Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-261/2025 16.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu ziyanın, yəni 7250 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ünvanlayaraq, iddia tələbinin 5000 manat həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasını və eyni zamanda üzrlü səbəbdən işə iştirakı olmadan baxılmasını bildirmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh ilə üç ildən çox tanışlığı olub. İddiaçı onu dürüst və vicdanlı bir insan kimi tanımışdır. Ona çox inandığı üçün yaxın qohumunun iş yerinin dəyişdirilməsinə kömək etməsini xahiş etmişdi. Cavabdeh onu inandıraraq yaxşı əlaqələri olduğunu bildirmiş və bu işdən ötrü ondan 5000 manat pul istəmişdi. Eyni zamanda o, 2024-cü ilin noyabrına kimi problemi həll edəcəyini və edə bilməsə, pulu 2024-cü ilin noyabr ayının sonuna kimi geri qaytaracağını bildirmişdir. Vüqara inandığı üçün 5000 manat pulu faizlə borc almışdır. Cavabdehə pulu verəndə pulu faizə aldığını və hər ay 750 manat faiz verəcəyini bildirmişdir. İddiaçı xx.xx.2024-cü ildə 2500 manat, xx.xx.2024-cü ildə 250 manat olmaqla cavabdehə cəmi 5000 manat pul ödəmişdir. Pulu Cavabdeh adına olan "xxxx" ASC-dən aldığı karta köçürmüş və qəbzləri ərizəyə əlavə etmişdir. Lakin cavabdeh onun xahişini yerinə yetirməmiş və pulu da danışdıqları müddətdə qaytarmamışdır. Borcun qaytarılmasına görə cavabdehlə dəfələrlə danışıqlar aparmış, hətta xx.xx.2024-cü ildə anasının yas mərasimində iştirak etmişdir. Artıq yanvar ayı bitmişdir və iddiaçı oktyabr, noyabr və dekabr ayları üçün hər ay 750 manat olmaqla, cəmi 2250 manat faiz ödəmişdir. Beləliklə cavabdeh iddiaçıya 7250 manat ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Q***** V***** Q***** oğlunun adına olan 523915******5163 kart hesabına 2500 manat və 2500 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə qanunun yuxarıda qeyd edilən normalarını rəhbər tutub, təqdim edilmiş sübutlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-261/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-261/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver