Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-20/2024 14.02.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 4 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin tamamilə ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçının oğlu məhkəməyə teleqramla müraciət edərək atası (iddiaçı) İddiaçı səhhəti ilə əlaqədar olaraq işi təxirə salınmasını xahiş etmişdir. Bununla əlaqədar Məhkəmə iclası təxirə salınsa da, xx.xx.2024-cü il tarixli iclasa iddiaçı təkrarən gəlməmiş, yenə də onun oğlu məhkəməyə teleqram ünvanlayaraq atasının xəstə olmasını qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutları əlavə etməmişdir. Cavabdeh mülki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədi. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə bağlanmış kredit müqaviləsi formal xarakterlidir. Həmin müqavilə cavabdehin əlillik dərəcəsinin bərpa olunması üçün ona şahidlərin iştirakı ilə verdiyi 5000 manat pul vəsaitinin hesabına yaranmışdır.O, həmin 5000 manat pulu X1 vermişdir. Hal-hazırda bu iş barədə Bakı şəhəri Yasamal RPİ-nin istintaq şöbəsində cinayət işi başlamış və X2 və qeyriləri barəsində həbs qətimkan tədbiri seçilmişdir. Formal borc müqaviləsinə dair icra qeydi apartdırmış və Sumqayıt Şəhər Məhkəməsinin İcra və probasiya şöbəsində onun əlillik pensiyasına yönəldilmişdir. Hal-hazıra qədər onun əlillik pensiyasından 5000 manat pul vasaiti tutularaq cavabdehin hesabına ödənilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin istintaq şöbəsində araşdırması gedən cinayət işində cinayəti törətmiş X2 dəfələrlə qeyd etmişdir ki, İddiaçı vasitəsi ilə ona verilən pul sahiblərinin hamısını tanıyır. O, dəfələrlə müstəntiqə cavabdehin istintaqa dəvət olunması və onu dindirilməsi üçün vəsatət təqdim etmişdir. Lakin müstəntiqin cavabdehi istintaqa dəvət etməsinə baxmayaraq, cavabdeh bundan yayınmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən onun rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 17 avqust 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh 10000 (on min) manat məbləğində pulu 31 avqust 2022-ci tarixinədək borc alan İddiaçı vermişdir. Azərbaycna Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-cü maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-cu müaddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; - şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; - müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; - işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Həmin Məcəllənin 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Həmin Məcəllənin 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi üçün qanunvericilik normalarına uyğun olaraq heç bir hal aşkar edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanılmış borc müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-20/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-20/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver