Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-153/2021 20.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş zərərin əvəzi olaraq 5023 manat məbləğin və dövlət rüsumu 30 manat müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulub ona ödənilməsi barədə qətnamə və Azərbaycan Respublikası MPMin 265.4-cü maddəsini rəhbər tutaraq Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X8 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, 31 avqust 2020-ci il tarixində,saat 22.00 radələrində etibarnamə əsasında “xxxx” MMC-yə məxsus idarə etdiyi «SAİPA» markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Novxanı-Sumqayıt avtomobil yolunda, Sumqayıt şəhəri istiqamətinə doğru saatda 50-60 km surətlə hərəkət edərkən, əks istiqamətdən gələn,manevr etmə qaydalarını pozmaqla idarəetməni itirmiş Cavabdeh1 müvafiq icazə olmadan idarə etdiyi, etibarnamə əsasında oğlu Cavabdeh2 verilmiş «DAEWOO NEXİA» markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə toqquşmuşdur. Cavabdeh1 günahı ucbatından baş vermiş hadisə nəticəsində «SAİPA» markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü İddiaçı və avtomobildə olan sərnişin X5 və «DAEWOO NEXİA» markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Cavabdeh1 maşınında olan arvadı X6 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almışlar. Hadisə nəticəsində onun idarə etdiyi avtomaşına dəyən zərər (dəyişilməli ehtiyyat hissələri və təmir işləri) “xxxx” MMC tərəfindən 10.09.2020-ci il tarixli aktla 9023 manat məbləğində qiymətləndirilmişdir.Həmin məbləğin 4000 manatı sığorta şirkəti tərəfindən müvafiq hesaba köçürülüb. Qalan məbləğ zərərvuran tərəfindən ödənilməlidir. Baş vermiş hadisə ilə əlaqədar Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X8 tərəfindən təhqiqat aparılmış və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 sentyabr 2020-ci il tarixli əsassız, heç bir qanuna, məntiqə sığmayan qərar qəbul etmişdir.Qərarda göstərilir: lakin Cavabdeh1 zərərçəkmiş şəxslə barışması,törətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət qrupuna aid olması və əvvəllər hər hansı bir cinayət məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73-cü maddələrinin tələblərinə əsasən onun cinayət məsuliyyətindən azad etməyə imkan verir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində deyilir: şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsində deyilir: şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsində deyilir: böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər Bildirmək istəyir ki,onunla zərərvuran arasında heç bir barışıq olmamış və ona dəyən zərər ödənilməmişdir. İstinad edilən maddələrin tələblərindən görünür ki,cinayət işinə xitam verilməsi üçün təkcə cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışması əsas deyil,həm də zərərçəkmişə dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması da tələb olunur. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X8 qanunun tələblərini pozmuşdur. Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveriçiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə cıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki,sığorta təşkilatı maşına dəymiş zərəri tam ödəmişdir.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 qəbul etmədi və göstərdi ki,sığorta təşkilatı maşına dəymiş zərəri tam ödəmişdir.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını,cavabdehləri dinləyib,iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Faiq Səfərov tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 20.09.2020-ci il tarixli qərarında göstərilir ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin. Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilsin. X3 və X2, onlara vurulnuş maddi və mənəvi ziyanının ödənilməsi ilə bağlı tələbləri olacağı təqdirdə bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş materiallarında olan və “xxxx” MMC tərəfindən tərtib edilmiş 10.09.2020-ci il tarixli aktından görünür ki, «SAİPA» markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9023 (doqquz min iyirmi üç) manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən,bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə X4 hərəkətlərində cinayətin əlamətlərinin mövcudluğunu müəyyən etməmişdir. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla(icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasıydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq 5023 manat məbləğ və dövlət rüsumu 30 manat müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-153/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-153/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver