Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-21/2023 11.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı BOKTİddiaçı QSC-nin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı BOKTİddiaçı QSC-nin Cavabdeh qarşı faiz borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKTİddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat,66) manat, cəmi 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat,66) manat məbləğində pul vasaitinin və 634,73 (altı yüz otuz dörd, 73) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə BOKTİddiaçı QSC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu Cavabdeh dair sənədlər SFK-1403 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, №204/10 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14 % olmaqla 36 ay müddətinə 890000 (səkkiz yüz doxsan min) manat məbləğində kredit verilmişdir.xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır.(5.4 bəndi) bocalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 14%-lə hesablanır. Cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir.Hal-hazıra qədər cavabdehin müqavilə üzrə 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat,66) manat, cəmi 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat,66) manat borcu var. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdeh şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öjhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur.Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirməmişdir. Qanunun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 634,73 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı rədd edərək göstərdi ki, "xxxx" ASC ilə onun arasında xx.xx.2010-cu il tarixdə, 204/10 saylı uydurma kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən guya ona illik 14 % olmaqla 36 ay müddətinə 890000 (səkkiz yüz doxsan min) manat məbləğində kredit verilmişdir.xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən belə görünür ki, ayrılmış kredit vəsaitini guya o, məxaric edərək ssuda hesabından istifadə etmişdir. Əslində isə ona bir manat da olsun pul verilməmişdir. O, vaxtikən rəhbərliyin göstərişi ilə banka gedərək mahiyyətini bilmədiyi sənədlərə imza etmişdir. Bankdan ona imzalandığı hər hansı bir sənədin, o cümlədən sonradan məlum olan kredit müqaviləsinin surəti verilməmişdir."xxxx" ASC-nin İdarə Heyətinin sədri və digərlərinin barəsində cinayət işi qaldırılandan sonra o, şahid kimi çağırılıb dindiriləndən sonra bilmişdir ki, onun adına xx.xx.2010-cu il tarixdə, 204/10 saylı uydurma kredit müqaviləsi rəsmiləşdirilmişdir. Onun adına ayrılan kredit vəsaiti elə Bankın xəzinəsində qalmış və Bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir.Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmünün müəyyən etdi hissəsindən də görünür ki, onun və digər şəxslərin adına rəsmiləşdirilmiş uydurma kredit müqavilələri əsasında külli miqdarda puı vəsaitləri qeyd olunan cinayət işi üzrə keçən təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir.Həmin hökm ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, 204/10 saylı kredit müqavilə uydurma əqd olmaqla Cavabdeh kredit verilməsi görüntüsü yaratmaq üçün bağlanmış, kassa məxaric orderində göstərilən vəsaitlər Cavabdeh verilməmiş, "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən cinayət yolu ilə mənimsənilmişdir.Bunu nəzərə alaraq BOKTİddiaçı QSC-nin iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 % ödəmək şərti ilə 890000 (səkkiz yüz doxsan min) manat məbləğində kredit verilmişdir.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK- 1403 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit) 344726,66 manat, əsas borc yoxdur, faiz borcu (kredit) 344726,66 manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. İş materiallarından görünür ki, “X6 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Şaiq Əli oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 204/10 N-li kredit müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə 885560 manat Suraxanı filialın kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-inə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası MM-in 82.4-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Azərbaycan Respublikası MM-in 340.1-ci maddəsinə müvafiq olaraq, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmədə müəyyən olunub ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır.Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Azərbaycan Respublikası MM-in 337-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat,66) manat, cəmi 344726,66 (üç yüz qırx dörd min yeddi yüz iyirmi altı manat,66) manat məbləğində pul vasaitinin və 634,73 (altı yüz otuz dörd, 73) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-21/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-21/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver