Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-188/2021 08.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliy, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜ Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat məbləğində pulun və ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Masallı şəhərində mebel aksesuarları ilə məşğul olur.Cavabdehi əvvəllər tanımamış, onu mebel aksesuarları satışı ilə məşğul olduğundan tanımışdır.2020-ci ilin fevral ayında cavabdeh ona zəng edərək onda mebel aksesuarları olduğunu və həmin malları Çin Respublikasından gətirdiyini bildirmişdir. O, cavabdehdən lazım olan malları soruşdu və cavabdeh bildirmişdir ki, həmin mallardan vardır və ucuz qiymətə verir.O, cavabdehlə razılaşmışdır ki, cavabdeh ona malı nisyə verir və malı satandan sonra pulu cavabdehin “Kapital” bankda olan kart hesabına yükləyəcəkdir. Həmin vaxtdan bu yolla işləmişlər. 2020-ci ilin noyabr ayında cavabdeh ona 4000 manata yaxın mal verməli idi, lakin cavabdeh bildirmişdir ki, onun malı ilə bir karqoda gələn digər tanımadığı şəxslərin qacaq yolu ilə Azərbaycana keçirtmək istədikləri mal olduğundan onun malını da karqoda saxlamışlar.Buna görə malın dəyərini ondan nağd istədi ki, karqodan malı götürüb ona versin.23.11.2020-ci ildə cavabdehin “Kapital” bankda olan kart hesabına 500 manat yukləmişdir. Səhərisi cavabdeh demişdir ki, pul çatmır, yenə 500 manat göndərmək lazımdır ki, o, malı götürsün və 26.11.2020-ci ildə malı ona versin. 25.11.2020-ci ildə cavabdehin “Kapital” bankda olan kart hesabına yenə 500 manat yükləmişdir.Cavabdeh 26.11.2020-ci ildə malı ona verməmişdir. 26.11.2020-ci ildə o, cavabdehə zəng etmiş, lakin nömrəsi bağlı olmuşdur.Bundan sonra vatsap danışıqları və vatsap səs yazması ilə əlaqə saxlayıb, daha mala ehtiyacının olmamasını və göndərdiyi 1000 manat pulunu geri qaytarılmasını bildirmiş, lakin müxtəlif bəhananələr gətirdiyindən ondan polisə şikayət edəcəyini demişdir.Cavabdeh ona vatsapda yazdı ki, mülki işə polis baxmır, hara istəyirsə, şikayət versin.O, cavabdeh barəsində Masallı RPŞ-nə ərizə ilə müraciət etmiş, lakin ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Masallı RPŞ tərəfindən iddiaçıya ünvanlanmış 30.01.2021-ci il tarixli məktubda göstərilmişdir ki, əvvəlcədən tanıdığınız Cavabdeh adlı şəxsə mebel aksesuarları almaqdan ötrü göndərdiyiniz pulunuzu geri ala bilməməyinizlə bağlı Masallı RPŞ-nə yazdığınız 18.01.2021-ci il tarixli ərizəniz araşdırılmışdır. Bildirilir ki, iddia və tələbiniz mülki xarakterli olduğundan rayon məhkəməsinə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan qəbzlərindən görünür ki, Masallı rayonu, H.Aliyev pr.,Halal marketində yerləşən Million elektron ödəmə sistemindən Cavabdeh “Kapital” bankda olan ******************** kart hesabına 23.11.2021-ci il tarixdə 500 manat və 25.11.2021-ci il tarixdə 500 manat, cəmi 1000 manat köçürülmüşdür. İş materialarında olan Whatsap yazılarından görünür ki, ********** nömrəli telefona müxtəlif vaxtlarda ünvanlanmış yazılarda qeyd edilmişdir ki, o, Rəşad adlı şəxsə müraciət edərək onun şurup və xodoviklərini istəmir, başqasına satılmasını və həmin pulu borc aldığına görə onun pulunun E-manat aparatından geri göndərilməsini istəyir. Məhkəmə qeyd edir ki, internet mesengerdəki yazışmalar məhkəmədə sübut növü kimi o halda yolverilən olur ki, mütləq halda yazışmanın göndəricisinin və qəbul edəninin (alanının) eyniləşdirilməsi mümkün olsun.İddiaçı tərəfindən təqdim edilmiş Watsapdakı yazışma bu əlamətlərə malik deyil.Bu yazışmadan nömrələrin iddiaçı və cavabdehə malik olmalarını, həmçinin cavabdeh qismində göstərilən vətəndaşın iddiaçının təqdim etdiyi şəxsin olmasını müəyyən etmək mümkün deyildir.Bundan əlavə iddiaçı müqavilə tərəfləri arasında mesengerdə göstərilən nömrələrlə məlumat mübadiləsinin mümkün olacağının həmin müqavilədə nəzərdə tutulmasına dair sübut təqdim etməyib.Bu halda Watsapdakı yazışmanın məhz kontragentdən gəldiyini müəyyən etmək qeyri-mümkündür.Yazışmaların telefondan çıxarılmış sürətləri də məhkəmədə sübut növü kimi qəbul edilə bilinməz.Belə ki, həmin yazışmaların həqiqiliyi sübuta yetirilməyincə, qəbul olunmazdırlar.Digər tərəfdən məhkəmə bu cür sms-in dəqiq çatdırılma vaxtını müəyyən edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 89-cı maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-in 95-cı maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul və ödənilən 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-188/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-188/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver