Məhkəmə qərarları › İş №2(028)-246/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-246/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-246/2021 31.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.10.2018-ci il tarixli müqaviləsinə əsasən LG LED TV üçün 166 manat ödənilməmiş hissə, 16 manat cərimə, 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79695 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 347 manat borc və 20 manat dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 21.10.2018-ci il və 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən LG LED TV və İMEİ kodu **********79695 olan Xiaomi Mi A2 Lite markalı telefon almış və nəticədə 347 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.10.2018-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 492 manat (yəni 12 ay x 41 manat + 0 manat ilkin ödəniş), LG LED TV üçün ümumilikdə 182 manat olmaqla ondan 166 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 manat cərimə və 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 449 manat olan (6 ay x 74 manat + 5 manat ilkin ödəniş) İMEİ kodu **********79695 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə 165 manat olmaqla ondan 150 manat ödənilməmiş hissə, güzəşt olunaraq 15 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 625 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 21.10.2018-ci il tarixli, 00343131 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə LG LED TV-ə dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 21.10.2018-ci il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 41 manat olmaq şərti ilə ödəməlidir. 21.10.2018-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh LG LED TV adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 14.02.2019-cu il tarixli, 00514044 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Xiaomi Mi A2 Lite markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 14.02.2019-cu il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (6 ay) 74 manat olmaq şərti ilə ödəməlidir. 14.02.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh Xiaomi Mi A2 Lite markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 13.04.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21.10.2018-ci il tarixli müqaviləsinə əsasən LG LED TV üçün 166 manat ödənilməmiş hissə, 16 manat cərimə, 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79695 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 347 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21.10.2018-ci il tarixli müqaviləsinə əsasən LG LED TV üçün 166 manat ödənilməmiş hissə, 16 manat cərimə, 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79695 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 347 manat borc və 20 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 21.10.2018-ci il tarixli müqaviləsinə əsasən LG LED TV üçün 166 manat ödənilməmiş hissə, 16 manat cərimə, 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79695 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 347 manat borc və 20 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar