Məhkəmə qərarları › İş №2(028)-214/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-214/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-214/2021 19.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh məxsus “Volkswagen Passat” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmış texniki xidmətə görə qalıq qalmış 1230 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5 % olaraq 300 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir.Öz ərizəsində iddiaçı göstərmişdir ki, o, 28.06.2018-ci il tarixli ********** saylı təmir kartı müqaviləsinə əsasən Cavabdeh məxsus “Volkswagen Passat” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmış texniki xidmətə görə xidmət haqqının ümumi məbləği 2160 manat müəyyən olunmuşdur.Cavabdeh 2160 manatdan 930 manat ödəniş etmiş, qalan 1230 manat ödəməmişdir.13.07.2020-ci il tarixli razılaşdırma protokoluna əsasən cavabdeh qalıq borcunu 10.12.2020-ci il tarixədək «xxxx» MMC-yə ödəməli idi, lakin cavabdeh bunu etməmişdir. Bununla da cavabdeh mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdehə 12.03.2021-ci il tarixdə pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.06.2018-ci il tarixli sifariş tapşırığından görünür ki, Cavabdeh sifarişə əsasən icraçı «xxxx» MMC “Volkswagen Passat” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmış texniki xidmətə görə xidmət haqqınin ümumi məbləği 2160 manat müəyyən olunmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ********** saylı təmir kartı üzrə Cavabdeh tərəfindən «xxxx» MMC-yə 930 manat 28.06.2018-ci il tarixdə ödənildi.Borc 1230 manatdır. İş materiallarında olan 13.07.2020-ci il tarixli razılaşdırma protokoluna əsasən Cavabdeh qalıq borcu olan 1230 manatını hər ay 250 manat ödəmək şərti ilə 10.12.2020-ci il tarixədək «xxxx» MMC-yə ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə 12.03.2021-ci il tarixdə pretenziya göndərmişdir. Pretenziyada göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. “Volkswagen Passat” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmış texniki xidmətə görə qalıq qalmış 1230 manat borc məbləğ, gecikdirilmiş vaxt üçün illik 5 % olaraq 62 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar