Məhkəmə qərarları › İş №2(028)-266/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-266/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-266/2021 16.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n cavabdehlər Kərı̇ mova Səkı̇ nə İ̇sa qızına və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n cavabdehlər Kərı̇ mova Səkı̇ nə İ̇sa qızına və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki mülki işin baxılması 16 iyun 2021-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n cavabdehlər Kərı̇ mova Səkı̇ nə İ̇sa qızına və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qubadlı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar