Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-175/2023 11.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2021-ci ildən onun əlillik təqaüdünün verilməsi dayandırılmış və təqaüdün bərpası ilə bağlı qardaşı Vəliyəddin Süleymanov vasitəsi ilə onu cavabdehlə tanış etmiş və onun hər yerdə güclü tanışlarının və əlaqələrinin olduğunu bildirərək onun və qardaşının vasitəsi ilə 4500 manat pulu alaraq ələ keçirmiş, vədinə əməl etməyərək dələduzluq törətmişdir. Cavabdeh tərəfindən aldadıldığını görüb hüquq mühafizə orqanlarına şikayət etmiş və onun barəsində Azərbaycan Respublikası 178.2-ci maddəsi ilə cinayət işi qaldırılmış və o, məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehin təqsirli əməlləri sübuta yetərək o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Ona dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müracitə etmək hüququ izah olunmuşdur.Cavabdehin hazırda hansı cəza müəssisəsində cəza çəkdiyini bilmir.Məhkəmə hökmü ilə cavbadehin ondan 4500 manat pul mənimsədiyi və qaytarmadığı öz sübutunu tapmışdır. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişlər.Lakin cavabdeh 14 saylı cəzaçəkmə müəssisəsində olduğuna görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün kserosurətindən görünür ki, Cavabdeh tamah niyyəti ilə təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X1 qohumlarının da təqaüdlərini bərpa edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə günorta vaxtı Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi”, 8 nömrəli binanın arxa hissəsində Vəliyəddin Süleymanov vasitəsi ilə sonuncunun qardaşı İddiaçı 4500 manat, əmisi oğlu X2 4500 manat və kürəkəni X3 4000 manatını, cəmi 13000(on üç min) manat pulu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib İddiaçı və Rüstəm Rüstəmovun hər birini 4500 manat və Elmir Əliyevə 4000 manat, ümumilikdə 13000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində bildirmişdir ki, 2011-ci ildən dövlət tərəfindən ona təqaüd ayrılmış və 2021-ci ilin may ayına qədər dövlət tərəfindən verilmiş təqaüdləri almışdır.Lakin 2021-ci ilin may ayında son təqaüdünü aldıqda eşitmişdir ki, dövlət tərəfindən ayrılan təqaüdlər kəsiləcəkdir.Sonradan qardaşı Vəliyəddin ona demişdir ki, onun tanışı var və o, təqaüd sənədlərini həll edə bilər.Ona görə də qardaşı Vəliyəddindən xahiş etmişdir ki, onun da təqaüd məsələsini həll etsin.Ona görə də 2021-ci ilin iyun ayında Vəliyəddin onlara gələrək 4500 manat pulu ondan almışdır ki, sənədləri düzəltsin.Sonradan qardaşı Vəliyəddin ona bildirmişdir ki, o, aldığı 4500 manat pulu Cavabdeh vermişdir.Sonradan 2022-ci ilin mart ayında Cavabdeh sənədlərin düzəldiyini deyərək onları Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Qubadlı rayon Sosial Əmək və Əhalinin sosial müdafiə fonduna getmələrini vəsənədləri oradan götürməyi demişdir.Cavabdeh onları aldatdığı üçün qardaşı Vəliyyədin xx.xx.2022ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir. Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-175/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-175/2023
11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver