Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-224/2022 17.05.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 70000 (yetmiş min) manat məbləğində dəymiş zərərin və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, cavabdeh 28.10.2021-ci ildə iddiaçıdan iş görmək bəhanəsi ilə hissə-hissə 100000 (yüz min) manat alımışdır.Sonradan iş görülməmiş və həmin puldan 15000 (on beş min) manat geri ödənilimiş, qalan məbləğ isə qaytarılmamışdır. Bu səbəbə görə iddiaçı Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-nə şikayət etmişdir. Bölmədə araşdırma aparılmış və cavabdeh öz izahatında 70000 (yetmiş min) manat borcun olduğunu etiraf etmişdir. Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07.11.2021-ci il tarixli qərar qəbul edilmiş və ona izah olunmuşdur ki, şikayət mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz edərək göstərdi ki, cavabdeh onun oğludur.Oğlu ilə iddiaçı arasında işgüzar münasibətlər olmuşdur. Bu münasibətlər çərçəvəsində oğlu iddiaçıdan dəfələrlə faizə pul götürmüş və faizi ilə bərabər geri qaytarmışdır.Geri qaytarılan məbləğlərdən təxminən 10000 (om min) manat onun vasitəsi ilə qaytarılmışdır. Ən son olaraq oğlunun iddiaçıya 3000 (üç min) manat borcunun olduğunu bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı 100000 (yüz min) manat məbləğində pulun cavabdehə verilməsi və həmin puldan 15000 (on beş min) manatın geri ödənilməsini təsdiq edən heç bir sübutu təqdim etməmişdir.Sadəcə olaraq Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07.11.2021-ci il tarixli qərarına istinad edərək, Cavabdeh vermiş olduğu ifadəsində iddiaçıdan 60-70 min manat pul aldığını əsas gətirərək, 70000 (yetmiş min) manat məbləğində pul tələbinə dair iddia irəli sürmüşdür.Əgər cavabdehin iddiaçıya 85000 (səksən beş min) manat borcu varsa, niyə məhkəmədə cavabdehə qarşı 70000 (yetmiş min) manat məbləğində pul tələbinə dair iddia irəli sürmüşdür.Hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. Göstərilənlərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-nin təhqiqatçısı polis kapitanı Nəsimi Musayev tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 07.11.2021-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, şərikli iş görmələri üçün İddiaçı hissə-hissə 60-70 min manat pul almışdır.Daha sonra həmin pulu faizi ilə birlikdə qaytarmış və hal-hazırda 3000 manat faizdən borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-ci maddəsinə əsasən,borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 82.4-cı maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-224/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-224/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver