Məhkəmə qərarları › İş №2(028)-255/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-255/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-255/2023 03.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (min beş yüz) manat və 45 (qırx beş) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, iddiaçı 2020ci ilin sentyabr ayında Cavabdeh ilə məktəbdə tanış olmuşlar.Övladları bir məktəbdə təhsil alır. Məktəblər bağlandıqdan sonra iddiaçı telefonla müntəzəm olaraq Cavabdeh ilə əlaqə saxlayıb danışmışdır. 2021-ci ilin iyun ayında Cavabdeh Qubadlı rayon İcra Hakimiyyətində işləyən qohumu vasitəsi ilə işə adam düzəldə biləcəyini bildirmiş və iddiaçını Qubadlı rayon 2 saylı körpələr evində dayə kimi işə düzəltməyi təklif etmişdir. Bu iş ilə əlaqədar olaraq sənədlərin hazırlanmasına görə 1500 (min beş yüz) manata başa gələcəyini bildirmişdir. İddiaçı onun bu təklifi ilə razılaşaraq, bu məqsədlə Cavabdeh iki dəfəyə, 2021-ci ilin iyul ayı ərzində hissə-hissə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Çaytumas liseyin inzibati binasının qarşısında və sonra isə Qubadlı rayon 2 saylı körpələr evinin inzibati binasının yaxınlığında cəmi 1500 manat pul vermişdir. Sonradan Cavabdeh ondan aldığı pulu geri qaytara bilməmiş, vəd etdiyi işə düzəldə bilməmişdir, aldığı pulu da xəstəliyi ilə əlaqədar dərmanlar aldığını demişdir. İddiaçı dəfələrlə ondan pulu istəsə də, onu aldadaraq müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və sonradan xx.xx.2021 -ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iş üzrə material öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ilin sentyabr ayında Cavabdeh ilə məktəbdə tanış olmuş, övladları bir məktəbdə təhsil alır. Məktəblər bağlandıqdan sonra o telefonla müntəzəm olaraq Cavabdeh ilə əlaqə saxlayıb danışmışdır. 2021-ci ilin iyun ayında Cavabdeh Qubadlı rayon İcra Hakimiyyətində Xoşqədəm adlı qohumu işlədiyini və onun vasitəsi ilə işə adam düzəldə biləcəyini bildirmiş və İddiaçı Qubadlı rayon 2 saylı körpələr evində dayə kimi işə düzəltməyi təklif etmiş, bu işin 1500 manata başa gələcəyini bildirmişdir. İddiaçı onun bu təklifi ilə razılaşmış, bu məqsədlə Cavabdeh iki dəfəyə, 2021-ci ilin iyul ayı ərzində hissə-hissə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Çaytumas liseyin inzibati binasının qarşısında və sonra isə Qubadlı rayon 2 saylı körpələr eviniin nzibati binasının yaxınlığında cəmi 1500 manat pul vermişdir. Sonradan Cavabdeh İddiaçı aldığı pulu geri qaytara bilməmiş, vəd etdiyi işi düzəldə bilməmişdir, aldığı pulu da xəstəliyi ilə əlaqədar dərmanlara işlətmişdir. Maddi vəziyyəti ilə əlaqədar pulu geri qaytarmamış, lakin həmin pulu geri qaytarmağa çalışacağını bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Sumqayıt ŞPİ-nin 5-ci PB-də verdiyi izahatında göstərmişdir ki, 2021-ci ilin may-iyun aylarında Süsən ona yaxınlaşaraq işlədiyi bağçada iş olub-olmadığını soruşdu.O, Süsənə bildirdi ki, işlədiyi 2 saylı körpələr evində dayə kimi işə düzəldə bilər.Bunun qarşılığında o, Süsədan 1000 manat istəmişdir. 2021-ci ilin iyul ayında Süsən iki dəfə olmaqla ona 1000 manat verdi.Daha sonra Süsən ona dayə kimi deyil, müəllimə kimi işlədiyini bildirdi. O, Süsənə məktəbdə müəlimə kimi deyil, metodist kimi işə düzəldə bilər.Bunun müqabilində o, Süsəndən əlavə 500 manat almışdır.O, Süsəndən ümumilikdə 1500 (bir min beş yüz) manat pul almışdır.Həmin pulları müalicə üçün xərcləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında subutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 ( min beş yüz ) manat və 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar