Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-156/2024 10.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 manat pulun və 75 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi ərizəsi ilə müraciət edərək, Cavabdeh 4200 manat dəyərində qızıl komplektin və ya onun dəyərinin, 1300 manat borcun və 75 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh 2014-cü ilin yay aylarında "xxxx" MMC GP zavodunda xadimə işləməyə başladığı zamandan tanıyır. Cavabdeh həmin şirkətdə mühafizəçi işləmişdir. Əvvəlllər aralarında hər hansı bir ədavət və ya ziddiyyət olmamış, münasibətləri yaxşı olmuşdur. Həmin ərəfələrdə qızı Leyla üçün iş axtardığından cavabdehə bu barədə bildirərək iş tapmada ona köməklik göstərməsini xahiş etmişdi. xx.xx.2015-ci il tarixdə saat 13:45 radələrində cavabdeh yaşadığı ünvana gəlmiş və 8000 (səkkiz min) manat müqabilində qızı Leylanı Sumqayıt şəhər poçtuna işə düzəldəcəyini bildirmişdir. Həmin vaxt cavabdeh hətta girov qismində özünə məxsus xarici pasportunu və digər sənədlərini də ona vermiş və əminlik üçün saxlamağını bildirmişdir. 2015-ci ilin fevral ayında cavabdeh yenidən etibarından sui-istifadə edərək yol- nəqliyyat hadisəsi törətdiyini bildirib ondan 1000 (min) manat borc verməyini xahiş etmişdir. O isə qızıllarını girov qoyaraq tanıdığı bir nəfərdən 1600 manat pul götürüb cavabdehə vermişdir. Cavabdeh bir həftəyə avtomobilini satıb aldığı borcu qaytaracağını bildirsə də, buna əməl etməmişdir. Cavabdeh ondan aldığı 1600 manat pulun 300 manatını qaytarsa da, yerdə qalan borcunu qaytarmamışdır. Dələlərlə cavabdehə borcunu qaytarması ilə bağlı müraciət etsə də, cavabdeh hər dəfə fərqli bəhanələr gətirərək bundan imtina etmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardadan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, iş yoldaşı olmuş Mahir və Tahir adlı şəxslər qızı Hüseynova Leylanı Sumqayıt şəhər Mərkəzi Poçtuna işə düzəltmək məqsədi ilə 2015-ci ildə onu aldadaraq 8000 (səkkiz min) manat pul alaraq mənimsədiyini bildirərək pulunun geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, aralarında əlavə razılığa gələrək onun İddiaçı 30 qramlı 750 əyyarlı qızıl briliant komplekt dəsti və 1600 manat borcu olduğunu etiraf edərək bu barədə qəbz imzalamış və İddiaçı borcun miqdarını təsdiqləmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh və X3 olan tələbi borc pulla bağlı olmaqla mülki xarakterlidir. Ona görə də bu barədə məhkəmə orqanına müraciət edilməlidir. Araşdırma zamanı Cavabdeh və Mahir Cəlilov tərəfindən İddiaçı məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin talanması, o cümlədən dələduzluq yolu ilə ələ keçirilməsi faktı təstiq olunmasa da, 30 qramlı 750 əyyarlı qızıl komplektinin və 1600 manat pulunun Cavabdeh olmasını sonuncu etiraf etmiş və İddiaçı tərəfindən təstiqlənmişdir. İş materiallarına əlavə edilmiş Hüseynova Leyla Nizami qızına məxsus qızıl-zinət əşyalarının hazırki bazar dəyəri haqqında QY 04-011/24 saylı xx.xx.2024-cü il tarixli Hesabatdan görünür ki, bütün göstərilən və toplanılmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində Hüseynova Leyla Nizami qızına məxsus oğurlanmış 1 ədəd 750 əyyar olan brilyant qaşlı komplekt ağ qızılın (1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük) 08 aprel 2024-cü il tarixə bazar dəyəri 4500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 1600 manat pul və 30 qramlıq briliant komplekt borcu olduğunu təsdiq edir və onu qısa müddətdə ödəyəcəyini bildirir. İş materiallarında olan “ASAN ödəniş” sisteminin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 75 manat rüsum ödənişi etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4200 manat dəyərində qızıl komplekti və ya onun dəyəri, 1300 manat borc və 75 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-156/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-156/2024
10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver