Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-165/2021 04.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC məhkəməyə müraciət edərək, 17.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********01444 olan Samsung Galaxy A50 markalı telefon üçün 610 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu, 19.01.2020-ci il tarixli müqavilə üzrə Asus markalı notebook,səs ucaldıcı və notebook çantası üçün 1388,40 manat ödənilməmiş hissə, 414 manat dəbbə pulu, ümumilikdə 2595,40 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2625,40 (iki min altı yüz iyirmi beş,40) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçı «xxxx» MMC ilə bağladığı 17.12.2019-cu il, 19.01.2020-ci il tarixli müqavilələrinə əsasən Samsung Galaxy A50 markalı telefon və Asus markalı notebook,səs ucaldıcı və notebook çantası almış və nəticədə 2595,40 (iki min beş yüz doxsan beş,40) manat borcu yaranmışdır. Müqavilələrin şərtlərini cavabdeh pozmuş və nəticədə 17.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 738 manat (12 ay x 61 manat+6 manat ilkin ödəniş) olan İMEİ kodu **********01444 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 793 manat olmaqla, ondan 610 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu, 19.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1400,4 manat (12 ay x 115,7 manat+12 manat ilkin ödəniş) olan Asus markalı notebook,səs ucaldıcı və notebook çantası üçün ümumilikdə 1802,4 manat olmaqla, ondan 1388,4 manat ödənilməmiş hissə, 414 dəbbə pulu borc hesablanmışdır. Cavabdehə ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmişdir.Cavabdeh cəmi 140 manat ödəniş etmişdir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günün hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» MMC Cavabdeh ilə bağladığı 17.12.2019-cu il və 19.01.2020-ci il tarixli müqavilələrinə əsasən Samsung Galaxy A50 markalı telefon və Asus markalı notebook,səs ucaldıcı və notebook çantası müqavilələrdə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır. Tərəflər bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. «xxxx» MMC tərəfindən cavabdehə ünvanlanmış 13.08.2020-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilələrinin şərtlərini kobud surətdə pozaraq, müqavilələrə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. «xxxx» MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1998,4 manat ödənilməmiş məbləğ, 597 manat dəbbə pulu, ümumilikdə 2595,4 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq,alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği - 597 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 100 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 17.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********01444 olan Samsung Galaxy A50 markalı telefon üçün 610 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 19.01.2020-ci il tarixli müqavilə üzrə Asus markalı notebook,səs ucaldıcı və notebook çantası üçün 1388,40 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, ümumilikdə 2098,4 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2128,40 (iki min yüz iyirmi səkkiz,40) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-165/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-165/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver