Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-177/2025 08.10.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 3770 manat pulun alnıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “Mercedes Benz GL450 Minik” markalı **-RU-*** dövlət nömrə nişanlı avtomobillə Quba şəhərindən Bakıya gələrkən Bakı-Quba yolunun 35-ci km-də “KİA” markalı avtomobillə “Chevrolet” markalı avtomobil yolda bir-birilə ötmə əməliyyatı aparmış, “Chevrolet” markalı avtomobil “KİA” markalı avtomobili sol tərəfdən deyil, sağ tərəfdən torpaqlığa çıxmaqla ötmə əməliyyatı apardıqda idarəetməni itirib yerində fırlanmış və onun avtomobilinin qarşısına çıxıb avtomobilə dəymişdir. Bu zaman o, toqquşmanın qarşısının alınmasına cəhd edərək avtomobili sağa çəkmək istəmiş, lakin “Chevrolet” markalı avtomobilin onun avtomobilinə zərbəsindən sonra idarə etdiyi avtomobil sürüşüb dərəyə düşmüş, nəticəsində ona 8770 manat ziyan dəymişdir. O, xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunun 35-ci kilometrliyində “Mercedes Benz GL450 Minik” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə xx.xx.2022-ci il tarixli, İXR ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə şikayətlə müraciət edərək barəsində olan xx.xx.2022-ci il tarixli, İXP4910938 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(055)-813/2022 saylı qərarı ilə şikayət qismən təmin edilərək iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və barəsində inzibati xəta haqqında işə yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Daha sonra YPX İnzibati qrup Baş Yol Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X1 tərəfindən iddiaçı barəsində yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunması barədə xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək barəsində olan xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(055)-1080/2022 saylı qərarı ilə şikayət təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunması barədə YPX İnzibati qrup Baş Yol Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(055)-1080/2022 saylı qərarından apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsi Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(055)-1080/2022 saylı qərarını qüvvəsində saxlamışdır. Bundan sonra Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinərək onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar qüvvəyə mindikdən sonra onun əsasında iddiaçıya 5000 manat sığorta ödənişi verilmişdir. Lakin hazırki vaxtadək Cavabdeh tərəfindən qalan 3770 manat (8770 – 5000 = 3770) ziyan ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki işə iddiaçının iştirakı olmadan baxılması və qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək tələbinin əsaslı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə Bakı-Quba magistral yolunun 35-ci km-də cavabdeh “Chevrolet” markalı avtomobili idarə edərkən sağdan ötmə əməliyyatı etdiyi zamanı baş vermişdir. Nəticədə onun avtomobilinə 8770 manat ziyan dəymiş və 5000 manatı sığorta şirkəti ona ödəmişdir. Qalan 3770 manat isə hələ də cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Mülki iş üzrə cavabdehin əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətini qəbul etməmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək mütəxəssiz rəyi ilə razı olmadığını bildirmişdir. Hesab edir ki, vurulmuş zərər 5000 manatı aşa bilməz və həmin məbləğ vaxtikən sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, "xxxx" ASC-nin Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hesabatına əsasən “Mercedes Benz GL450” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə material və ehtiyyat hissələrinin təmirinə görə 8770 manat ödənilməlidir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində (mülki işə əlavə edilmiş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat” nəzərə alınmaqla) 2007-ci il buraxılışlı, “Mercedes Benz GL450” minik markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 5648 manat təşkil edir. "xxxx" MMC-nin ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişə əsasən 2(028)-177/2025 saylı mülki iş üzrə həyata keçirilmiş təqdidatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. -117.2-ci maddəsinə əsasən Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz GL450” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5648 manat ziyan dəydiyi və həmçinin vaxtikən iddiaçıya 5000 manat sığorta şirkəti tərəfindən ödəniş edildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 648 manat (5648 manat - 5000 manat = 648 manat) maddi ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda mülki iş üzrə ekspertiza tətqiqatının aparılmasını cavabdeh xahiş etdiyindən və iddia tələbi qismən təmin edildiyindən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri, yəni 300 manat cavabdehdən cəmiyyətin xeyrinə ödənilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 648 manat pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının 300 (üç yüz) manat dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" MMC, VÖEN : **********, Hesab№ AZN, AZ74AİİB400600F**********112 ; bank : "xxxx" ASC Mərkəz filialı, Bankın VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, KOD :200026, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-177/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-177/2025
08.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver