Məhkəmə qərarları › İş №2(028)-177/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-177/2023

11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-177/2023 11.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7025 (yeddi min iyirmi beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2021-ci ildən onun və ailə üzvlərinin (həyat yoldaşı və oğlu) əlillik təqaüdünün verilməsi dayandırılmış və onun, ailə üzvlərinin təqaüdünün bərpası ilə bağlı qardaşı Cəmaləddin Süleymanovun qaynı Hikmət onu cavabdehlə tanış etmiş və onun hər yerdə güclü əlaqələrinin olduğunu bildirərək onun inam və etibarından sui-sitifadə etməklə onu aldadaraq dövlət tərəfindən ona və ailə üzvlərinə veriləcək təqaüdlərin 3 ay ərzində bərpa ediləcəyini bildirməklə 2021ci ilin may ayının 7-də ondan 10000 (on min) manat pul almış və guya işin düzəlməsi adı ilə ondan 25 manat da şirinlik almışdır.Eyni məqsədlərlə onun digər qohumlarından da pul alaraq onlara qarşı dələduzluq etmişdir. Cavabdeh tərəfindən aldadıldığını görüb hüquq mühafizə orqanlarına şikayət etmiş və onun barəsində Azərbaycan Respublikası 178.2-ci maddəsi ilə cinayət işi qaldırılmış və o, məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehin təqsirli əməlləri sübuta yetərək o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Ona dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müracitə etmək hüququ izah olunmuşdur.Cavabdehin hazırda hansı cəza müəssisəsində cəza çəkdiyini bilmir.Məhkəmə hökmü ilə cavbadehin ondan pul mənimsədiyi və qaytarmadığı öz sübutunu tapmışdır.Həmin puldan cavabdeh ona 3000 manat qaytarmışdır.Buna görə cavabdehə verdiyi qalan 7025 manat pulu geri tələb edir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişlər.Lakin cavabdeh 14 saylı cəzaçəkmə müəssisəsində olduğuna görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cu maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-521/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün kserosurətindən görünür ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi 2 ərazisində X1 özünün, həyat yoldaşı X3 və oğlu Nəhmət Süleymanovun kəsilən təqaüdlərini Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində tanışlarının vasitəsi ilə yenidən bərpa edəcəyinə vəd verib aldadaraq İddiaçı xx.xx.2021-ci il tarixdə 10000 manat, 2022-ci il mart ayında isə Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, Qaçqın şəhərciyi” ərazisində işin düzəlməsinə görə muştuluq adı ilə təkrar olaraq 25 manat, ümumilikdə 10025 manat pulun vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib, zərərçəkmiş İddiaçı 10025 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Cavabdeh tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X2 qohumlarının da təqaüdlərini bərpa edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə günorta vaxtı Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi”, 8 nömrəli binanın arxa hissəsində İddiaçı vasitəsi ilə sonuncunun qardaşı X4 4500 manat, əmisi oğlu X5 4500 manat və kürəkəni X6 4000 manatını, cəmi 13000(on üç min) manat pulu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Kamil Süleymanov və Rüstəm Rüstəmovun hər birini 4500 manat və Elmir Əliyevə 4000 manat, ümumilikdə 13000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs İddiaçı dəymiş 10.025 manat ziyanın 3000 manatı Cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7025 (yeddi min iyirmi beş) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar