Məhkəmə qərarları › İş №2(028)-237/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-237/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-237/2022 23.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı BOKTİddiaçı QSC-nin nümayəndəsi X4 Cavabdeh Mahmudov Müşfiq Əli oğlunun Cavabdeh Mahmudov Müşfiq Əli oğlunun vəkili X2 iştirakları ilə İddiaçı BOKTİddiaçı QSC-nin cavabdeh Mahmudov Müşfiq Əli oğluna qarşı əsas və faiz borcunun ödənilməsi və iddiaçı Mahmudov Müşfiq Əli oğlunun cavabdeh BOKTİddiaçı QSC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKTİddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mahmudov Müşfiq Əli oğlundan BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borc üzrə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat, faiz borcu üzrə 158293,80 (yüz əlli səkkiz min iki yüz doxsan üç,80) manat, cəmi 1414593,80 (bir milyon dörd yüz on dörd min beş yüz doxsan üç,80) manat məbləğində pul vasaitinin və 1497,30 (min dörd yüz doxsan yeddi,30) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mahmudov Müşfiq Əli oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC ilə Mahmudov Müşfiq Əli oğlu arasında tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 11360 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcun və hesablanmış faizlərin Mahmudov Müşfiq Əli oğlunun hesabından silinməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 3724/2022 saylı qərardadı ilə iddiaçı Mahmudov Müşfiq Əli oğlunun cavabdeh BOKTİddiaçı QSC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair Qubadlı Rayon Məhkəməsinə göndərilmiş iddia ərizəsi üzrə mülki iş hazırki mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmədə BOKTİddiaçı QSC-nin nümayəndəsi iddianı müdafiə və Mahmudov Müşfiq Əli oğlunun iddiasını rədd edərək göstərdi ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X8 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu Mahmudov Müşfiq Əli oğluna dair sənədlər SFK- 31 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC ilə Mahmudov Müşfiq Əli oğlu arasında xx.xx.2014-cü il tarixli, 11360 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 12 % olmaqla 60 ay müddətinə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir.Hal-hazıra qədər cavabdehin müqavilə üzrə əsas borc üzrə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat, faiz borcu üzrə 158293,80 (yüz əlli səkkiz min iki yüz doxsan üç,80) manat, cəmi 1414593,80 (bir milyon dörd yüz on dörd min beş yüz doxsan üç,80) manat borcu var. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə xəbərdarlıq olunmasına və bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh bank qarşısında öhdəlikıərinin lazımınca yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini və Mahmudov Müşfiq Əli oğlunun iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Mahmudov Müşfiq Əli oğlu iddianı müdafiə və BOKTİddiaçı QSC-nin ona qarşı iddiasını rədd edərək göstərdi ki, "xxxx" ASC onun arasında xx.xx.2014-cü il tarixdə, 11360 saylı uydurma kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən guya ona illik 12 % olmaqla 60 ay müddətinə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən belə görünür ki, ayrılmış kredit vəsaitini guya o, məxaric edərək ssuda hesabından istifadə etmişdir. Əslində isə ona bir manat da olsun pul verilməmişdir. O vaxtki rəhbərliyin göstərişi ilə o, banka gedərək mahiyyətini bilmədiyi sənədlərə imza etmişdir. Bankdan ona imzalandığı hər hansı bir sənədin, o cümlədən sonradan məlum olan kredit müqaviləsinin surəti verilməmişdir."xxxx" ASC-nin İdarə Heyətinin sədri və digərlərin barəsində cinayət işi qaldırılandan sonra o, şahid kimi çağırılıb dindiriləndən sonra bilmişdir ki, onun adına xx.xx.2014-cü il tarixdə, 11360 saylı uydurma kredit müqaviləsi rəsmiləşdirilmişdir. Onun adına ayrılan kredit vəsaiti elə Bankın xəzinəsində qalmış və Bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir.Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmünün müəyyən etdi hissəsindən də görünür ki, onun və digər şəxslərin adına rəsmiləşdirilmiş uydurma kredit müqavilələri əsasında külli miqdarda puı vəsaitləri qeyd olunan cinayət işi üzrə keçən təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir.Həmin hökm ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Mahmudov Müşfiq Əli oğlu arasında xx.xx.2014-cü il tarixli, 11360 saylı kredit müqavilə uydurma əqd olmaqla Mahmudov Müşfiq Əli oğluna kredit verilməsi görüntüsü yaratmaq üçün bağlanmış, kassa məxaric orderində göstərilən vəsaitlər Mahmudov Müşfiq Əli oğluna verilməmiş, "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfinfən cinayət yolu ilə mənimsəmişdir. Bunu nəzərə alaraq iddianın təmin edilməsini və BOKTİddiaçı QSC-nin iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Mahmudov Müşfiq Əli oğlunun vəkili eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini və BOKTİddiaçı QSC-nin iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfi, vəkili, nümayəndəin dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Mahmudov Müşfiq Əli oğlunun iddiası təmin, BOKTİddiaçı QSC-nin iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və "xxxx" ASC ilə Mahmudov Müşfiq Əli oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 12 % ödəmək şərti ilə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat məbləğində kredit verilmişdir.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-31 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Mahmudov Müşfiq Əli oğlunun "xxxx" ASC-yə cəmi borc (kredit) 1414593,80 (bir milyon dörd yüz on dörd min beş yüz doxsan üç,80) manat, əsas borc (kredit) ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat, faiz borcu (kredit) 158293,80 (yüz əlli səkkiz min iki yüz doxsan üç,80) manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. İş materiallarından görünür ki, “X8 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Müşfiq Əli oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, 11360 N-li kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə ******* manat Nəqliyyət filialın kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-inə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası MM-in 82.4-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Azərbaycan Respublikası MM-in 340.1-ci maddəsinə müvafiq olaraq, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmədə müəyyən olunub ki, "xxxx" ASC ilə Mahmudov Müşfiq Əli oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır.Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Azərbaycan Respublikası MM-in 337-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Mahmudov Müşfiq Əli oğlu ilə "xxxx" ASC arasında tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 11360 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. Mahmudov Müşfiq Əli oğlundan BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borc üzrə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat, faiz borcu üzrə 158293,80 (yüz əlli səkkiz min iki yüz doxsan üç,80) manat, cəmi 1414593,80 (bir milyon dörd yüz on dörd min beş yüz doxsan üç,80) manat məbləğində pul vasaitinin və 1497,30 (min dörd yüz doxsan yeddi,30) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar