Məhkəmə qərarları › İş №2(028)-158/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-158/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-158/2021 27.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı Bank «xxxx» ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Bank «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank «xxxx» ASC-nin xeyrinə 22.06.2019-cu il tarixli RPF-00333-16/19A kredit müqaviləsindən irəli gələn 23.02.2021-ci il tarixinə ödənilməmiş 571,36 manat əsas borcu, 1,44 manat faiz borcu, cəmi 572,80 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. Öz ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh ilə Bank «xxxx» ASC arasında bağlanmış 22.06.2019-cu il tarixli RPF- 00333-16/19A saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 1% olmaqla 60 ay müddətinə 676,77 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin kreditdən Bank «xxxx» ASC arasında bağlanmış 08.09.2015-ci il tarixli RP-00014-17/15U saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 21.06.2024-cü il tarixinədək faiz ilə birlikdə Bank «xxxx» ASC-yə qaytarılmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə Bank «xxxx» ASC arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 22.06.2019-cu il tarixli RPF-00333-16/19A saylı kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Kredit müqaviləsinin 2.2.-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki,kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasından razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Kredit müqaviləsinin 4.4.-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü gündən etibarən,kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0,02 % məbləğində gündəlik cərimə hesablanır. 23 fevral 2021-ci il tarixədək cavabdehin banka 22.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 571,36 manat əsas borcu, 1,44 manat faiz borcu, cəmi 572,80 manat borcu var. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edildi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə Bank «xxxx» ASC arasında bağlanmış 22.06.2019-cu il tarixli RPF-00333-16/19A saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 1% olmaqla 60 ay müddətinə 676,77 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin kreditdən Bank «xxxx» ASC arasında bağlanmış 08.09.2015ci il tarixli RP-00014-17/15U saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 21.06.2024-cü il tarixinədək faiz ilə birlikdə Bank «xxxx» ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə Bank «xxxx» ASC arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 22.06.2019-cu il tarixli RPF-00333-16/19A saylı kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Kredit müqaviləsinin 2.2.-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki,kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasından razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Kredit müqaviləsinin 4.4.-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü gündən etibarən,kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0,02 % məbləğində gündəlik cərimə hesablanır. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 23 fevral 2021-ci il tarixədək cavabdehin banka 22.06.2019-cü il tarixli kredit müqaviləsi üzrə 571,36 manat əsas borcu, 1,44 manat faiz borcu, cəmi 572,80 manat borcu var. Bank «xxxx» ASC cavabdehə bildiriş göndərmişdir. Bildirişdə borcun Bank «xxxx» ASC-yə ödənilməsinin təmin edilməsi göstərilmişdir. Əks təqdirdə bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi və borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bank «xxxx» ASC-nin xeyrinə 22.06.2019-cü il tarixli RPF-00333- 16/19A kredit müqaviləsindən irəli gələn 23.02.2021-ci il tarixinə ödənilməmiş 571,36 manat əsas borcu, 1,44 manat faiz borcu, cəmi 572,80 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar