Məhkəmə qərarları › İş №2(028)-15/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-15/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-15/2025 12.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X13 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qüsurlu mal üzrə ödənilən pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qüsurlu mal satdığı üçün ödədiyi və ona qaytarılmayan 3000 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Mercedes Benz S320” markalı **- RS-*** dövlət qeydiyyat nişanlı avtomobili 8000 manata almaq üçün xx.xx.2024-cü il tarixdə ilkin ödəniş olaraq 3000 manat pulu cavabdehə Binəqədi rayonunda vermişdir. Arada olan razılığa əsasən pulun qalan 5000 manatı kredit şəklində X6 verməli idi. Belə ki, Elton nağd şəkildə cavabdehə 5000 manat verməli idi, daha sonra avtomobil Eltona satılmalı, o, pulu ödəyib qurtarana kimi Elton ona etibarnamə verməli idi. xx.xx.2024-cü il tarixdə o, qardaşı X3 adına etibarnamə almışdı. Buna səbəb onun sürücülük vəsiqəsinin olmaması idi. Sonradan avtomobildə yaranan qüsurla əlaqədar o, avtomobili bir qədər qanuni yollarla əziyyət çəkərək qaytarmışdı. Həmçinin Eltonla aralarında olan 5000 manatlıq borc müqaviləsini ləğv etmişlər və maşın Eltona qalmışdır. Lakin o, malı qaytarmağına baxmayaraq cavabdehə ödədiyi ilkin ödəniş olan 3000 manatı geri ala bilmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ona ilkin ödəniş olaraq 3000 manat verərək maşın almışdır. Hazırda maşın Eltondadır. Özünü borclu hesab etmir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakl şəhəri ünvan 1 ünvanında yaşayan İddiaçı Binəqədi rayon prokurorluğuna ünvanladığı ərizəsi ərazi aidiyyatı üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PBnə göndərilmiş, ərizə bölmənin cinayət xarakterli ərizə və məlumatların qeydiyyatı kitabında 1355 sıra sayı ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı İddiaçı vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə sosial şəbəkə hesab edilən “Tap.az” səhifəsində elan əsasında Mercedes markalı **- RS-*** dövlət nömrə nişanlı avtomaşını alqı-satqı ilə almışdır, sonradan avtomaşında texniki nasazlıqlar yarandığı üçün avtomaşını geri qaytarmaq üçün həmin şəxslə əlaqə saxlasa da, pulunu qaytarmadıqları üçün polisə şikayət etmişdir. İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Prokurorluğunun İddiaçı 2-2/310/2- 059454/2024 saylı xx.xx.2024-cü il tarixli müraciətinə cavab məktubundan görünür ki, İddiaçı “Mersedes S class” markalı ** RS *** d.q.n. avtomobilin satın alınması zamanı 3000 manat pul vəsaitinin Cavabdeh və X9 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi, həmin avtomobilin idarəedilməsi ilə bağlı qardaşı X3 adına olan etibarnamənin ləğv edilməsi və həmin avtomobilin ondan geri alınaraq başqa şəxsə satılması barədə müraciətinə baxılara müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında “Mersedes S class” markalı ** RS *** d.q.n. avtomobilin 8000 manata satın alınması barədə şifahi razılıq olmuş, İddiaçı tərəfindən Cavabdeh 3000 manat nağd şəkildə pul vəsaiti ödənmiş, qalan 5000manat pul məbləğinin X4 vasitəçiliyi ilə 24 ay müddətində hər ay 413 manat olmaqla ödənməsi barədə borc müqaviləsi bağlanmış, lakin avtomobili təhvil alındıqdan sonra həmin avtomobilin qənaətbəxş olmaması, təxmini 3000 manat xərclərinin olması səbəbindən tərəflər arasında mübahisə yaranmış, həmin avtomobil İddiaçı tərəfindən Cavabdeh və X6 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Elektron Notariat Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa görə X11 tərəfindən X5 qeyd olunan nəqliyyat vasitəsinin istifadə edilməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixədək etibarnamə verilmişdir. Odur ki, avtomobilin təmir xərcləri səbəbindən onu Cavabdeh və X6 təhvil verməyi və bununla əlaqədar ona 3000 manat ziyanın dəyməsi ilə bağlı müraciəti mülki xarakterli olmaqla həlli məhkəmə orqanlarının səlahiyyətinə aiddir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 3-13-16/2-217435/2024 saylı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Mercedes Benz S320” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X2 adına rəsmiləşdirilmişdir. Etibarnamə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixək X5 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Etibarnaməyə xx.xx.2024-cü tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Borc müqviləsindən görünür ki, bu müqavilə X7 məxsus ** RS *** dövlət nömrə nişanı Mİ Benz markalı nəqliyyat vasitəsinin İddiaçı borc verənə ilkin ödəniş və əlavə haqqlar ödənilmədən satılması məqsədilə bağlanır. Aylıq ödəniş 413 manat olmaqla 24 ay müddətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 531-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin və alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilmir. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmədə müəyyən olundu ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinə görə cavabdehə 3000 manat pul verilməsi cavabdehin izahatı ilə təsdiq edilmiş, həmin pulun əvəzində iddiaçıya verilmiş nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə verilmiş, sonradan avtomobil qüsurlu olduğu üçün nəqliyyat vasitəsi iddiaçı tərəfindən geri qaytarılmışdır. Bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. İlkin ödəniş olaraq verilmiş 3000 manatın müqabilində alınmış nəqliyyat vasitəsi iddiaçı tərəfindən qaytarıldığından, o, verdiyi 3000 manat pulla yanaşı aldığı nəqliyyat vasitəsindən də məhrum olmuşdur. Belə olan halda iddiaçı tərəfindən cavavdehə verilmiş 3000 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar