Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-256/2021 01.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ********* saylı 30.09.2019-cu il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 04.02.2021-ci il tarixinə yaranmış 181 manat əsas borc, 54 manat cərimə, cəmi 235 manat borc və 20 manat ödənilmiş dövlət rüsümunun xeyirlərinə dair qətnamə çıxarılmasına xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC ilə bağladığı 30.09.2019cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla, cəmi 549 manat ödəməyi öhdəsinə götürmüşdür.Lakin o, müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 07.12.2020-ci il tarixdə 46 manat ödədikdən sonra ödənişləri dayandırmış və qalıq qalmış 181 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsinə əsasən əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar alıcı tərəfindən satıcı firmaya bütün xərclər, eləcə də hər gün üçün bir faiz cərimə ödənilməlidir.Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.Bununla da 03.02.2021-ci il tarixdən 01.04.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik bir faizlə hesablanmış cərimə məbləği 54 manat təşkil edir. Nəticədə cavabdehin Cəmiyyətə 03.04.2021-ci il tarixə 181 manat əsas, 54 manat cərimə borcu olmaqla cəmi 235 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 30.09.2019-cu tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona edilmiş 1 saylı Əlavədən görünür ki, “xxxx” MMC tərəfindən MMC Cavabdeh bir ədəd “Xiaomi” markalı mobil telefonu 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla cəmi 549 manat ödəmək şərti ilə verilmişdir.Müqavilənin 3.2.1.-ci bəndinə əsasən borclu müqavilələr üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür.Həmin müqavilələrinin 3.3.1-ci bəndinə görə alıcı bu müqavilələrinin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan 01.04.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh “xxxx” MMC-yə 30.09.2019-cu tarixli müqaviləsi üzrə 181 manat əsas borc, 54 manat cərimə borcu, 235 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında Müddətli (nisyə) alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh borcu ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600-cü, 601-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ********* saylı 30.09.2019-cu il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 04.02.2021-ci il tarixinə yaranmış 181 manat əsas borc, 54 manat cərimə, cəmi 235 manat borc və iddia ərizəsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 284-6, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ********* saylı 30.09.2019-cu il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 04.02.2021-ci il tarixinə yaranmış 181 manat əsas borc, 54 manat cərimə, cəmi 235 manat borc və iddia ərizəsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-256/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-256/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver