Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-179/2023 12.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinov sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2350 manat maddi ziyan, hüquqi yardım göstərilməsi üçün 50 manat və məhkəmə üçün 44 manat dövlət rüsumunun xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək göstərdi ki, şəxsi avtomobil almaq məqsədi ilə hamıya məlum olan “turbo.az” saytı vasitəsi ilə avtomobil axtarıb.Qeyd edilən sayt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Opel markalı Vita modeli, 10XF711 dövlət qeydiyyat nişanlı olan avtomobili görünüş baxımından bəyəndikdən sonra cavabehlə əlaqə saxlayaraq avtomobil haqqıda məlumat əldə etdi.Bir neçə saat sonra cavabdehlə görüşdü. Avtomobilinin texniki vəziyyəti ilə bağlı məlumat əldə etmək istədikdə, cavabdeh şifahi olaraq onlara avtomobilinin əla vəziyyətdə olması ilə bağlı ürək dolu söz verdi. Elə inandırıcı danışdı ki, ona inanaraq qarşıda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bayramı ilə əlaqədar bir xeyli vaxt qeyri-iş günlərinin olmasını nəzərə alaraq avtomobili öz adlarına rəsmiləşdirməyi qərara almışdır.Qeyri iş günləri bitdikdən sonra tərəflərindən avtomobili istifadə etdikdə müəyyən problemlərlə qarşılaşdıqlarından OPEL servisə ümumi müayinə üçün müraciət etmək qərarına gəlmişdir.Çox təəssüf ki, şübhələri öz təstiqini tapdı.Belə ki, müayinə zamanı avtomobilin motoru, karobkası, idarəetmə oxu, əyləc sistemində çox ciddi problemlərin olması ilə bağlı məlumat əldə etmişdir. Qeyd edilən qüsurların aradan qaldarılması üçün OPEL servisdə təxmini olaraq 2350 manat pul vəsaitin tələb olunması ilə məlumat verildi.Bundan sonra cavabdehlə əlaqə saxlayaraq yaranmış vəziyyətə aydınlıq gətirilməsi ilə bağlı ona məlum olan mobil telefon vasitəsi ilə əlaqə qurmaq istəmişdir.Lakin heç bir halda mobil telefona cavab verilməmişdir. Hətta onun işlədiyi və yaşadığı yerə getsə də, cavabdehi heç bir halda tapa bilməmişdir. Sonradan Bakı şəhəri Baş Polis İdarəsinə yaranmış vəziyyətlə bağlı şikayət etmişdir. Lakin şikayətin araşdırılması ilə bağlı məsələnin mülki məsələ olduğundan mülki qaydada məhkəmə icraatında baxılması tövsiyyə olunmuşdur.Dəymiş maddi ziyanın qarşılanması ilə bağlı cavabdehə etdiyi müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı2 eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh göstərdi ki, iddianı qəbul etmir.O, “Opel Vita” markalı avtomobilin satışı ilə əlaqədar “Turbo.az” saytında elan yerləşdirmişdir.Elnur adlı şəxs ona zəng edib həmin maşın ilə marağlanmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 22 radələrində Bakı Dövlət Yol Polis İdarəsinin həyətində görüşmüşlər. Artıq qaranlıq olduğuna görə sabaha saxlamasını bildirmiş, lakin Elnur razılaşmamış və maşını almaq istədiyini bildirmişdir.Həmin vaxtı maşın saz vəziyətində olmuşdur.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçıları və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin İddiaçı1 ünvanladığı 3- 13-44-2-1/2-Ə-421/11 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, onun aldığı “Opel Vita” markalı avtomobili sonradan nasaz çıxması səbəbindən geri qaytarmaq istəməsilə bağlı şikayətnin nəticəsiz qalmasına dair müraciətinə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şpbəsində baxılmışdır. Məlum olmuşdur ki, eyni məsələ ilə bağlı arvadl İddiaçı2 şikayəti əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsində təhqiqat araşdırması aparılıb toplanmış material üzrə əməldə cinayət tərkibinin olmadığı qəraətinə gəlinərək xx.xx.2023-cü il tarixdə Azərbaycan CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsaslılığının yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqəfi rayon prokuroruna göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət vermək hüququnun olması izah olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qubadlı Rayon Məhkəməsinə ünvanladığı 3-13-16/2-38875/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Opel Vita” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq İddiaçı2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və "xxxx" MMC tərəfindən verilmuş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Avto Planet” servisdə “Opel Vita” markalı **-XF-*** nömrə nişanlı avtomobil yoxlanıldı və avtomobildə olan qüsurların ümumi məbləği 2500 manat təşkil edir. İş materiallarında olan və Azərbaycan Respublikasının DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçılar xx.xx.2022 tarixdə Cavabdeh aldıqları “Opel Vita” markalı **-XF-*** nömrə nişanlı avtomobili nasaz çıxması səbəbindən dərhal sonra polisə müraciət etmişlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Azərbaycan Respublikası MPM-in 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, hüquqi xidmətə görə iddiaçı tərəfindən 30 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat maddi ziyan, hüquqi yardım göstərilməsi üçün 30 manat və məhkəmə üçün 44 manat dövlət rüsumu tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-179/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-179/2023
12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver