Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-194/2021 07.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi İddiaçı ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X2 Cavabdeh qarşı “borc tələbi” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə “Beko” markalı paltaryuyan üçün 225 manat borc, 120 manat faiz borcu və “Samsung Galaxy J2” markalı telefon üçün 126 manat borc, 60 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 561 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi, fiziki şəxs X5 ilə Cavabdeh arasında 19.12.2017-ci il və 20.03.2018-ci il tarixlərində “Alqı-satqı” müqavilələri bağlanmışdır. Cavabdeh 19.12.2017-ci il tarixli ******* saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1229 manat olan “Beko” markalı paltaryuyan almış, nəticədə 225 manat borc yaranmış və 20.03.2018-ci il tarixli ******* saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 398 manat olan “Samsung Galaxy J2” markalı telefon almış, nəticədə 126 manat borc yaranmışdır. Bugünədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, o, müqavilə şərtlərini pozmuş və alqı-satqı qiyməti 1229 manat olan “Beko” markalı paltaryuyan üçün ümumilikdə 225 manat ödənilməmiş hissə, 120 manat faiz (1 manat x 4 ay x 30 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında faiz) yaranmışdır. Digər müqavilə üzrə alqı-satqı qiyməti 398 manat olan “Samsung Galaxy J2” markalı telefon üçün ümumilikdə 126 manat ödənilməmiş hissə, 60 manat faiz (1 manat x 2 ay x 30 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında faiz) yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən ödənilməmiş hissəsi, “Alıcı" tərəfindən və ya “Alıcı”nın müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; 2.4 “Alıcı" ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində "Satıcı”nın xeyrinə gecikmə faizi ödəyir. 3.1 Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. 4.1 Bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir.Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi poçt bağa xidmət etmədiyinə görə məhkəməyə geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 19.12.2017-ci il tarixli, S3K4693921 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı fiziki şəxs fiziki şəxs X1 qiyməti 1229 manat olan 1 ədəd WM BEKO WMY 81230 SLB1, 4 ədəd uduşlu lotereya satmağı, alıcı isə bu müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 2.2-ci bəndinə görə alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 1229 manat məbləği 15 ay müddətinə ayda 82 manat olmaqla hər ayın on səkkizinədək ödəməlidir. 20.03.2018-ci il tarixli, S3K4714375 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı fiziki şəxs fiziki şəxs X1 qiyməti 398 manat olan 1 ədəd SAMSUNG GALAXY J2 2018 SM-J250F/DS BLACK markalı mobil telefonu və 1 ədəd qızıl zəmanət satmağı, alıcı isə bu müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 2.2-ci bəndinə görə alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 398 manat məbləği 12 ay müddətinə ayda 34 manat olmaqla hər ayın on doqquzunadək ödəməlidir. 31.03.2021-ci il tarixli Maliyyə arayışına görə Cavabdeh 30.03.2021-ci il tarixinə 19.12.2017-ci il tarixli müqavilə üzrə fiziki şəxs X3 225 manat əsas borc, 120 manat faiz borcu və 20.03.2018-ci il tarixli müqavilə üzrə 126 manat əsas borc, 60 manat faiz borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1, 600.4, 600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 347 manat borc, 60 manat faiz, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 427 manat iddiaçı ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X4 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə “Beko” markalı paltaryuyan üçün 225 manat borc, 120 manat faiz borcu və “Samsung Galaxy J2” markalı telefon üçün 126 manat borc, 60 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 561 manat iddiaçı ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X2 xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-194/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-194/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver