Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-220/2021 24.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.04.2019-cu il tarixli müqaviləsinə əsasən SHOSMAN markalı qazan dəsti üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə, 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40051 olan Samsung Galaxy A50 markalı telefon üçün 562 manat ödənilməmiş hissə, 56 manat cərimə, cəmi 664 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 02.04.2019-cu il tarixli və 07.06.2019-cu il tarixli müqavilələrə əsasən SHOSMAN markalı qazan dəsti, İMEİ kodu **********40051 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 664 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.04.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 348 manat (yəni 12 ay x 39 manat + 0 manat ilkin ödəniş) SHOSMAN markalı qazan dəsti üçün ümumilikdə 46 manat olmaqla ondan 42 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə pulu borcu və 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 874 manat olan (18 ay x 46 manat + 46 manat ilkin ödəniş) İMEİ kodu **********40051 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 618 manat olmaqla ondan 562 manat ödənilməmiş hissə, güzəşt olunaraq 56 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 618 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 02.04.2019-cu il tarixli, 00594651 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə SHOSMAN markalı qazan dəstinə dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 02.04.2019-cu il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 29 manat olmaq şərti ilə ödəməlidir. 02.04.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh SHOSMAN markalı qazan dəsti adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 07.06.2019-cu il tarixli, 00709179 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Samsung Galaxy A 50 markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 07.06.2019-cu il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (18 ay) 46 manat olmaq şərti ilə ödəməlidir. 07.06.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh Samsung Galaxy A50 markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 12.03.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.04.2019cu il və 07.06.2019-cu il tarixli müqavilələrə əsasən SHOSMAN markalı qazan dəsti üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə, 07.06.2019-cu il tarixli İMEİ kodu **********40051 olan Samsung Galaxy A50 markalı telefon üçün 562 manat ödənilməmiş hissə, 56 manat cərimə, cəmi 664 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 02.04.2019-cu il tarixli müqaviləsinə əsasən, SHOSMAN markalı qazan dəsti üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə, 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40051 olan Samsung Galaxy A50 markalı telefon üçün 562 manat ödənilməmiş hissə, 56 manat cərimə, cəmi 664 manat borc və 30 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 02.04.2019-cu il tarixli müqaviləsinə əsasən, SHOSMAN markalı qazan dəsti üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə, 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40051 olan Samsung Galaxy A50 markalı telefon üçün 562 manat ödənilməmiş hissə, 56 manat cərimə, cəmi 664 manat borc və 30 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-220/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-220/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver