Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-252/2023 30.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil, Maraqlı tərəf "xxxx" QSC BOKT-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh və maraqlı tərəflər Maraqlı şəxs2 və "xxxx" QSC BOKT-yə qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq ona verilməsi, həmin avtomaşının alınaraq ona verilməsi mümkün olmadıqda cavabdehə avtomaşına görə ödəmiş olduğu 15300 (on beş min üç yüz) manat əsas borcun, ödənilmiş 136 manat dövlət rüsumunun, cəmi 15436 (on beş min dörd yüz otuz altı) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddia ərizəsinə əlavə edərək Cavabdeh 5500 (beş min beş yüz) manat maddi ziyana görə və 5000 ( beş min) manat mənəvi zərərə görə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, 15 noyabr 2021-ci ildə özünə avtomaşın almaq məqsədilə Sumqayıt şəhərində yerləşən maşın bazarı ünvanına gəlmişdir. Burada Avtosalonun direktoru kimi özünü təqdim edən Azim adlı şəxslə görüşmüş və ona Hundai Tucson markalı avtomaşın almaq niyyətində olduğunu bildirmişdir. Azim ona bildirdi ki, Hundai Tucson markalı avtomaşın satışda var. O, Azimlə birlikdə onun göstərdiyi Hundai Tucson maşına əyləşib Ceyranbatan istiqamətinə yola düşüb gedən zaman Azimin mobil telefonuna zəng gəlmişdi. Azim ona bildirdi ki, zəng edən şəxsdə 2009-cu il buraxılışlı Hundai Tucson markalı, hər iki (həm qabaq, həm də arxa tərəfi) tərəfi çəkən avtomaşın var. O, təqdim olunan həmin avtomaşını alacağını bildirdi. Belə olan halda hər ikisi yenidən Azimə məxsus avtosalona qayıtmışlar. O, həmin avtomaşını bəyənmiş və Azimlə birlikdə sənədləşmə aparmaq üçün Xırdalan şəhərinə, Baş Dövlət Yol Polis İdarəsinə gəlmişlər. Azim ona bildirdi ki, bu maşın daha yaxşıdır və yol ilə gedəndə ondan beh kimi 1000 (bir min) manat pul almışdı. O, orada olanda Azim digər bir maşınla bir nəfər şəxslə Sumqayıt şəhərinə gəlmişdi. Onlar Sumqayıtdan qayıtdıqdan sonra avtomaşınla birlikdə onunla avtosalona gəlmişlər. Avtomaşını Azim salonun qarşısında saxlayıb ondan həmin avtomaşına görə 15300 (on beş min üç yüz) manat pul tələb etmişdi. Həmin vaxt üzərində cəmi 11000 (on bir min) manat pul var idi. Həmin puldan 1000 (bir min) manatını Azimə beh şəklində vermişdi. Azimə demişdir ki, üzərində 15300 (on beş min üç yüz) manat yoxdur, cəmi 11000 (on bir min) manatı var. Azim ona bildirmiş ki, Sumqayıt şəhərində kredit verən Lombard var. Azim Lombardın əməkdaşı ilə danışmış və birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti ünvanında fəaliyyət göstərən “S Lombard” müəssisəsinə gəlmişlər. Burada xx.xx.2021-ci ildə 100131 saylı kredit müqaviləsi bağlamış və o, 24 ay müddətinə 4200 (dörd min iki yüz) manat kredit götürmüşdü və götürülən pulu Lombardın işçisi Azimə vermişdi. Azim həmin pulu cibinə qoymuşdu. Elə həmin vaxt ona "Nəqliyyat vasitəsindən istifadə (idarə) edilməsinə dair” etibarnamə verilmişdi. Etibarnaməni ona maşının mülkiyyətçisinin adından Lombardın əməkdaşı vermişdi. O, etibarnamə alan zaman nə Fuad adlı şəxsi, nə də həmin avtomaşının mülkiyyətçisi olan Maraqlı şəxs2 görməmişdir. Yuxarıda qeyd etdiyi kimi həm birinci və həm də ikinci dəfə həmin avtomaşının idarə edilməsinə görə verilən etibarnaməni ona “S Lombard” müəssisəsinin işçisi təqdim etmişdir. 15 fevral 2023-cü ildə Mehdiabad istiqamətində hərəkətdə olarkən ona məxsus mobil telefona tanımadığı şəxsdən zəng gəlmişdi. Zəng edən özünü Yol Polisi əməkdaşı kimi təqdim etmiş və ona bildirmişdir ki, avtomaşınına baxış keçirəcəklər. Həmin şəxslər avtomaşına baxış keçirərək onu Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparmış və ona bildirilmişlər ki, Xətai Rayon Məhkəməsinin 2 (011)- 1509/2018 saylı qətnaməsinə əsasən idarə etdiyi avtomaşının üzərinə həbs qoyulmuşdur. Hal-hazırda həmin avtomobil qeyd edilən ünvanda yerləşdirilib. Sonradan ona məlum olmuşdu ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2557/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC BOKT-nın cavabdeh "Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi”nə qarşı iddiası təmin olunmuş, **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Bu barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci ildə icra vərəqəsi verilmişdir, Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci i] tarixli 2/01 11509/2018 saylı icra sənədinə əsasən borclu X4 22366,85 manatın tutularaq Maraqlı şəxs3 MMC-уə ödənilməsi, borcun tutulması məqsədilə S.Hümmətovun mülkiyyətçisi olduğu “Hundai Tucson” minik markalı **-GB-*** qeydiyyat nişanlı avtomaşına yönəldilməsi qət edilmişdir. “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” xx.xx.2022-ci ildə ona etibarnamə verilərkən “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi Maraqlı şəxs2 olmuşdur. O, həmin şəxsi tanımır və etibarnamə verilərkən o, Maraqlı şəxs2 görməmişdir. Avtomaşına görə 15300 manatı Cavabdeh ödəmişdir. Cavabdeh onu aldadaraq ona məxsus olmayan və üzərinə həbs qoyulmuş avtomaşını ona satmışdır. Məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmış və Sumqayıt ŞPİ-nin İŞ-i tərəfindən xx.xx.2023-cü İl tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda cavabdehin günahı üzündən 15300 (on beş min üç yüz) manat vəsaitindən məhrum olunmuş, nəqliyyat vasitəsi almamış, dəfələrlə yaşadığı Qobustan rayonundan cavabdehin yaşadığı Sumqayıt şəhərinə gəlib-getməli olmuşdur.O, alacağı avtomaşınla Bakı-Qobustan istiqamətində taksi fəaliyyəti göstərməli idi. Maşın ondan alındığına görə o, gündəlik 50 manat puldan məhrum olmuşdur.xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək, yəni 70 gün x 50 manat=3500 manat. Həmçinin aldadılaraq lombarddan 4200 manatı 24 ay müddətinə kredit almışdır.Həmin kreditə görə o, 6400 manat ödəməlidir, yəni 2000 manat artıq.O və ailə üzvləri dərin sarsıntı keçirmiş, mənəvi cəhətdən sarsılaraq səhhətlərində problemlər yaranmışdır.Hesab edir ki, mənəvi sarsıntıya görə cavabdehdən 5000 (beş min) manat pul alınaraq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili və nümarəndəsi iddianı qəbul etmədi və göstərdi ki, iddiaçı maşını Sumqayıt şəhərinin girişində yerləşən və Cavabdeh aid olan avtosalonda deyil, yolun digər tərəfində olan Fuada aid avtosalonda almış və pulu məhz Fuada vermişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Maraqlı tərəf "xxxx" QSC BOKT-nin nümayəndəsi iddianı qəbul etmədi və göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2557/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC BOKT-un cavabdeh "Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi”nə qarşı iddiası təmin olunmuş, **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Bu barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci ildə icra vərəqəsi verilmişdir. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci i] tarixli 2/01 11509/2018 saylı icra sənədinə əsasən borclu X4 22366,85 manatın tutularaq Maraqlı şəxs3 MMC-уə ödənilməsi, borcun tutulması məqsədilə S.Hümmətovun mülkiyyətçisi olduğu “Hundai Tucson” minik markalı **-GB-*** qeydiyyat nişanlı avtomaşına yönəldilməsi qət edilmişdir.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, cavabdehin vəkili və nümayəndəsini, maraqlı tərəfin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-ci il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:41-də ünvan 4 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək Sumqayıt şəhəri Maşın bazarı ilə üzbəüz avtosalonda müştəri qismində olan şəxslərin münaqişə yaratması və özünü yandıracağını deməsi barədə məlumat vermişdir Daxil olmuş müraciət araşdırma aparılmasından ötrü xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin törədilmiş və ya hazırlanan cinayətlər bərədə məlumatların qeydiyyatı kitabında NK-1/163 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Cavabdeh xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əvvəllər maşın satdığı Qəribağa adlı şəxs və onun yanında olan tanımadığı 2 nəfər şəxs ona aid Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonuna gəlib orada onunla söz mübahsisə edərək onlardan biri (kişi) özünü yandıracağını demiş, lakin bununla bağlı hər hansı bir real addım atmamışdır. Həmçinin Qobustan rayonu Nabir kəndində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh 15300 (on beş min üç yüz) manata "Hyundai- Tucson" markalı **-NY-*** dn.n. avtomoibili almış, lakin 2023-cü ilin fevral ayında ona məlum olmuşdur ki, həmin maşın "X11 Edilmesi Agentliyi" MMC tərəfindən verilmiş iddia nəticəsində Bakı Kommersiya Məhkəməsinin qərarına əsasən avtomobil üzərinə həbs qoyulmuşdur. Daxil olmuş müraciət araşdırma aparılmasından ötrü xx.xx.2023-cü ıl tarixdə Sumqayıt SPİ-nin 5-ci PB-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında NK-1/164 nömrə ilə qeydiyyata alınmışdır. X1 xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, qaynatasının 2021-ci il tarixdə Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonundan almış olduğu "Hyundai Tucson" markalı avtomobil sonradan bankın iddiası ilə məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş avtomobilin pulunu avtosalonun sahibindən almaq üçün xx.xx.2023-cü il tarixdə qaynatası və həyat yoldaşı Saleh ilə birlikdə həmin avtosalona getmiş, orada olan zaman avtosalonun sahibi Azim ilə aralarında söz mübahisəsi yaranmışdır. xx.xx.2023-cü il tarixdə material araşdırmanın davam etdirilməsindən ötrü İŞ-nə göndərilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, 2021-ci ilin noyabr ayında tanımadığı bir nəfər şəxs özünə maşın almaq üçün Sumqayıt şəhərinin girişində yerləşən və ona aid olan avtosalona gəlmiş, həmin şəxs 4 təkəri çəkən "Hyundai- Tucson" markalı avtomobil istədiyini demiş, o isə salonda olan həmin maşının 2 təkər çəkdiyini demiş və maşını yoxlamaq üçün sürməyə çıxmışlar. Həmin vaxt o, yolun digər tərəfində olan Fuada aid avtosalonda dayanmış olan həmin maşının 4 təkəri çəkənini görmüş, maşını sürüb qayıtdıqdan sonra üzbəüzdə olan "Sülh 001" adlı avtosalona getmişlər. Orada həmin maşını 15300 manata almağa razılaşmış və salonun qarşısında 11000 manatı Fuada vermişlər. Maşını alan Qəribağanın 4300 manat pulu çatmadığı üçün salondan çıxıb Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən lombarda getmişlər. Həmin lombarda Fuadın avtosalonunun işçiləri ilə birlikdə getmişlər. Orada sənədləşmələr aparıldıqdan sonra kassadan pul verilmiş və Fuadın işçiləri lombardın içərisində 4300 manat pulu götürüb getmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin maşının üzərinə bank tərəfindən verilmiş iddia ilə həbs qoyulmuş ve xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində yol polisi əməkdaşları tərəfindən maşın Qəribağadan alınaraq cərimə meydançasına aparılmışdır. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə isə həmin kişi yanında olan iki nəfər biri kişi və biri qadın olmaqla işlədiyi avtosalona gələrək orada səs-küy salmış və onunla söz mübahsisəsi etməyə başlamışlar. Onlardan biri (kişi) maşının pulu verilməsə özünü yandıracağını demiş, lakin bununla bağlı real bir addım atmamışdır. Bundan başqa izahatı alınmış İddiaçı izahatında qeyd etmişdir ki, o, 2021-ci ilin noyabr ayında Sumqayıt şəhərində özü üçün almağa maşın axtaran zaman Sumqayıt şəhərinin girişində yerləşən və Azim adlı şəxsə aid avtosalona getmiş, orada 4 təkəri çəkən "Hyundai-Tucson" markalı avtomobil istediyini demişdir. Azim isə onda olan həmin maşının 2 təkər çəkdiyini demiş və sənədləşmə üçün gedən zaman yolda olanda kimsə Azimə zəng edərək o istədiyi maşından olduğunu demişdir. Buna görə geri qayıtmışlar və yolda olan zaman beh kimi 1000 manat pulu Azimə vermiş və qayıdıb Azimin avtosalonunda onun otağında maşının qiymətini 15300 manata razılaşmışlar. Belə ki, 10000 (on min) manat pulu da o, Azimə vermiş, lakin 4300 manat pulu çatmadığı üçün aldığı maşınla Azim maşını idarə edərək Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən lombarda getmişlər. Orada sənədləşmələr aparıldıqdan sonra kassadan pul verilmiş və Azim qalan 4300 manat pulu götürüb getmişdir. Həmin lombardda da ona maşını sürmək üçün etibarnamə verilmişdir. O da maşını götürüb evə getmişdir. Həmin vaxtdan bu vaxta kimi olan müddət ərzində hər ay lombarda pul ödəmişdir. Bele ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində o, həmin maşın ilə Sumqayıt şəhərindən Novxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olan zaman ona zəng gəlmiş və özünü yol polisi idarəsinin işçisi kimi təqdim edərək olduğu yeri ondan soruşmuşlar. O, olduğu yeri demiş, təxminən 20 dəqiqə sonra həmin şəxs yanında 2 nəfər digər polis əməkdaşı ilə birlikdə onun olduğu yerə gəlmiş və maşının bank tərəfindən həbsdə olduğunu deyib maşını götürüb Bakı şəhərinəe Qurd qapısı kimi tanınan yerdə olan cərimə meydançasına aparmışlar. Bundan sonra o, bankdan sənədləri götürüb Azimin yanına getmiş, orada Azimdən onu aldatdığı üçün verdiyi pulu tələb etmiş, həmin vaxt onunla Azim arasında söz mübahisəsi olmuş, ancaq həmin mübahisə zamanı nə o, nə də ki, Azim bir-birlərini təhqir etməmiş və bir-birlərinə qarşı hər hansı bir qanunsuzluğa yol verməmişlər. Həmçinin izahatları alınmış X3 və X2 Qəribağa İslam oğlunun izahatı ilə analoji izahatlar yazaraq həmin xüsusatları bir daha təsdiqləmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nə ərizə İlə müraciət edərək 2021-ci ildə Cavabdeh vasitəsi ilə almış olduğu "Hyundai- Tucson" markalı **-NY-*** dn.n. avtomoibilin üzərinə həbs qoyulması məsələsinin mülki xarakterli olması ilə əlaqədar Xətai Rayon Məhkəməsində iddia qaldırmaq niyyətində olduğunu bildirərək şikayət ərizəsi əsasında başlanılmış araşdırma üzrə cinayət işinin başlanılmasının rədd edilməsini xahiş etmişdir.Toplanmış materialdan görünür ki, Cavabdeh və İddiaçı müraciətində qeyd olunmuş faktlarda cinayət hadisəsi yoxdur. Ona görə də qeyd olunan faktlar üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Məhkəmədə İddiaçı davamlı və ziddiyətsiz izahat verərək göstərdi ki, "Hyundai- Tucson" markalı **-NY-*** dn.n. avtomoibil almaq üçün pulu Cavabdeh vermiş və Fuad adında olan tanımadığı şəxsə pul verməmişdir. Məhkəmədə İddiaçı və Cavabdeh arasında şəxsi qərəzçilik, düşmənçilik münasibətlərin olması müəyyən olunmamışdır və əgər İddiaçı maşını Fuad adında olan şəxsdən alıb, ona 15300 manat versəydi, ona cavabdeh qismində Cavabdeh deyil, həmin Fuad adında olan şəxsi göstərməsinə heç nə mane ola bilməzdi. Məhkəmə xüsusi ilə qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əvvəllər maşın satdığı Qəribağa adlı şəxs və onun yanında olan tanımadığı 2 nəfər şəxs ona aid Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonuna gəlib orada onunla söz mübahsisə edərək onlardan biri (kişi) özünü yandıracağını demiş, lakin bununla bağlı hər hansı bir real addım atmamışdır.Belə olan halda Cavabdeh İddiaçı maşın satdığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-ci maddəsinə müvafiq olaraq, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı cəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. İş materiallarında olan və Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, Maraqlı şəxs2 tərəfindən İddiaçı "Hyundai- Tucson" markalı **- NY-*** dövlət nömrə nişanlı avtomobili üzrə xx.xx.2022-cü il tarixli 7E/-6944 nömrəli reyestrlə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə etməki haqqında» etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Azərbaycan Respublikası MM-in 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqdir. Etibarnamə birtərəfli əqdir. Qanunvericilikdə etibarnamə verilməsi müqabilində digər tərəfin hər hansı öhdəliyi öz üzərinə götürülməsi nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər arasında avtomobilin alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Eyni zamanda məhkəmədə müəyyən olunub ki, İddiaçı 15300 (on beş min üç yüz) manat pulu Cavabdeh vermişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında subutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-cı maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə iddiaçı onun mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin məhz hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi və bu hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədi, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmədə iddiaçı ona 5500 (beş min beş yüz) manat maddi ziyan dəyməsini göstərsə də, bunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşını alınaraq İddiaçı verilsin, həmin avtomaşının alınaraq İddiaçı verilməsi mümkün olmadıqda Cavabdeh avtomaşına görə ödəmiş olduğu 15300 (on beş min üç yüz) manat əsas borc, ödənilmiş 136 manat dövlət rüsumu, cəmi 15436 (on beş min dörd yüz otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-252/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-252/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver