5148/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsini düzgün başa düşməmişdir. Belə ki. həmin Qətnamədə deyilir ki, “...Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh izahatında göstərdi ki, iddiaçının oğlu Nümayəndə1 tanıyır, iddiaçının isə adını eşidib, amma özünü görməyib. 2022-ci ilin sentyabr ayından "xxxx" MMC-də mühasib köməkçisi vəzifəsində işləyir. Nümayəndə1 həmin MMC-də direktor işləyib. Ramil Xanalıyev də həmin MMC-nin təsisçisidir. Həmin şirkətdə bütün pul hesabatlarına o baxmışdır və o, iddiaçının işçisi olmamışdır. 14850 manatı o çıxarıb və şirkətin hesabına köçürüb, bundan isə Nümayəndə1 xəbəri olmuşdur. O. hər ay şirkətə aid kartlardan pul çıxardır, yəni təkcə bir kartdan pul çıxartmır. Malların satışından əldə olunan pulları çıxarıb ya şirkətin hesabına köçürür, ya da Ramilin dediyi şəxslərə verir. Nümayəndə1 etibarnaməsi var, İddiaçı kartından pulları çıxarıbsa, bu, Elçinin icazəsi ilə olub. İddiaçı hesabına pul nağdsız ödənişlərdən, malın satışından mədaxil olurdu. Mallar Türkiyədən gəlirdi və malların dəyərini Ramil Xanalıyev ödəyirdi. Malların alınması üçün İddiaçı VÖEN hesabından, bank hesabından köçürmələr olmayıb. Malları nağd pulla. Ramil Xanalıyevin, “E and R Group" MMC-nin pulu ilə alıblar. Əlavə olaraq bildirdi ki, pulu çıxardıb Ramil Xanalıyevə verməsi lə bağlı ona İddiaçı tərəfindən tapşırıq verilməyib... ...Məhkəmə tərəflərin nümayəndələrinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Nümayəndə1 müraciəti əsasında toplanmış material üzrə Ramil adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və Nümayəndə1 irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir... Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınan Cavabdeh göstərmişdir ki. X8 onun kürəkənidir, yəni bacısı Aytənin həyat yoldaşıdır, Ramilin 2021ci ildə təsis etdiyi "E&R Group” MMC-də 2022-ci ilin sentyabr ayından mühasib köməkçisi işləyir. Ramil MMC-nin direktoru vəzifəsinə Nümayəndə1 təyin etmişdir. Elçinlə Ramil yaxın dost olmuşlar. MMC-nin ofisi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Şirkətin Bakı şəhərində bir neçə və Sumqayıt şəhərində də bir "xxxx" geyim mağazası vardır. Şirkətin ümumi hesab kartları, yəni şirkətin adma olan hesab kartı, onun adma olan hesab kartı və Elçinin anası İddiaçı adma olan və özünün istifadə etdiyi hesab kartı Elçinin özündə olurmuş və ofisdə saxlamışdır. Həmin kartlara şirkətin tərkibində olan mağazaların post terminalları vasitəsi ilə edilən nağdsız ödənişlərindən əldə olunan gəlirlər toplanılır. Həmin kartlara daxil olan vəsaitlər ümumilikdə şirkətin təsisçiçi Ramilə məxsusdur, sənəd üzərində sadəcə adlara qeyd olunmuşdur. Həmçinin şirkətin subicarə əsasında olan mağazası sənəd üzərində Elçinin anası İddiaçı adınadır, həmin karta mağazada alverdən yığılan vəsait Ramilə məxsusdur, nəinki həmin kartdan, şirkətin digər hesab kartlarından da istənilən vaxtı Ramil pulları şirkətin işlərinə sərf etmişdir. Hər ay Elçin anasının adma olan və onun adma olan hesab kartlara nağdsız ödəniş zamanı yüklənmiş pulları nağdlaşdırıb Elçinə verirmiş, bəzən də Elçinin dediyi şəxslərə şirkətin işləri ilə bağlı özünün dediyi kimi çatdırırmış, həmçinin şirkətin hesab kartına köçürürmüşdür. Kartlardan nağdlaşdırma 15000 manatdan artıq olmur. xx.xx.2023-cü il tarixdə Ramil Xanalıyev ona həmin kartlardan aylıq nağdlaşdırmanı çıxarıb "xxxx" qroup MMC-nin hesabına köçürmək üçün həmin 3 ədəd kartı ona vermişdir. Onlardan biri Elçinin anasının adına olan, digəri özünün adına olan, o biri isə ümumi şirkətin kartı olmuşdur. O da həmin kartları Ramildən aldıqdan sonra Sumqayıt şəhərində yaşadığından Sumqayıt şəhəri, 40-cı məhəllə "Kapital Bank”ın Sumqayıt şəhər filialında quraşdırılan bankomatdan kartlardan pulları, həmçinin Elçinin anasının adma olan kartdan 14850 manat olmaqla çıxartmış və şirkətin ümumi hesabına köçürtmüşdür. Bir müddətdən sonra Elçin ona zəng edərək anasının adına olan kartdan pul çıxarmağını soruşanda o, Elçinə 14850 manat pulu çıxardıb Ramilin göstərişi ilə şirkətin ümumi hesabına köçürtdüyünü demiş, Elçin də heç bir söz deməmişdir. Həmin kartlardan nağdlaşdırmanı çox zaman şirkətdə o, həyata keçirmişdir. Elçin özü də ofisdə olduğu zamanlar anasının adma olan həmin kartı ona pulu çıxarmağı üçün dəfələrlə vermişdir. Bundan öncədən Elçinin anasının adma olan kartdan şirkətin ümumi hesabına köçürülməsi üçün pullar çıxarmışdır. Elçinin şirkətin bütünkartlarından onun pul çıxarmağından ya öncədən ya da sonradan məlumatı olub və heç bir zaman hər hansı bir narazılıq və ya hər hansı bir anlaşılmazlıq olmamışdır. Elçinlə Ramil arasında şirkətin işləri ilə bağlı yaranmış narazılıq barədə sonradan bilmiş və bunun ona aidiyyəti yoxdur, o, həmişə həm Elçinin, həm də Ramilin göstərişlərini yerinə yetirmişdir. Qeyd etdiyi hesab kartların hər üçünün şifrəsi onda olmuşdur. Elçinin anasının adma karta dair anasının Elçinə, Ramilə və ona dair ümumi etibarnaməsi olmuşdur, şirkət daxili razılaşmaya əsasən şirkətin bir mağazası və həmin mağazaya aid hesab kartı Elçinin anasının adma formal olaraq sənəd üzərində adma qeyd olunmuşdur. Həmin kartlar həmişə şirkətin ofisində, Elçin və Ramil də olmuşdur. - xx.xx.2022-ci il tarixli, AR-İİN№ 830470 saylı etibarnamənin surətindən görünür ki, Cavadova X2 İsa Nəriman oğlu və X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını icarəyə vermək, icarə müqaviləsi bağlamağı və ləğv etməyi, bütün sığorta şirkətlərində onu təmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, sığorta şirkətində onu təmsil etməyi, ona çatası sığorta məbləğini almağı, onun adma olan bütün növ plastik kartları, pin kodu almağı, adma olan plastik kart üzrə bank əməliyyatları aparmağı, dövlət orqanlarında adma hesab açmaq, olan hesablar д üzərində sərəncam verməyi, bank əməliyyatları aparmağı, pul çıxarmağı, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, arayış və sənədləri toplamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan ona çatası sənədləri, arayışları, qiymət cədvəlini, istənilən sənədin dublikatını almağı, adından istəniləli ərizə, ləğv ərizəsi verməyi, dövlət rüsumlarını təqdim etməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, hüquq mühafizə, prokurorluq orqanlarında onun adından ərizə verməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilmiş, xx.xx.2025-ci il saat 23:59-dək qüvvədədir... Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında subicarə müqaviləsi bağlanmış, icarəyə verən "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 məhəllə ünvanında yerləşən ümumi sahəsi 130 kv/m olan qeyri-yaşayış sahəsinin 30 kv/m-ni icarəyə vermişdir. Bundan sonrsa həmin ticarət sahəsində iddiaçının adma qeydiyyatdan keçmiş VÖEN üzrə kassa aparatı qoyularaq geyim əşyaları satılmağa başlanılmışdır. İddiaçı və onun oğlu hazırkı iş üzrə şahid Nümayəndə1 qeyd edirlər ki, mağazaya gətirilən geyimlər Nümayəndə1 vəsaiti hesabına alımışdır. Cavabdeh etiraz edərək bildirir ki, geyim əşyaları onun və təsisçisi olduğu "xxxx" MMC-nin vəsaiti hesabına alınmışdır. Cavabdeh iddia tələbində qeyd edilən vəsaiti Elçin və İsadan götürdüyünü etiraf edir və həmin pulların onun özünə məxsus olduğunu göstərir. İddiaçı Elçinə və İsaya hesabdan nağdlaşdırılan vəsaitin cavabdehə verilməsi barədə tapşırıq verməmişdir, cavabdeh iddiaçıdan hər hansı bir vəsait istəməmişdir. Hesabda olan vəsaitin bir hissəsi iddiaçının oğlu Elçinin razılığı ilə, bir hissəsi isə razılığı olmadan mühasib işləri görən İsa tərəfindən nağdlaşdırılıb cavabdehə verilmişdir. Elçin həmin vəsaiti cavabdehə verməsini belə izah edir ki, cavabdeh ondan həmin vəsaiti borc kimi almışdır. İsa həmin vəsaiti cavabdehə verməsini belə izah edir ki, həmin vəsait cavabdehin özünə məxsus olmuşdur. Hər iki halda cavabdehin məhz iddiaçıdan borc alması və ya iddiaçının hesabına varlanması müəyyən edilmir. İddiaçı etiraf edir ki, vəsait onun oğlu Nümayəndə1 məxsus olub, cavabdeh etiraz edir ki, vəsait onun özünə və təsisçisi olduğu “E And R Group" MMC-yə məxsus olmuşdur. Məhkəmə qeyd edir ki. iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio" (sübut elmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması yamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bıı qənaətə gəlir ki, iddia, tələb irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia, tərkibindəki müəyyən tələbləri irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən, cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik götürmədiyindən əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiada göstərilən pulun ona verilməsini tələb etməyə subyektiv hüququ mövcud deyildir. Beləliklə məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsassızdır. Cavabdehin iddiaçı qarşısında hazırkı tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehin ona məxsus pulları mənimsəməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. İddia tələbinin cavabdehin hərəkətində cinayət tərkibi əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılması hissəsinə qiymət verərək Məhkəmə qeyd edir ki, xx.xx.2023cü il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Nümayəndə1 müraciəti əsasında toplanmış material üzrə Ramil adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və Nümayəndə1 irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir...”.

4. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Nümayəndə2 digər Nümayəndə1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkili Vəkil etirazda qeyd edilən xüsusatlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iddiaçının nümayəndələri və vəkilini, cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir.

9. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5148/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı cavabdeh X3 44200 manat pul borcunun tutularaq İddiaçı geri ödənilməsi barədə qətnamə qəbul edilməsi və cavabdeh X4 əməlində cinayət tərkibi olduğundan cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbi rədd edilmişdir.

10. Həmin qətnamədə tədqiq edilmiş sübutlardan olan xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad edilərək göstərilmişdir ki, Nümayəndə1 müraciəti əsasında toplanmış material üzrə Ramil adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və Nümayəndə1 irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

11. Həmçinin araşdırma zamanı izahatı alınan Cavabdeh göstərmişdir ki, X8 onun kürəkənidir, yəni bacısı Aytənin həyat yoldaşıdır. Ramilin 2021-ci ildə təsis etdiyi "xxxx" MMC-də 2022-ci ilin sentyabr ayından mühasib köməkçisi işləyir. Ramil MMC-nin direktoru vəzifəsinə Nümayəndə1 təyin etmişdir. Elçinlə Ramil yaxın dost olmuşlar. MMCnin ofisi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Şirkətin Bakı şəhərində bir neçə və Sumqayıt şəhərində də bir "xxxx" geyim mağazası vardır. Şirkətin ümumi hesab kartları, yəni şirkətin adına olan hesab kartı, onun adına olan hesab kartı və Elçinin anası İddiaçı adına olan və özünün istifadə etdiyi hesab kartı Elçinin özündə olurmuş və ofisdə saxlamışdır. Həmin kartlara şirkətin tərkibində olan mağazaların post terminalları vasitəsi ilə edilən nağdsız ödənişlərindən əldə olunan gəlirlər toplanılır. Həmin kartlara daxil olan vəsaitlər ümumilikdə şirkətin təsisçiçi Ramilə məxsusdur, sənəd üzərində sadəcə adlara qeyd olunmuşdur. Həmçinin şirkətin subicarə əsasında olan mağazası sənəd üzərində Elçinin anası İddiaçı adınadır, həmin karta mağazada alverdən yığılan vəsait Ramilə məxsusdur, nəinki həmin kartdan, şirkətin digər hesab kartlarından da istənilən vaxtı Ramil pulları şirkətin işlərinə sərf etmişdir. Hər ay Elçin anasının adına olan və onun adına olan hesab kartlara nağdsız ödəniş zamanı yüklənmiş pulları nağdlaşdırıb Elçinə verirmiş, bəzən də Elçinin dediyi şəxslərə şirkətin işləri ilə bağlı özünün dediyi kimi çatdırırmış, həmçinin şirkətin hesab kartına köçürürmüş. Kartlardan nağdlaşdırma 15000 manatdan artıq olmur. xx.xx.2023-cü il tarixdə Ramil Xanalıyev ona həmin kartlardan aylıq nağdlaşdırmanı çıxarıb "xxxx" qroup MMC-nin hesabına köçürmək üçün həmin 3 ədəd kartı ona vermişdir. Onlardan biri Elçinin anasının adına olan, digəri özünün adına olan, o biri isə ümumi şirkətin kartı olmuşdur. O da həmin kartları Ramildən aldıqdan sonra Sumqayıt şəhərində yaşadığından Sumqayıt şəhəri, 40-cı məhəllə “Kapital Bank”ın Sumqayıt şəhər filialında quraşdırılan bankomatdan kartlardan pulları, həmçinin Elçinin anasının adına olan kartdan 14850 manat olmaqla çıxartmış və şirkətin ümumi hesabına köçürtmüşdür. Bir müddətdən sonra Elçin ona zəng edərək anasının adına olan kartdan pul çıxarmağını soruşanda o, Elçinə 14850 manat pulu çıxardıb Ramilin göstərişi ilə şirkətin ümumi hesabına köçürtdüyünü demiş, Elçin də heç bir söz deməmişdir. Həmin kartlardan nağdlaşdırmanı çox zaman şirkətdə o, həyata keçirmişdir. Elçin özü də ofisdə olduğu zamanlar anasının adına olan həmin kartı ona pulu çıxarmağı üçün dəfələrlə vermişdir. Bundan öncədən Elçinin anasının adına olan kartdan şirkətin ümumi hesabına köçürülməsi üçün pullar çıxarmışdır. Elçinin şirkətin bütün kartlarından onun pul çıxarmağından ya öncədən ya da sonradan məlumatı olub və heç bir zaman hər hansı bir narazılıq və ya hər hansı bir anlaşılmazlıq olmamışdır. Elçinlə Ramil arasında şirkətin işləri ilə bağlı yaranmış narazılıq barədə sonradan bilmiş və bunun ona aidiyyəti yoxdur, o, həmişə həm Elçinin, həm də Ramilin göstərişlərini yerinə yetirmişdir. Qeyd etdiyi hesab kartların hər üçünün şifrəsi onda olmuşdur. Elçinin anasının adına karta dair anasının Elçinə, Ramilə və ona dair ümumi etibarnaməsi olmuşdur, şirkət daxili razılaşmaya əsasən şirkətin bir mağazası və həmin mağazaya aid hesab kartı Elçinin anasının adına formal olaraq sənəd üzərində adına qeyd olunmuşdur. Həmin kartlar həmişə şirkətin ofisində, Elçin və Ramil də olmuşdur.

12. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi e- 2(060)-422/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə1 cavabdeh X7 qarşı 44200 manat borcun tutulmasına dair iddia tələbi rədd edilmişdir.

13. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında subicarə müqaviləsi bağlanmış, icarəyə verən "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 məhəllə ünvanında yerləşən ümumi sahəsi 130 kv/m olan qeyri-yaşayış sahəsinin 30 kv/m-ni icarəyə vermişdir. Bundan sonrasa həmin ticarət sahəsində iddiaçının adına qeydiyyatdan keçmiş VÖEN üzrə kassa aparatı qoyularaq geyim əşyaları satılmağa başlanılmışdır. İddiaçı qeyd edir ki, mağazaya gətirilən geyimlər onun vəsaiti hesabına alımışdır. Cavabdeh etiraz edərək bildirir ki, geyim əşyaları Ramil Xanalıyevin və sonuncunun təsisçisi olduğu "xxxx" MMCnin vəsaiti hesabına alınmışdır. Cavabdeh iddia tələbində qeyd edilən vəsaiti kart hesabından nağlaşdıraraq iki dəfə iddiaçının oğlunun tapşırığı ilə, bir dəfə isə onun məlumatı olmadan Ramil Xanalıyevə verdiyini etiraf edir və həmin pulların Ramil Xanalıyevə məxsus olduğunu göstərir. İddiaçı cavabdehı və Ramil Xanalıyevə etibarnamə verdiyini qeyd edir, cavabdeh bu hallı etiraf edir.

14. Məhkəmə iddiaçı tərəfin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının oğlu Nümayəndə1 Polis İdarəsinə Ramil Xanalıyev barəsində şikayət edərək sonuncunun ona məxsus 44200 manat vəsaiti mənimsədiyini qeyd etmiş, həmin şikayət üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və hal-hazırda həmin qərar qüvvədədir.

15. Bundan sonra İddiaçı cavabdeh Ramil Xanalıyevə qarşı 44200 manat borc tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5148/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tələb rədd edilmiş və qeyd edilən qətnamə qüvvədədir.

16. Bundan sonra iddiaçının oğlu Nümayəndə1 cavabdeh X7 qarşı 44200 manat borc tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 422/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tələb rədd edilmiş və qeyd edilən qətnamə qüvvədədir.

17. Bundan sonra İddiaçı 44200 manat borc tələbi ilə Cavabdeh qarşı hazırki iddia ilə Məhkəməyə müraciət etmişdir.

18. Göründüyü yuxarıda qeyd edilən icraatlar zamanı ziddiyətli əsaslar gətirən İddiaçı ilə Nümayəndə1 öncə 44200 manatın Nümayəndə1 məxsus olduğunu və Ramil Xanalıyev tərəfindən götürüldüyünü, sonra həmin pulun İddiaçı məxsus olduğunu və Ramil Xanalıyev tərəfindən götürüldüyünü, sonra təkrarən yenə həmin pulun Nümayəndə1 məxsus olduğunu və Ramil Xanalıyev tərəfindən götürüldüyünü və hazırda həmin pulun İddiaçı məxsus olaraq Cavabdeh tərəfindən götürüldüyünü əsas gətirərək ondan tələb edirlər.

19. Məhkəmə cavabdeh tərəfin dəlillərini əsaslı hesab edir. Belə ki, iddiaçıdan və onun oğlu hazırki iş üzrə nümayəndəsi Nümayəndə1 fərqli olaraq həm cavabdeh, həm də Ramil Xanalıyev əvvəlki icraatlar zamanı eyni məzmunlu izahatlar verərək, pulun Cavabdeh tərəfindən nağdlaşdırılaraq Ramil Xanalıyev tərəfindən götürüldüyünü etiraf edirlər və həmin pulun Ramil Xanalıyevə və sonuncunun təsisçisi olduğu MMC-yə məxsus olduğunu qeyd edirlər.

20. Məhkəmə iddiaçının oğlu Nümayəndə1 etibarnamə verdiyi halda, əvvəllər heç vaxt tanımadığı Cavabdeh və barəsində qiyabi məlumatlı olduğu Ramil Xanalıyevə özünə məxsus olduğunu qeyd etdiyi pul vəsaitlərinin idarə edilməsi üçün etibarnamə verməsini, pul vəsaitlərinin idarə edilməsindən heç bir məlumatı olmadığını, satış üçün gətirilən əşyaların hansı qaydada və hansı vəsait hesabına alındığını bilmədiyini, ümumiyyətlə adına qeyd edilən fərdi sahibkar subyektinin ticari işlərindən məlumatsız olduğunu, yuxarıda qeyd edildiyi kimi əvvəlki icraatlarda fərqli dəlillər gətirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının ümumiyyətlə mübahisəli pul vəsaitinə heç bir aidiyyəti olmamışdır.

21. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Göründüyü kimi pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsassızdır. Cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş – müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehin məhz ona məxsus pulları mənimsəməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh 44200 manat pulun tutularaq ona ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar