Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-259/2021 10.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 407,50 manat sığorta ödənişi məbləğinin və 20 manat məbləğində dövlət rüsumunun «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» ASC məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.Ərizədə iddiaçı göstərmişdir ki, «xxxx» ASC ilə X1 arasında 09.12.2017-ci il tarixli sığorta müqaviləsi bağlanılmış və «X4» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatını almışdır. Cavavbdeh Cavabdeh 19 fevral 2018-ci il tarixdə idarə etdiyi «X4» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, M.Əsadov küçəsində yolnəqliyyat hadisəsi törətmiş və «Ford Tranzit yük» markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurmuşdur.Avtomaşına dəyən ziyan 405,50 manat məbləğində hesablanmışdır. Sığorta müqaviləsinə uyğun olaraq «xxxx» ASC həmin məbləği ödəmişdir. Sumqayıt ŞPİ-nin DYPŞ-nin «xxxx» ASC-yə təqdim etdiyi 06.04.2018-ci il tarixli, 3151 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya daxil olmuş 20.02.2018-ci il tarixli AP0006060 saylı inzibati xəta haqqında protokolda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt «X4» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə əsasında idarə etdiyi qeyd olunmuşdur. «X4» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi, yəni 19 fevral 2018-ci il tarixdə verlmişdir.Lakin etibarnamənin qüvvəyə minmə saatı əks olunmamışdır.Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh «X4» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MM-nin 936-cı maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MM-nin 1108-cı maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir.Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, «X4» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi, yəni 19 fevral 2018-ci il tarixdə verlmişdir.Lakin etibarnamənin qüvvəyə minmə saatı əks olunmamışdır.Bu səbəbə görə iddiaçı hesab etmişdir ki, yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh «X4» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır.Lakin yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya daxıl olmuş 20.02.2018-ci il tarixli AP0006060 saylı inzibati xəta haqqında protokolda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt «X4» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə əsasında idarə etdiyi qeyd olunmuşdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə xüsusi ilə qeyd edir ki, sağlam düşüncəyə malik olan şəxs başa düşməlidir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq notarius tərəfindən müvaiq notariat hərəkətlərini aparılmasından sonra vətəndaşa notariat qaydasında təsdiq edilmiş sənədlər, o cümlədən etibarnamə verilir.Belə olan halda hazırki işdə müvafiq etibarnamə yol-nəqliyyat hadisəsindən əvvəl verilmişdir və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.-ci maddəsində nəzərdə tutulmuş hallar mövcüd deyil. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Cavabdeh 407,50 manat sığorta ödənişi məbləğinin və 20 manat məbləğində dövlət rüsumunun «xxxx» ASC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-259/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-259/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver